Hərbi 01.05.2024 15:20

“Onu həmişə xatırlayırıq…” - FOTO

Onu həmişə xatırlayırıq. Amma üç təqvim günü bizim üçün daha çox şəhid Məhərrəm İbrahimovun adı ilə bağlıdır.

Məhərrəm aprelin 16-da dünyaya gəlsə də, doğum şəhadətnaməsində bu tarix mayın 1-i göstərilib. Onun adı ilə bağlı digər gün iyunun 4-dür: Məhərrəmi həmin gün itirmişik…

Biz bu təqvim günlərindən üçünü də qeyd edirik. İkisini yaddaqalan tarix, birini isə kədərli hadisə kimi…

Məhərrəm İbrahimovu tanıyan hər kəs bilir ki, kədər ona yaraşmırdı – o, həmişə və hər yerdə gülərüz, deyib-gülən idi. Toy məclislərində şux rəqsləri, dost-tanış məclislərində zarafat və atmacaları ilə yaddaşımızda silinməz izlər qoyan həmkarımızı heç cür susqun və kədərli təsəvvür etmək olmur…

Onu həmişə maraq və intizarla gözləyərdik. Gəlişi ilə qaynar bir ortam, xoş ovqat yaradardı. Ona nə kədər yaraşırdı, nə də ölüm…

İyunun 4-ü isə yaddaşımızda qapqara rənglərlə qalıb. O gün…

O gün ki, Məhərrəm bir quş kimi uçub əbədiyyətə qovuşdu…

2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndinə gedərkən yola basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində içərisində 7 nəfər olan hərbi maşının az qala külü göyə sovruldu. Dəhşətli və amansız partlayış nəticəsində iki həmkarımız – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının əməkdaşı Sirac Abışov, habelə maşında olan kənd ərazi icra nümayəndəsi Arif Əliyev şəhid oldu, mülki şəxslər yaralandı.

İşğaldan azad edilmiş bölgələrin yaşayış məntəqələrini 2020-ci ilin noyabrından dolaşaraq peşə fəaliyyətini yerinə yetirən AZƏRTAC-ın müxbirinin ömür yolu həmin gün qırıldı.

Məhərrəmin 39 yaşında əbədiyyət quşuna dönməsi ürəkləri göynətdi, onu tanıyan və tanımayan hər kəsi sızım-sızım sızıldatdı.

Yaxşı ki, Vətən müharibəsindəki Qələbə sevincini o da yaşadı…

Taleyə bax ki, Məhərrəmin minaya düşərək həlak olduğu Kəlbəcər rayonunun Susuzluq kəndi ilə dünyaya gəldiyi Çəmbərək rayonunun Ardanış kəndi arasında cəmi 50 kilometrlik məsafə var. Kimin ağlına gələrdi ki, hər şey belə dövr edəcək. Kimin ağlına gələrdi ki, Məhərrəm bu səfərdən geri dönməyəcək.

Müşfiqabad qəbiristanlığında dəfn olunan İbrahimovlar ailəsinin bir məzarı da artdı.

O gündən Uğurla Turalın dodaqlarında “ata” kəlməsi dondu, qardaşları Əkbər, Əsgər və Ələsgərin arxa-dayağı, bacıları İradə, Fəridə və Azadənin and yeri, həyat yoldaşı Baharın ümid yeri xatirələrə çevrildi.

Xatirələrdə yaşayır Məhərrəm…

Xatirələr isə heç vaxt ölmür – həmişə canlı, təravətli və təsirli olur.

Onu həmişə xatırlayırıq.

***

Mayın 1-də AZƏRTAC-ın əməkdaşları şəhid Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər.

Onunla bir yerdə çalışmış həmkarları, iş yoldaşları 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülmüş şəhid-jurnalist barədə xatirələrini və ürək sözlərini söyləyiblər.

AZƏRTAC-ın əməkdaşları Məhərrəm İbrahimovun məzarı ətrafına gül-çiçək dəstələri qoyublar. Şəhid-jurnalistin uyuduğu torpaq yaz çiçəklərinin ətrinə bürünüb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO