Siyasi 08.05.2024 16:36

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO

Mayın 8-də Bakı Kitab Mərkəzində “Virtual Qərbi Azərbaycan” platformasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimatdan əvvəl çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov bildirib ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən Qərbi Azərbaycanla bağlı dəqiq hədəfləri və məqsədləri müəyyənləşdirdi. Bununla əlaqədar, həmçinin, Heydər Əliyev Fondu qarşısında bəzi fəaliyyət istiqamətləri durur. Bunlardan biri arxivlərlə işin aparılmasıdır. Ötən müddət ərzində Heydər Əliyev Fondu həm Gürcüstanda, həm də Rusiyada olan arxivlərdə Qərbi Azərbaycanın tarixi, ictimai-siyasi, sosial həyatı ilə bağlı bir sıra sənədlər aşkarlayıb. Bunlardan ən vacib səkkiz min sənəd Gürcüstan arxivindən aşkar edilib. Onların ən qısa müddətdə Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

O cümlədən ötən müddətdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Qərbi Azərbaycan İcması ilə birlikdə Bakıda və regionlarda könüllülərin, gənclərin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirib. Bildirilib ki, təqdim edilən “Virtual Qərbi Azərbaycan” platforması həm də tarixi həqiqətlərin çatdırılması istiqamətində vacib rol oynayacaq.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun ötən müddətdə müstəsna xidmətləri olub. O, yeni yaradılan platformanın Qərbi Azərbaycana qayıdışa töhfəsini verəcəyinə inandığını qeyd edib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa isə çıxışında bildirib ki, platformanın ən böyük xüsusiyyəti onun BMT-nin işlək dillərində təqdim edilməsi və Qərbi Azərbaycana qayıdışın yol bələdçisi olmasıdır.

Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi Şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov vurğulayıb ki, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işini görməklə bərabər, qayıdışa inanmaq da lazımdır.

Çıxışlardan sonra “Virtual Qərbi Azərbaycan” platforması təqdim olunub.

Bildirilib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) tərəfindən hazırlanan platforma Azərbaycan, ingilis, rus və ispan dillərindədir. Burada yerləşdirilmiş materiallar Qərbi Azərbaycanın tarixi, elm və mədəniyyəti, erməni vandalizminin araşdırılması ilə məşğul olan alimlərin kitabları və dövri mətbuatda, elmi jurnallarda dərc olunmuş yazılar və məqalələr əsasında hazırlanıb.

Platformanın əsas səhifəsində bugünkü Ermənistanın bütün ərazisini əhatə edən tarixi Qərbi Azərbaycan torpaqlarının interaktiv xəritəsi əksini tapıb.

Kontent “Tarix”, “Elm və mədəniyyət”, “Erməni vandalizmi”, “Resurslar”, “Şahid ifadələri” bölmələrində təqdim edilir. Eyni zamanda, burada Qərbi Azərbaycan tarixi ilə bağlı foto və videolar, xəritələr yer alıb.

Platformada, həmçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin nitqlərində Qərbi Azərbaycan məsələsi ilə bağlı fikirləri təqdim olunur.

Platformanın “Əlaqəli veb-resurslar” bölməsində keçmiş Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektləri, münaqişə zamanı mədəni irs və təbii sərvətlərimizə qarşı törədilmiş erməni cinayətləri, Xocalı soyqırımı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri və Azərbaycan tarixinin ən şanlı səhifəsi hesab edilən 44 günlük müharibə və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan geniş bərpa-quruculuq işləri ilə bağlı məlumatların yer aldığı resurs bazaları öz əksini tapıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO