Elm və təhsil 13.05.2024 22:29

“İrəvanda 332 axund, 105 mirzə, 118 seyid, 10 dərviş olub” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, Jurnalist Rufik İsmayılovun müsahibi pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov olub. O, Çar Rusiyası İrəvan xanlığını işğal edənə qədər bölgədə təhsilin səviyyəsindən, o cümlədən uşaqların, yeniyetmə və gənclərin təhsil alma imkanlarından danışıb. Qeyd edib ki, 1828-ci ildə “Türkmənçay” müqaviləsi imzalanandan sonra Çar Rusiyası İrəvan qalasının işğalında ermənilərin “xidmətlərini” nəzərə alaraq, əvvəlcə bu coğrafiyaya onların kütləvi köçünü təşkil edib, ardınca da erməni vilayəti və İrəvan Quberniyası formalaşdırıb. Halbuki ermənilər bu coğrafiyada əksəriyyət təşkil etməyiblər və əraziyə sonradan gətiriliblər.

Xanlığın işğalından bir müddət sonra ərazidə kameral siyahıyaalma həyata keçirən İvan Şopenin məlumatlarına istinad edən Əməkdar elm xadimi F.Rüstəmov deyib ki, İrəvanda 12 məscid mövcud olub. Həmin məscidlərdən 4-ü dağıdılıb, 8-i fəaliyyət göstərib. Fəaliyyət göstərən məscidlərdən 2-si isə İrəvan qalasının daxilində olub. Professorun sözlərinə görə, o dövrdə bütün məscidlərin nəzdində mollaxanalar, iri həcmli mədrəsələr fəaliyyət göstərib. Bu məlumatlar sübut edir ki, İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal olunana qədər burada çox zəngin dini təhsil və tərbiyə ənənəsi olub. Eləcə də İrəvan şəhərində o dövrdə 332 axund, 105 mirzə, 188 seyid, 10 dərviş fəaliyyət göstərib.

Alim İrəvan xanlığı ərazisində dünyəvi təhsilin tarixindən, ilk belə təhsil müəssisələrinin yaranmasından da danışıb. Bildirib ki, Çar Rusiyası Cənubi Qafqaz əhalisini ruslaşdırmaq, xristianlaşdırmaq siyasəti həyata keçirib. Bölgəni silah gücünə nəzarətdə saxlamağın qeyri-mümkünlüyünü, relyefin çətinliyini dərk edən çar məmurları çıxış yolunu təhsilə önəm verməkdə görüblər. Bu məqsədlə Çar Rusiyası “Zaqafqaziya məktəblərinin əsasnaməsi”ni qəbul edib və Cənubi Qafqazda 20 qəza məktəbinin yaradılmasını planlaşdırıb.

Professor vurğulayıb ki, sözügedən plana uyğun olaraq, 1832-ci ildə İrəvan quberniyasında ilk qəza məktəbi açılıb. 1869-cu ildə İrəvan qəza məktəbi progimnaziyaya – natamam orta təhsil müəssisəsinə çevrilib. 1880-ci ildə İrəvanda Müəllimlər Seminariyasının yaradılması barədə qərar qəbul olunub. 1881-ci ildə isə İrəvanda Gimnaziya fəaliyyət göstərməyə başlayıb. Gimnaziya və seminariyanın məzunları əhalinin maariflənməsinə, təhsilin inkişafına böyük töhfələr veriblər. F.Rüstəmov İrəvanda qızların təhsilə cəlb olunmasının da diqqət mərkəzində saxlanıldığını bildirib. Deyib ki, 1900-cü illərdə qızların təhsil alacağı xüsusi məktəblər yaradılıb. Sonda vurğulayıb ki, sovetlər birliyi dövründə Qərbi Azərbaycandakı 155 məktəbdə 40 minə yaxın azərbaycanlı şagird təhsil alıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 13-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Elm və təhsil, Müsahibə / 13.05.2024 22:29
“İrəvanda 332 axund, 105 mirzə, 118 seyid, 10 dərviş olub” - FOTO - VİDEO
Siyasi, Təhlil / 13.05.2024 17:07
Ermənistanda hakimiyyət dəyişsə nə baş verəcək? - VİDEO
Hərbi / 11.05.2024 23:56
Daşnaklarla vuruşan, saxta ittihamlarla güllələnən irəvanlı general - VİDEO
Müsahibə, Sosial / 10.05.2024 22:32
“Erməni nə bilir Ağdaşın qoynu, Gözəllər dərəsi və Cüt bulaqlar nədir” - FOTO - VİDEO
Təhlil / 10.05.2024 16:43
İrəvan ilə Moskva arasında “buzlar” əridimi? – TƏHLİL
Maraqlı, Sosial / 10.05.2024 13:12
“36 ildir yurd həsrəti içimizi göynədir” – Almaz Ülvinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Maraqlı, Sosial / 09.05.2024 23:15
Nərimanlı Kənd İcmasının Qarabağ müharibəsi iştirakçıları ilə görüşü - FOTO
Siyasi, Təhlil / 09.05.2024 22:17
Həm Rusiyanın, həm də Qərbin planına görə Zəngəzur dəhlizi reallaşacaq - FOTO - VİDEO
Gündəm, Təhlil / 09.05.2024 19:03
Putin Paşinyanın ipini yığdımı? - VİDEO
Hərbi / 09.05.2024 15:30
Döyüşdə almanlar ağ bayraq qaldırdılar – 98 yaşlı veteran - FOTO
Siyasi / 09.05.2024 13:05
Ermənistan cənubdakı əraziləri itirəcək – ANONS
Siyasi, Sosial / 08.05.2024 22:28
“Njdenin ruslara qarşı “at oynatdığı” məkan” - FOTO - VİDEO
Siyasi, Təhlil / 08.05.2024 16:56
Xaməneinin çağırışı – Tehranın müsəlmanlara liderlik xülyası – TƏHLİL
Siyasi / 08.05.2024 16:36
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
Siyasi, Sosial / 08.05.2024 13:19
“Paşalı” nəslinin adını daşıyan rayon – ANONS - VİDEO
Maraqlı, Sosial / 07.05.2024 22:15
“Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı” - FOTO - VİDEO
Siyasi, Təhlil / 07.05.2024 19:45
ABŞ səfirinin Şuşaya səfəri – demaqogiyaya qoyulan nöqtə – TƏHLİL
Müsahibə, Siyasi, Video müsahibə / 07.05.2024 19:00
“Ermənistanın Qərbə meyl etməsi bəzi rus siyasətçilərinin günahıdır” - VİDEO
Maraqlı, Sosial / 07.05.2024 14:05
Dərələyəz – Qafqazın İsveçrəsi – ANONS
Müsahibə, Siyasi / 07.05.2024 13:40
“Ermənistan Rusiyadan uzaqlaşa bilməyəcək“ – ANONS - VİDEO
Müsahibə / 06.05.2024 22:54
“Ermənilərin nə düşündüyünü öyrənmək üçün onların dilini bilmək zəruridir” - VİDEO
Siyasi, Təhlil / 06.05.2024 16:48
Erməni kilsəsinin hədəfi – Paşinyanı devirmə planı – TƏHLİL
Sosial / 04.05.2024 22:15
İRSİMİZ: Böyük Səlcuq dövlətinin irsini yaşadan Kəsəmən kəndi - FOTO - VİDEO
Maraqlı, Sosial / 03.05.2024 22:21
“Dayımın yoldaşının ağzından qızıl dişlərini çıxarmışdılar” - FOTO - VİDEO
Siyasi, Təhlil / 03.05.2024 15:48
Gürcüstan – “qızılgül inqilabı”nın nailiyyətləri iflasla üz-üzə – TƏHLİL
Mədəni, Sosial / 03.05.2024 14:44
“Atam Aşıq Müseyibi yuxularımda görürəm” – Tərxanım Nəsibovanın “Həyat Hekayəsi” – ANONS