Təhlil 16.05.2024 22:33

“Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Azərbaycanlıların Qərbi Azərbaycana böyük qayıdışına İrəvanda hazırlıq gedir” adlı süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 1-də Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” adlı VI Ümumdünya Forumunda çıxışı zamanı bildirdiyi “Ermənistanla sülh danışıqları Azərbaycanın hazırladığı sənəd əsasında aparılır” fikrinə yer verilir. Bildirilir ki, söhbət rəsmi Bakının 44 günlük müharibədən sonra İrəvana təqdim etdiyi 5 bənddən ibarət olan sənəddən gedir.

Qeyd olunur ki, Ermənistanda yaşanan qarşıdurma fonunda Qərbi Azərbaycan məsələsinin daxili siyasətdə əsas mövzuya çevrildiyi bəllidir. Bölgədə baş verənlər, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu il mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirilən görüşündə Bakı-İrəvan xəttində danışıqların yeni raundunun başlanması və gözləntilər fonunda Qərbi Azərbaycan məsələsinin önə çıxdığı reallığı da diqqətdən yayınmır.

Süjetdə sülh danışıqları ilə bağlı erməni saytlarında yayımlanan məqalələrdə diqqətçəkən iddialara da yer verilir: “Nazirlər Almatıda görüşərkən, Azərbaycan Prezidenti İlham Əliyev Şuşada bəyan etdi ki, “Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir”. Ermənistan tərəfi bu barədə heç bir açıqlama vermədi. Əslində, Əliyev xarici işlər nazirini Almatıya göndərməklə açıq şəkildə nümayiş etdirdi ki, “danışıqlar” termini adlandırılan təmaslar birtərəfli prosesdir. Əliyev burada danışan, Paşinyan isə dinləyən və icra edən tərəfdir. Bu o deməkdir ki, Əliyevin tələbi ilə 300 mindən çox azərbaycanlı Qərbi Azərbaycana qaytarılacaq. Artıq Bakıda Qərbi Azərbaycanla bağlı konkret işlər həyata keçirilir. İcma və onun informasiya resursları fəaliyyət göstərir, ictimai sorğular keçirilir və s. Qərbi Azərbaycana qayıdacaq azərbaycanlıların ilk məskunlaşma bölgəsinin əsasən Ararat (Ağrı) vadisi (İrəvan düzənliyi) və Sevan sahil zonası (Göyçə gölünün sahilləri) olacağı haqqında fikirlər var.  Yəni Əliyevin tələbi ilə həyata keçirilən delimitasiya-demarkasiyasından sonra Ermənistan rəhbərliyinin əsas vəzifəsi 300 min azərbaycanlı qaçqının qaytarılması olacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması gündəmdədir”.

Sonda vurğulanır ki, azərbaycanlıların Qərbi Azərbaycana böyük qayıdışına təkcə Bakıda yox, İrəvanda da hazırlıq gedir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında mayın 16-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO