Siyasi 29.05.2024 21:28

Ərazisi Araqatsotn mərzliyinə verilərək izi itirilən Talin - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə kəndlərinin əksəriyyəti ermənilərin və havadarlarının təsir və təzyiqinə məruz qalan Talin rayonu haqqında  süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Əhalisi sərt daglarla Türkiyəyə qaçmaga məcbur edilən rayon” adlı süjetdə hayların indiki Ermənistanın əhatə etdiyi, əsrlər boyu oğuz-türklərinin yığcam yaşadığı məkanları müxtəlif məkrli üsullarla unutdurmağa çalışmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın Talın mahalı ərazisində yerləşən Talin rayonu dəyişdirilmiş adı Araqats, yəni Alagoz dağ silsiləsinin cənub-qərb yamaclarını əhatə edir. Bu ərazi 14-16-cı əsrlərdə Monqol, daha sonra Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olub.  Talın bölgəsi sonra İrəvan xanlığının ərazisinə verilib.  XIX əsrin 40-50-ci illərindən XX əsrin 30-cu ilinə kimi rayon ərazisinin bir hissəsi İrəvan quberniyasının Eçmiədzin qəzasının, digər hissəsi isə İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibinə daxil olub.  Bu ərazidə mövcud olan 5-7-ci əsrlərə aid memarlıq abidələri, 13-14 əsrlərə aid Talın karvansarası və Talın qalası bu məkanın qədim türklərə məxsus olduğunu sübut edən tarixi nümunələrdir.

Qeyd olunur ki, inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılan Talin rayonu kəndlərinin çoxunda yaşayan minlərlə oğuz türkü 1918-ci ildə daşnak hökumətinin fitvası ilə quldur dəstələri tərəfindən işgəncə verilərək öldürülüb, kəndlər tamamilə dağıdılıb, əhalinin sağ qalan hissəsi daglarla Türkiyənin müxtəlif yerlərinə qaçmaga məcbur edilib. Qaçqın düşənlər yolda böyük tələfat verib, itkilərə məruz qalıblar. Boşaldılan həmin kəndlərə dərhal gəlmə ermənilər doldurulub, kəndin azərbaycanlı əhalisi haqqında məlumatlar yox edilib.

Diqqətə çatdırılır ki, 1935-ci ildən 1978-ci ilədək rayon üzrə tarixi yer adları tamamilə saxtalaşdırılıb. Talın mahalı ərazisi əvvəl Talin rayonu, sonra Araqatsotn rayonu adlandırılıb. Talin rayonu üzrə 45 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci ildə mərkəzi Əştərək olan Araqatsotn mərzliyi yaradılıb. Türkiyə ilə həmsərhəddə yerləşən mərzliyə Əştərək, yəni Aştarak, Abaran, yəni Aparan və Talin rayonlarının əraziləri daxil edilib.

Sonda vurğulanır ki, 43 il ərzində bütün tarixi yer adları dəyişdirilən Talin rayonu da ermənilərin məkrli planlarının qurbanı olub: “Lakin əminik ki, əsrarəngiz təbiətə, hündür silsilə dağlara malik olan bu məkan yenidən əzəli sahiblərinin yurd yerinə çevriləcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında mayın 29-da   saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO