Siyasi 06.06.2024 22:47

Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilər müəyyənləşib - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “İrəvanda Zəngəzur dəhlizi və Göyçənin təhvil verilməsi müzakirə edilir” adlı süjetdə Ermənistanda Zəngəzur dəhlizinin qarşıdakı aylarda açılması və Göyçə mahalı istiqamətində yeni mövqelərin Azərbaycana təhvil verilməsinə hazırlığın getdiyi haqqında məsələlərin əsas müzakirə mövzusuna çevrildiyi, hər iki məsələnin Ermənistan daxili siyasi seqmentində qüvvələrarası mübarizə elementi kimi istifadə edildiyi bildirilir.

Qeyd olunur ki, Zəngəzur dəhlizi sentyabr ayına qədər açılacaq. Bu barədə Ermənistan mediası yazır. Erməni şərhçi Avetis Babacanyan “Hraparak” nəşrində dərc olunan məqaləsində iddia edir ki, Qazaxın 4 kəndi qaytarıldı, artıq növbəti mərhələ başlayır. Ermənistan hakimiyyəti bu planı icra etmək üçün Rusiyanın Zəngəzurdə mövcud olan qoşunlarını çıxarmaq niyyətindədir. Artıq bu istiqamətdə proses başlayıb. Söhbət Zəngəzur dəhlizinin rəsmi Bakının təklif etdiyi “Azərbaycandan Azərbaycana prinsipi” üzrə açılmasından gedir.

Diqqətə çatdırılır ki, Bakı-İrəvan danışıqları fonunda bu variantın yaxın aylarda həyata keçirilməsi mümkün variantlardan biri kimi görünür: “Çünki sülh sazişində tərəflərin razılaşmadığı iki əsas məsələdən birində – sərhədin delimitasiyasında müəyyən irəliləyiş var. Sülh sazişi ilə bağlı ilkin razılaşmanın əldə edilməsi üçün digər ziddiyyətli məqam – kommunikasiyanın açılması üzərində də anlaşma olmalıdır. Bunun da yolu Naxçıvana maneəsiz keçidin verilməsindən keçir. Ermənistanın bu variantla razılaşması qaçılmazdır”.

Sonda vurğulanır ki, hadisələrin inkişafı və proseslərin analizi Zəngəzur dəhlizinin tezliklə açılması gözləntisini artırır: “İstisna deyil ki, Naxçıvana meneəsiz keçidin verilməsi məsələsi sentyabr ayında reallaşsın. Bu, Qərbi Azərbaycan məsələsində ən mühüm amillərdən biridir, çünki Zəngəzur dəhlizinin açılması azərbaycanlıların öz tarixi yurdlarına böyük qayıdışı önündə qapıların da açılması ilə nəticələnə bilər. Yaxın perspektivdə tarixi torpaqlarımıza doğru sərhəd istiqamətindən də irəliləməyimiz mümkündür. Ermənistan mediası Göyçə mahalı istiqamətində 12 mövqeyin Azərbaycana qaytarılacağını yazır. Beləliklə, Qərbi Azərbaycan hədəfinə addım-addım yaxınlaşırıq. Azərbaycan Qarabağa qayıdış hədəfinə nail olduğu kimi Qərbi Azərbaycana qayıdış hədəfinə də nail olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında iyunun 6-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO