“İrəvan üçün ən vacib addım seçimini Bakı və Ankaradan yana etməkdir” - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi politoloq İlyas Hüseynov olub.
O, Ermənistanda baş verən siyasi çaxnaşmadan, bu ölkənin daxili siyasi mübarizədən, beynəlxalq güclərin Cənubi Qafqazdakı maraqlarından söz açıb.
Onun sözlərinə görə, hökumət əleyhinə mitinqlər Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına da mənfi təsir göstərir: “Qərb və Rusiya arasında geosiyasi mübarizə gedir. Bu mübarizə burulğanına düşən Ermənistanın Türkiyə və Azərbaycana üz tutması doğru seçim olardı. Moskvadan sürətlə uzaqlaşan Nikol Paşinyan Qərb qüvvələrini bölgəyə gətirməklə ölkəsini çətin duruma salacaq. Hərbi texnikanın tədarükü Ermənistanda revanşist əhval-ruhiyyəni artırır. Müxalif qüvvələrin regiona cəlb edilməsi Ermənistan dövlətçiliyinin itirilməsi təhlükəsidir. Ermənistan öz geosiyasi seçimini etməlidir. İrəvan üçün ən vacib addım Bakı və Ankara ilə bağlı doğru seçim etməkdir”.
Politoloq ermənilərin Ermənistanda qarşıdakı aylarda Zəngəzur dəhlizinin açılmasına hazırlıq getməsi, Ermənistan hakimiyyətinin bu planı icra etmək üçün Rusiyanın Zəngəzurda mövcud olan qoşunlarını çıxarmaq niyyətində olması barədə iddialarına da münasibət bildirib.
İ.Hüseynov deyib ki, Ermənistanla Azərbaycan arasında tezliklə sülh sazişinin imzalanacağı ilə bağlı proqnozlar var: “Müəyyən qüvvələr regionda sülhün olmasını, Azərbaycanla Ermənistan arasında münasibətlərin sabitləşməsini istəmir. Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvan tərəfindən hələ də konkret qərar yoxdur. Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı məsələsi də gündəmdədir. Amma Böyük İpək Yolunun dirçəlişi gec-tez baş verəcək. Qərbi azərbaycanlıların öz vətənlərinə qayıtması tarixi ədalətdir. Qərbi azərbaycanlıların geri qaytarılması məsələsi Sülh müqaviləsinə də salınmalıdır. Əminəm ki, Qərbi azərbaycanlılar üçün bağlanan qapılar gec-tez açılacaq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə iyunun 25-də saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.
xxx
«Самый важный шаг для Иревана – сделать выбор в сторону Баку и Анкары» – Хроника Западного Азербайджана
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Rakus.az, политолог Ильяс Гусейнов был собеседником ведущей Эллады Сарван.
Он говорил о политических потрясениях в Армении, внутриполитической борьбе в этой стране и интересах международных держав на Южном Кавказе.
По его словам, антиправительственные митинги негативно влияют на регулирование отношений между Арменией и Азербайджаном: “Между Западом и Россией идет геополитическая борьба. Для Армении, попавшей в водоворот этой борьбы, было бы правильным выбором обратиться к Турции и Азербайджану. Никол Пашинян, стремительно отдаляющийся от Москвы, перебросив в регион западные силы, поставит свою страну в тяжелое положение. Поставки военной техники усиливают реваншистские настроения в Армении. Вовлечение оппозиционных сил в регион представляет собой угрозу потери армянской государственности. Армения должна сделать свой собственный геополитический выбор. Самый важный шаг для Иревана – сделать выбор в сторону Баку и Анкары».
Политолог прокомментировал утверждения о том, что армяне готовятся открыть Зангезурский коридор на территории Армении в ближайшие месяцы и что власти Армении намерены вывести российские войска из Зангезура для реализации этого плана.
И.Гусейнов сообщил, что есть прогнозы, что вскоре между Арменией и Азербайджаном будет подписано мирное соглашение: “Определенные силы не хотят мира в регионе и стабилизации отношений между Азербайджаном и Арменией. Конкретного решения Иревана по поводу открытия Зангезурского коридора до сих пор нет. Возрождение Великого Шелкового пути рано или поздно произойдет. На повестке дня также стоит вопрос возвращения западных азербайджанцев на свою историческую родину. Их возвращение на родину – это историческая справедливость. Вопрос возвращения западных азербайджанцев должен быть включен в Мирный договор. Я уверен, что двери, закрытые для западных азербайджанцев, рано или поздно откроются».
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось 25 июня в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.