Müsahibə 01.07.2024 22:30

“Kameral təsvirlər Qərbi Azərbaycan torpaqlarının kimə məxsusluğunu sübut edən dövlət sənədidir” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə doktoru, tədqiqatçı-alim Nazir Əhmədli olub.

O, doğulub boya-başa çatdığı Dərələyəz mahalının Paşalı rayonunun Gabud kəndindən söhbət açıb. Qeyd edib ki, məşhur fransız səyyahı və etnoqrafı İvan Şopen səfalı təbiətinə, əsrarəngiz gözəlliyinə görə Dərələyəzi Cənubi Qafqazın isveçrəsi adlandırıb. Alimin sözlərinə görə, Gabud kəndi də bu təbiət möcüzəsinin mühüm bir hissəsi, azərbaycanlıların tarixi yaşayış məntəqəsi olub.

Ötən əsrin əvvəlində Qərbi Azərbaycanda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalardan danışan N.Əhmədli vurğulayıb ki, daşnak Andranik Ozanyan və onun quldur dəstələri Dərələyəzdə böyük faciələrə yol açıblar. Günahsız insanlar qətlə yetirilib, öz ata-baba yurdunu zorla tərk etmək məcburiyyətində qalıblar. Nəticədə Qərbi Azərbaycandakı soydaşlarımızın sayı kəskin azalıb. O, 1948-1953-cü ilin deportasiyasında atasının, babasının, həmçinin yaxın qohumlarının da öz Vətənindən didərgin düşdüyünü dilə gətirib. Deyib ki, İosif Stalinin ölümündən bir müddət sonra babası, atası, ailə üzvləri yenidən Gabud kəndinə qayıdıblar. Lakin həmin dövrdə də soydaşlarımıza münasibətdə diskriminasiya, ayrı-seçkilik hər addımda özünü büruzə verib. Ən nəhayət, 1988-ci ilin deportasiyasında Qərbi Azərbaycandan bütün azərbaycanlılar deportasiya olunub ki, bununla da erməni millətçiləri Türksüz Ermənistan ideyasını gerçəkləşdirə biliblər.

Tədqiqatçı-alim N.Əhmədli deyib ki, XIX əsrin iyirminci illərində məşhur fransız səyyahı və etnoqrafı İvan Şopen Rusiyaya gələrək Qafqaz canişinliyində işləyib. Həmin dövrdə o, işğalçı general İvan Paskeviçin göstərişi ilə Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixinin, coğrafiyasının tədqiqi ilə məşğul olmağa maraq göstərib. 1829-1832-ci illərdə Qafqaz xalqlarının, həmçinin azərbaycanlıların tarixi, dili və etnik tərkibi, folkloru, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı və sair barədə geniş məlumatı toplayıb, kameral təsvirlər yaradıb.

Müsahibin sözlərinə görə, Çar Rusiyasının bu siyahıyaalmada başlıca məqsədi gələcəkdə əhalini maksimum səviyyədə istismar etmək olub. Bununla belə, kameral təsvirlər Qərbi Azərbaycan torpaqlarının kimə məxsusluğunu sübut edən dövlət sənədidir. Misal üçün, həmin sənədlərə görə, 1831-ci ildə ümumilikdə Göyçə mahalında cəmi 15 erməni ailəsinin yaşadığı məlum olur. N.Əhmədli söyləyib ki, kameral təsvirlərdə məşhur azərbaycanlılar haqqında da dəqiq məlumatlar var.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə iyulun 1-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Müsahibə / 01.07.2024 22:30
“Kameral təsvirlər Qərbi Azərbaycan torpaqlarının kimə məxsusluğunu sübut edən dövlət sənədidir” - VİDEO
Elm və təhsil / 01.07.2024 13:45
Xəzərlərin etnik kimliyi – ANONS
Maraqlı, Sosial / 29.06.2024 22:01
“Şorcalı mordvin gənci türk casusu adı altında İrəvanda öldürülüb” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Sosial / 28.06.2024 22:46
“Qonaq gələnlər maşını kənddə qoyub Gorusa erməni nömrəsi olan maşınla, avtobusla gedirdilər” - FOTO - VİDEO
Təhlil / 28.06.2024 15:23
Ermənistanın nicatı və Aİ-yə açılan yol – TƏHLİL
Sosial / 28.06.2024 13:22
“Anam rəhmətə gedəndə dedi ki…” Roza Cavadovanın “Həyat Hekayəsi”- ANONS - VİDEO
Hərbi, Təhlil / 27.06.2024 22:16
“Ermənistan sərhəddə strateji yüksəklikləri ələ keçirməyə hazırlaşır” - FOTO - VİDEO
Təhlil / 27.06.2024 17:30
Beynəlxalq səviyyəli münaqişələrdən necə istifadə edilir – TƏHLİL
Hərbi / 27.06.2024 13:32
Ermənistan təxribata əl atarsa… – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 26.06.2024 22:21
Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu - FOTO - VİDEO
Hərbi / 26.06.2024 20:59
Silahlı Qüvvələrimiz dövlətimizin gücü, dayağıdır
Elm və təhsil / 26.06.2024 12:55
Rusların əli ilə erməniləşdirilən məkan – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 22:15
“Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.06.2024 18:38
“İrəvan üçün ən vacib addım seçimini Bakı və Ankaradan yana etməkdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 14:00
Türklərin at üstündə oxla döyüşməsinin sirri – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.06.2024 13:27
İrəvan üçün ən vacib addım – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 24.06.2024 22:06
“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO
Siyasi, Sosial / 21.06.2024 21:36
“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - FOTO - VİDEO
Siyasi / 21.06.2024 16:28
Dəyişməyən mövqelər – Prezidentlə dövlət katibinin telefon danışığı – TƏHLİL
Maraqlı, Sosial / 21.06.2024 14:09
“Atam Vətən həsrətinə dözə bilmədi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 20.06.2024 22:44
“Bakı və Ankara Qərbi Azərbaycana qüvvələr göndərə bilər” - FOTO - VİDEO
Təhlil / 20.06.2024 15:39
Uğur əldə edə bilməyəan hərəkat – Baqratdan qopmalar – TƏHLİL
Təhlil / 20.06.2024 13:47
Qərbi Azərbaycan: Kipr modeli – ANONS
Siyasi, Sosial / 19.06.2024 22:44
Andranikin vəhşiliklər törətdiyi oğuz yurdu - FOTO - VİDEO