Sosial 06.07.2024 22:42

Zod kəndinin qayıdış niyyətli tədbiri – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Göyçə mahalı Zod kəndinin sakinləri bir yerə toplaşdı” adlı bugünkü buraxılış Göyçə mahalının Basarkeçər (Vardenis) rayonu ərazisində yerləşən Zod kəndinin tarixi, irsi, xalça, mətbəx nümumələri nümayiş olunub.

Bildirilib ki, “Zod” qədim türk dillərində “sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri” deməkdir. Bu etnonim-tayfa adı Göyçə mahalındakı Zod toponimində öz əksini tapıb. Bu kənd 1921-ci ildə Sovet rəhbərliyi tərəfindən tarixən ancaq azərbaycanlıların məskunlaşdığı bütöv Göyçə mahalı ilə birlikdə Ermənistana verilib. Kəndin ilk adı yarandığı ilk gündən 1988-ci ilə qədər 3 dəfə dəyişdirilib.

Vurğulanıb ki, XX əsrin ortalarına kimi Zod kəndinin əhalisi əsasən Azərbaycan türklərindən ibarət olub. XX əsrin ortalarından 1988-ci ilə qədər ərazidən bütün azərbaycanlılar məcburi köçürülüb. Beş minə yaxın azərbaycanlının yaşadığı kənd əhalisi hazırda əsasən Göygöl rayonunda, xüsusən həmin rayonun Yeni Zod kəndində və respublikanın bütün bölgələrində məskunlaşıb.

Diqqətə çatdırılıb ki, 1919-cu ildə iki min nəfərin yaşadığı Zod kəndi dagıdılıb yandırılıb, 270 dinc sakin böyük işgəncələrlə qətlə yetirilib.

Süjetdə musiqi sədaları altında bir yerə toplaşan zodluların qoyun kəsmək, xalça toxumaq, yemək bişirmək, mərasim keçirmək ənənələrinə, həmçinin qədim irsi yaşatmaq, doğma yurdlarına qayıtmaq arzularına yer verilir.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 6-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Sosial / 06.07.2024 22:42
Zod kəndinin qayıdış niyyətli tədbiri – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Mətbuat / 05.07.2024 22:41
“12 il Bakıda, 22 il Kiyevdə yaşadım, yuxularımda ancaq Göyçəni görürəm” - FOTO - VİDEO
Maraqlı, Mətbuat / 05.07.2024 13:59
“Biz hökmən o yerlərə dönəcəyik” – Mövsüm Aslanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm, İdman / 05.07.2024 01:24
Qərbi Azərbaycan Kuboku: “Çəmbərək qətliamı” və “Elvin Əlizadə ruzigarı” - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 04.07.2024 22:05
Ermənistanla sülh sazişi mətninə Qərbi Azərbaycan məsələsi artıq daxil edilib - FOTO - VİDEO
Təhlil / 04.07.2024 16:16
Qərblə Şərq arasında mövqeyin göstəricisi – TƏHLİL
Siyasi / 04.07.2024 14:15
İrəvana göndərilən 10-cu paket – ANONS - VİDEO
Maraqlı, Siyasi / 03.07.2024 22:34
I Pavelin qızının şərəfinə qoyulan oğuz yurdu - FOTO - VİDEO
Təhlil / 03.07.2024 15:12
Təkqütblülükdən xilas olmağın yolu – ŞƏT-in təhlükəsizlik imkanları
Siyasi / 03.07.2024 13:49
Çarın bu qızının şərəfinə qoyulan oğuz yurdu – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2024 22:43
“Türklərin Qafqazdakı varlığını 11-ci əsrdən götürmək utopiyadır” - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 02.07.2024 18:36
“Ümumi oyunun bir hissəsi Ermənistanı Fransanın forpostuna çevirməkdir” - VİDEO
Təhlil / 02.07.2024 16:57
İlham Əliyevin sülh şərti – beynəlxalq ictimaiyyətə ismarış – TƏHLİL
Siyasi, Video müsahibə / 02.07.2024 12:24
Ermənistan kimin forpostu olur?- ANONS - VİDEO
Müsahibə / 01.07.2024 22:30
“Kameral təsvirlər Qərbi Azərbaycan torpaqlarının kimə məxsusluğunu sübut edən dövlət sənədidir” - VİDEO
Elm və təhsil / 01.07.2024 13:45
Xəzərlərin etnik kimliyi – ANONS
Maraqlı, Sosial / 29.06.2024 22:01
“Şorcalı mordvin gənci türk casusu adı altında İrəvanda öldürülüb” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Sosial / 28.06.2024 22:46
“Qonaq gələnlər maşını kənddə qoyub Gorusa erməni nömrəsi olan maşınla, avtobusla gedirdilər” - FOTO - VİDEO
Təhlil / 28.06.2024 15:23
Ermənistanın nicatı və Aİ-yə açılan yol – TƏHLİL
Sosial / 28.06.2024 13:22
“Anam rəhmətə gedəndə dedi ki…” Roza Cavadovanın “Həyat Hekayəsi”- ANONS - VİDEO
Hərbi, Təhlil / 27.06.2024 22:16
“Ermənistan sərhəddə strateji yüksəklikləri ələ keçirməyə hazırlaşır” - FOTO - VİDEO
Təhlil / 27.06.2024 17:30
Beynəlxalq səviyyəli münaqişələrdən necə istifadə edilir – TƏHLİL
Hərbi / 27.06.2024 13:32
Ermənistan təxribata əl atarsa… – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 26.06.2024 22:21
Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu - FOTO - VİDEO
Hərbi / 26.06.2024 20:59
Silahlı Qüvvələrimiz dövlətimizin gücü, dayağıdır
Elm və təhsil / 26.06.2024 12:55
Rusların əli ilə erməniləşdirilən məkan – ANONS - VİDEO