Təhlil 16.07.2024 16:10

Yaxın Şərqin Suriya düyünü – TƏHLİL

Suriya və İraq dövlət müstəqilliyini, ərazi bütövlüyünü itirmək təhlükəsini yaşayan əsas ölkələrdəndir.

Bütövlükdə İraqa Səddam Hüseynin nəzarəti itirməsi bu ölkə üçün ciddi problemlər yaşadıb. 2017-ci ildə, edam edilməsindən 11 il sonra ölkə parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Səddam Hüseyn öldürüldükdən sonra İraqın şimalında kürdlərə yerli özünü idarəetmə hüququ verildi. Həmin yerli hökumət müstəqillik haqqında referendum keçirərək İraqın tərkibindən çıxmaq istədiklərini bəyan etdilər. Ancaq başda Türkiyə olmaqla regional dövlətlərinin sərt etirazı ilə qarşılandıqlarından bu iddiadan əl çəkdilər.

Səddam Hüseyninin avtoritar rejimi, kor ərəb millətçiliyi, bəsit demokratik tədbirləri, milli hüquqları tapdaması və s. neqativ yanaşması İraqı istiqrarsız hala salıb. Bu ölkədə sülh və təhlükəsizlik müvəqqətidir. O, hər an pozula bilər və pozulur da. İraqın ərazi bütövlüyü də riskli vəziyyətdədir.

Suriyada vəziyyət bir qədər fərqlidir. “Ərəb baharı”nın dalğası bu ölkəyə də çatmışdı. Bu hadisə Suriyadakı rejimin başçısı Bəşər Əsəd hakimiyyətini devirməyi qarşısına qoysa da, ona müəssər ola bilmədi. Ətrafı daha çevik çıxdı. İran, Rusiya və Çinin yardımından faydalanaraq hakimiyyətinin qoruyub saxlaya bilib.

Bununla belə ölkənin ərazi bütövlüyü təhlükəsi qalmaqdadır. Əsədin legitimliyi də beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunmur. 2021-ci il mayın 28-də prezident seçkisi keçirib. Avropa İttifaqı, ABŞ və Böyük Britaniya, müxalifət bu siyasi kampaniyanı və nəticələrini tanımayıb. Onda Avropa İttifaqı Əsəd hakimiyyətinə qarşı mövcud sanksiyanın müddətini uzatmışdı. Rusiya Prezidenti Vladimir Putin isə onu yenidən seçilməsi münasibət ilə təbrik edib. Bununla da müharibə vəziyyətində olan Suriyada Əsəd “95,1 faiz səs toplamaqla” dördüncü dəfə prezident olub. 2000-ci ildən bu postu tutan Əsəd rejimi İran və Rusiyanın yardımı ilə ölkə ərazisinin 60 faizinə nəzarət edir.

Suriyanın şimal-qərbi onun hakimiyyətinə qarşı olan üsyançıların, şimal-şərqi isə PKK/YPG-PYD terror qruplaşmasının əlindəddir.

Suriyanın bir hissəsində parlament seçkiləri keçirilib. Sonuncu belə siyasi kampaniya 2000-ci ildə keçirilib. Onda Əsədin başçılıq etdiyi “Bəəs” Partiyası 166 yer, 17-sini onunla müttəfiq partiyalar, 67-sini isə müstəqil namizədlər qazanmış sayılmışdı. Bu seçkilərdə isə 250 yer uğrunda 1516 namizəd mübarizə aparıb. Qərb ölkələri və müxalifət seçkilərin azad, şəffaf və ədalətli keçmədiyini bildirib.

Yeni seçilən parlamentin əvvəlki kursu davam etdirməklə yanaşı, konstitusiyada dəyişiklik ediləcəyi, Əsədin prezidentlik müddətini uzadacağı gözlənilir. Onun səlahiyyət müddəti 2028-ci ildə başa çatır. Mövcud qanunlara görə, o, namizədliyini təkrar irəli sürə bilməz. Odur ki, konstitusiyada dəyişiklik edilməsi istisna olunmur.

Bu siyasi kampaniyada da ölkənin şimal-qərb və şimal-şərq bölgələri iştirak etməyib. İraqın şimalında oynanılan oyun indi də Suriyanın kürdlərin sıx məskunlaşdığı bölgəsində aparılır. Bu il mayın 30-da PKK/YPG-PYD terror qruplaşması nəzarəti altında olan bu ərazidə yerli “seçkilər” keçirəcəyini elan etmişdi. Ancaq müxtəlif səviyyəli təzyiqlərdən sonra onlar bu tədbiri iyunun 11-ə ertələmişdi. “Şimal və Şərqi Suriyanın idarə edənlər” iyunun 6-da “seçkiləri avqust ayında keçirəcəklərin” elan ediblər. Bu bölgədə bələdiyyə seçkiləri 2015-ci ildə keçirilib.

Suriyanın şimalındakı siyasi, silahlı qüvvələr “seçkiləri” keçirməyə nail olsa, o zaman ölkəni şimalı hissəsinə rəsmi Dəməşq nəzarəti tamamilə itirə bilər. Çünki “bu hökumət” sonrakı mərhələdə “müstəqillik haqqında referendum” keçirməyə cəhd göstərəcək. ABŞ və qərb ölkələri onları müdafiə edir, silahlandırır. Həmin silahlı qüvvələr Suriyanın neftlə zəngin ərazilərinə nəzarət edir. Bu isə Ştatlar və onun müttəfiqlərinin həmin qruplaşmaya etibarının səviyyəsindən xəbər verir. Oxşar hadisə İraqda da baş verib. Ölkənin şimalındakı yeli özünü idarəetmə hökuməti mərkəzi hakimiyyətdəki başıpozuqluqdan istifadə edərək bir neçə ilə nəzarətləri altında olan ərazilərdən neft hasil edərək onu “qara bazara” çıxarmışdılar. Sonralar bu hadisə Bağdad hakimiyyəti ilə onlar arasında ciddi narazılığa səbəb olmuşdu. Onda İraqın mərkəzi hökuməti şimal bölgəsinə silahlı qüvvə yeridəcəyini bildirmişdi. Ancaq şimaldakılar rəsmi Bağdadla hesablaşmalı olub.

Rəsmi Ankara İraq və Suriyanın ərazi bütövlüyünü tanıdığını qəti şəkildə bəyan edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə “Suriyada bir terrorçu dövlətin qurulmasına icazə verməyəcəklərini” bildirib.

Düzdür, Əsədin müdafiəçiləri, o cümlədən Rusiya Suriyanın federallaşmasına razılıq vermişdi.

Suriyada vətəndaş müharibəsi bitməyib. Vətəndaş savaşının iştirakçıları bunlardır: Əsədin nizamlı silahlı və yarımhərbi qüvvələr (Suriya Ərəb Silahlı Qüvvələri, Milli Müdafiə Qüvvələri və s.), “mötədil” Suriya müxalifətinin birləşmələri, Azad Suriya Ordusu, ərəb sünni qəbilə qüvvələri, PKK/YPG-PYD, həmçinin müxtəlif növ islamçı və cihadçı terror qrupları, o cümlədən İŞİD, əl-Nusra Cəbhəsi (hazırda Heyət Təhrir əl-Şam) və s. Bu savaşa xaricdən çoxlu sayda könüllü də qatılır. Onları xarici dövlətlər silah-sursat, hərbi texnika və başqa avadanlıqlarla təchiz edir.

HƏMAS-ın İsrailə hücumundan sonra Suriya daha bir istiqamətdə döyüş meydanına dönüb. İsrail İranın İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Əsədin nəzarəti altında olan ərazilərdəki hərbi qüvvələrinə qarşı əməliyyatlar keçirir. Bu da sabitlik sayılan bölgələrdə sakinlər təhlükəsizliyi üçün ciddi narahatlıq yaradır.

Ona görə Suriya üçün vacib sual budur: Bu ölkəyə sülh nə vaxt gələcək, yaxud sülh niyə gecikir?

Bəhs etdiyimiz və qeyd etmədiyimiz səbəblərdən bunun aşağıdakı səbəbləri təxmin etmək olar:

– beynəlxalq güclər Suriya ilə bağlı ortaq məxrəcə gəlməyib;

– ABŞ və müttəfiqləri Rusiya ilə İrana qarşı bu ölkədə müharibəni davam etdirir;

– İran Suriyadan özünü müdafiə məqsədi, İsrailə təzyiq üçün istifadə edir;

– terrorçu PKK qruplaşması alət rolunu davam etdirir;

– Ölkə daxili və xaricindəki qüvvələri birləşdirəcək liderin yoxluğu;

– Suriyanın gələcəyi ilə bağlı qeyri-müəyyənliyin sürməsi;

– Qərblə Çin və Rusiya arasında ziddiyyətlərin davam etməsi;

– parlament və prezident adı altında keçirilən seçkilərin qıcıqlandırıcı olması;

– Suriyanı bütün qanunsuz silahlı, siyasi qüvvələrdən xilas edəcək qüvvənin olmaması, habelə bunu dəstəkləyəcək xarici faktorun yoxluğu və s.

Bu və başqa belə səbəblər öz həllini tapmayanadək Suriyanın ərazi bütövlüyü təmin olmayacaq, qaçqınlar geri dönməyəcək, nəticədə sülh yaranmayacaq. Odur ki, sülh də yaxın görünmür.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO