Maraqlı 19.07.2024 22:34

“1915-ci ildə Çaykəndin əhalisi Tovuz və Gədəbəyə köç edib” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qaraqoyunlu dərəsində heç vaxt erməni kəndi olmayıb” adlı veriliş Qaraqoyunlu dərəsinin, Çəmbərək rayonunun Çaykənd kənd sakini Əflatun Abdullayevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, məktəb illərindən söz açıb, kənddə nənəsinin yanında böyüdüyünü deyib: “Uşaqlığımız çox maraqlı keçirdi. Biz nənələrimizin, babalarımızın yanında çox mehriban, gözəl yaşayırdıq. Çaykənd əzəmətli kiçik Qafqaz sıra dağlarının arasında yerləşmişdi. Tərsə çayı, Bəryabad çayı və Qəzənüçən çayının birləşməsinə görə adı Çaykənd adlandırılıb. Hər tərəf səfalı yerlər, gözəl bulaqlar, məhllələr, yaylaqlar idi”.

Ə.Abdullayev ata-babaların, kənddə ağsaqqal kişilərin onlara danışdığı erməni vəhşiliklərindən söz açıb: “1988-ci ilə kimi Qaraqoyunlu dərəsi 1905, 1915, 1918 və 1948-1951-ci illərdə 4 dəfə deportasiyaya məruz qalıb. 1915-ci ildə Andranikin qoşunu Türkiyədən qaçandan sonra Dilcana gəlib. Dilcandan keçib Qaraqoyunlu dərəsinə hücum etmək istəyəndə Darlıq dərəsində kənd camaatı daşnakların qabağını kəsib geri qaytarmışdılar. O vaxt camaat Tovuz və Gədəbəyə köç edib. 1916-cı ildə yaz vaxtı geri qayıdanda görüblər ki, kəndlərə Türkiyədən gəlmə ermənilər yerləşdirilib. Camaat erməniləri kənddən qovub. Qaraqoyunlu dərəsində heç vaxt erməni kəndi olmayıb”.

Onun sözlərinə görə, 1988-ci ildə ermənilər camaatı köhnə  avtobuslara doldurub Qazax ilə sərhədə töküblər: “1988-ci il dekabrın 3-4-də Çaykənd camaatı kəndi məcburən tərk etdi. Evdən heç kim bir çöp də belə götürə bilmədi. Biz Şəmkir rayonunun Barun-Barsum, indiki Aşağı Çaykənd, Yuxarı Çaykəndə, oradan da Sumqayit şəhərinə köçdük”.

Çaykənd sakini yuxlarında ancaq doğma yurdu gördüyünü, imkan olsa, kəndinə qanad açıb uçaraq getmək istədiyini vurğulayıb: “O səfalı yerlər yaddan çıxan deyil. Haçatəpə qəbiristanlığında atamın, nənəmin, babamın qəbirini ziyarət etmək istəyirəm. Qarabağa, Zəngəzura köç, böyük qaydış başlayıb. O qayıdış bir gün bizə də qismət olacaq, buna inanıram. Qayıdanda ilk olaraq evimin qabağında düşüb, 36 ildir bizi gözləyən torpağımı öpəcəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 19-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Siyasi, Sosial / 19.07.2024 22:34
“1915-ci ildə Çaykəndin əhalisi Tovuz və Gədəbəyə köç edib” - FOTO - VİDEO
Təhlil / 19.07.2024 16:54
Riskli ölkəyə çevrilən Ermənistan – TƏHLİL
Maraqlı, Sosial / 19.07.2024 13:30
“Yük maşınlarını Aşot bölürdü” – Əflatun Abdullayevin “Həyat Hekayəsi” – ANONS
Elm və təhsil, Siyasi / 18.07.2024 22:51
“Paşinyanın sifarişi ilə Azərbaycan əleyhinə kitab hazırlandı - FOTO - VİDEO
Təhlil / 18.07.2024 17:22
Rəsmi İrəvanın London spekulyasiyası – TƏHLİL
Elm və təhsil / 18.07.2024 13:50
Ermənistanın yeni “elmi saxtakarlığı” – ANONS - VİDEO
Gündəm, Mətbuat / 18.07.2024 11:00
SOS bir qrup media işçisini mükafatlandırıb - FOTO
Elm və təhsil, Maraqlı / 17.07.2024 22:03
“İndiki Ermənistanın tədqiq olunmuş türk mənşəli yer-yurd adları” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 17.07.2024 14:53
Abana, Abaran, Abasadzor və Abaran çayı – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 16.07.2024 22:33
“SSRİ tarixçilərinin uydurma “Ermənistan tarixi” hun-qıpçaq tarixinin saxtalaşdırılması ilə yaranıb” - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 16.07.2024 18:49
Türklər bütün regionda təhlükəsizliyi, sabitliyi və rifahı təmin etməyə qadirdilər” - FOTO - VİDEO
Təhlil / 16.07.2024 16:10
Yaxın Şərqin Suriya düyünü – TƏHLİL
Elm və təhsil / 16.07.2024 14:30
“Qafqaz dövlətlərinin əsasını hun ittifaqı təşkil edib” – ANONS - VİDEO
Siyasi / 16.07.2024 13:51
“İran ictimaiyyəti belə bir Prezidenti çoxdan gözləyirdi” – ANONS - VİDEO
Müsahibə, Səhiyyə, Video müsahibə / 15.07.2024 22:45
“Göyçə camaatına zülm edən Sulikov Zodda zərərsizləşdirilib” - FOTO - VİDEO
Təhlil / 15.07.2024 16:27
İran səfirindən təxribatçı açıqlama – diplomatın təhrikçi çıxışı – TƏHLİL
Maraqlı, Sosial / 14.07.2024 22:01
Ermənilər Əmir Səəd məqbərəsini kimin adına çıxarırlar? - VİDEO
Siyasi, Sosial, Video müsahibə / 12.07.2024 22:44
“Daşnakların təsiri altında yaşamaq çox çətin idi” - FOTO - VİDEO
Siyasi / 12.07.2024 16:05
Üçüncü islahatçı Prezident – İrana demokratiya – TƏHLİL
Siyasi, Sosial / 12.07.2024 12:39
“Dedilər ki, səhər saat 6-da Arçutdan çıxmalısınız” – Əflatun Məmmədovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 11.07.2024 22:54
Ermənistanın regionda yeganə döyə biləcəyi İran qapısı bağlanacaq - FOTO - VİDEO
Təhlil / 11.07.2024 15:20
Azərbaycan-Pakistan əlaqələri – strateji tərəfdaşlığa doğru – TƏHLİL
Siyasi / 11.07.2024 14:22
Qarakilsəyə 11 min azərbaycanlı qayıdır – ANONS
Siyasi, Sosial / 10.07.2024 22:31
Zəngibasar niyə Masis adlandırılıb? - FOTO - VİDEO
Siyasi / 10.07.2024 13:09
Qonşuları arasında bölüşdürülən rayon – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 09.07.2024 21:35
“Mamikonyanlar türk, Baqratilər yəhudi mənşəlidir, ermənilərə aidiyyəti yoxdur” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO