Mətbuat 22.07.2024 22:23

“Qərbi Azərbaycanın mətbuat tarixi “Lək-lək” jurnalı ilə başlayır” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şəfəq Nasir olub. O, Qərbi Azərbaycanın mətbuat tarixindən, müxtəlif illərdə nəşr olunan qəzet və jurnallardan söhbət açıb. Qeyd edib ki, Qərbi Azərbaycanda ilk mətbu orqan İrəvanda yaranıb. Tədqiqatçılar 1882-ci ildə bu ərazidə “Çiyələk” adlı qəzetin nəşr olunduğunu iddia etsələr də sözügedən mətbu orqanın hər hansı nüsxəsini əldə etmək mümkün deyil. Ona görə də Qərbi Azərbaycanın mətbuat tarixi “Lək-lək” jurnalı ilə başlayır. Alimin sözlərinə görə, 1914-cü ildə İrəvanda Azərbaycan dilində nəşr olunan ilk satirik həftəlik jurnalın ömrü cəmi beş ay olub. 12 sayı nəşr olunduqdan sonra bağlanıb.

Ş.Nasir deyib ki, fəaliyyət göstərdiyi müddətdə jurnal dini dünyagörüşü, mövhumatı, şəriəti tənqid edib, yeni mədəniyyətin, müsbət ideyaların təbliğatını aparıb. “Lək-lək”in səhifələrində dinin irticaçı mahiyyətini göstərən, ruhanilərin əsil simasını açan, köhnə dünyanın çürük adət-ənənələrini tənqid edən yazılara geniş yer verilib. “Lək-lək”in sonuncu nömrəsində jurnalın bağlanacağı, yaxın gələcəkdə “Çınqı” adlı yeni jurnalın oxucuların görüşünə gələcəyi barədə elan verilsə də sonradan belə bir mətbu orqan nəşr edilməyib. 1917-ci ildə “Cavanlar şurası” qəzeti işıq üzü görüb. Yazıçı-publisist Ş.Nasir söyləyib ki, cəmi 3-4 nömrəsi çap olunan qəzetin hazırda hər hansı nümunəsi yoxdur. Yalnız tədqiqatçıların əsərlərində həmin mətbu orqanın varlığını sübut edən məlumatlar var. Orada qeyd olunur ki, 1917-ci ildə daşnaklar “Cavanlar şurası”nın fəaliyyətinə imkan verməyiblər.

Fəlsəfə doktoru Ş.Nasir vurğulayıb ki, Qərbi Azərbaycanda “Lək-lək”dən sonra böyük iz qoyan, əks-səda doğuran mətbu orqan “Bürhani-həqiqət” ədəbi, ictimai-siyasi jurnalı olub. 1917-ci il yanvarın 1-dən iyunun 29-a kimi İrəvanda Azərbaycan türkcəsində oxucuların görüşünə gələn jurnal əsasən maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edib. O dövrdə irəvanlı müəllimlər “Bürhani-həqiqət”lə əməkdaşlığa cəlb olunublar. Fəaliyyəti dövründə bu jurnalın da cəmi 9 nömrəsi işıq üzü görüb.

Alimin sözlərinə görə, 1905-1931-ci illərdə qısa fasilələrlə çap olunan, Şərqi qəflət yuxusundan oyadan “Molla Nəsrəddin” jurnalının İrəvan müxbirləri olub. Həmin ziyalılar millətin savadlanması üçün böyük fədakarlıqlar göstəriblər. Sovet hakimiyyəti illərində isə Qərbi Azərbaycanda “Kommunist”, “Zəngi qəzeti”, “Qızıl şəfəq”, “Qırmızı Basarkeçər”, “Vardenis”, “Sovet Ermənistanı” qəzetləri nəşr edilib. Bu mətbu orqanlarda əsasən sosializm ideyaları təbliğ olunub.

Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Ş.Nasir valideynlərinin 1950-ci ildə ata-baba yurdundan deportasiya olunmasından, Beyləqan rayonunda məskunlaşmasından, yaxın qohumlarının 1988-ci il deportasiyasında üzləşdiyi çətinliklərdən də geniş danışıb. Bildirib ki, hər bir soydaşımızın ürəyində Vətən nisgili var və o insanlar öz kəndlərinə, rayonlarına qayıtmaq istəyirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 22-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO