Siyasi 24.07.2024 15:10

İrəvanda vətəndaş savaşı – Ermənistan yenə körüklənir – TƏHLİL

Ermənistanı yenə körükləyirlər. Əvvəllər dövləti olmayan ermənilərdən regiondakı Osmanlı və Qacar türk dövlətlərinə qarşı istifadə ediblər. Müasir dünya siyasətinin əsas aktorları dəyişməyib. Ancaq hədəflər müəyyən istiqamətdə dəyişib.

Bu dəfə Ermənistan adlı dövlət var. Ondan isə Azərbaycan, Türkiyə, İrana qarşı ehtiyat təkər kimi yararlanma gündəlikdədir. Ancaq əsas hədəf Rusiyadır. 2018-ci ilin mayından, hakimiyyət dəyişikliyi baş verəndən sonra Ermənistan birbaşa bu ölkəyə qarşı fokuslanıb.

ABŞ və onun Qərbdəki müttəfiqləri İrana qarşı sanksiya tətbiq ediblər. Dünyanın aparıcı dövlətləri və şirkətləri bu məhdudiyyətdən ehtiyatlanaraq İslam Respublikası ilə ticarət əlaqəsini kəsib, ora sərmayə qoymur. Ancaq Ermənistan İranla bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq edir.

Qərb bloku bu məsələdə Ermənistana güzəştə getməklə əsas hədəfini istəsə belə gizlədə bilmir. Ermənistanın şərtlərə əməl etməməsi səbəbindən Azərbaycanla sülh sazişi imzalanmayıb. Habelə Türkiyəyə qarşı iddialarından, o cümlədən saxta soyqırımının beynəlxalq miqyasda “tanınması” iddiasından əl çəkmədiyi üçün bu ölkənin qapıları onun üzünə bağlı qalıb. Ona görə də ABŞ Ermənistanı “şər bucağı”, “beynəlxalq terrorizmin sponsoru” olaraq təqdim etdiyi İranın qapısına göndərir. Tehran da bunu Ermənistanla əməkdaşlığının inkişafı, dünya dövlətləri ilə ticarət dövriyyəsinin artması kimi təbliğ edir.

Ancaq o da gün kimi aydındır ki, son məqamda İslam Respublikasına ilk zərbə də bu ölkədən dəyəcək. Çünki tarixdə buna Osmanlı, Qacar, çar Rusiyası və SSRİ örnəkləri var.

Azərbaycan torpaqları işğal altında olanda da təcavüzkar Ermənistana sanksiya tətbiq edilməmişdi. Hətta, ABŞ-nin dövlət və qeyri-hökumət təşkilatlarının, Avropa İttifaqının bu ölkə üçün nəzərdə tutulan müxtəlif yardımları və ianələri kəsilməmişdi.

44 günlük müharibə zamanı da Rusiya, İran, Fransa və başqaları Ermənistana maddi-mənəvi, hərbi, təbliğatı və informasiya baxımından yardımlar ediblər.

İyulun 22-də Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketinin ayrılmasını təsdiqləyib. Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Bundan başqa, Ermənistan vətəndaşları üçün Avropa İttifaqına səyahət vizası liberallaşdırılıb.

ABŞ-nin Avropa komandanlığı “Eagle Partner2024” çərçivəsində Ermənistanla kütləvi iğtişaşlara qarşı birgə hərbi təlim keçirir. Bildirilib ki, bu təlim yüksək intensivlik şəraitində əməkdaşlıq etmək və birgə işləmək bacarığını nümayiş etdirir, eyni zamanda hazırlığı, cavabdehliyi və qarşılıqlı fəaliyyət qabiliyyətini artırır.

Pentaqonun nümayəndəsi isə Ermənistan Müdafiə Nazirliyində oturub.

ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Agentliyinin (USAID) başçısı Samanta Pauer də bu günlərdə Ermənistanda ikigünlük səfərdə olub. O, bu ölkədə baş nazir Nikol Paşinyan da daxil olmaqla müxtəlif görüşlər keçirib. Səfərdən sonra yaydığı videomüraciətdə isə qeyd edib ki, ermənilərlə danışanda əsas diqqət müqavimətin qurulmasına, ərzaq təhlükəsizliyi, enerji dayanıqlılığının artırılmasına yönəlib.

Onun sözlərinə görə, ABŞ ilə Ermənistan arasında hər gün daha da güclənən müasir və davamlı tərəfdaşlıq nümunəsi yaranır.

Qeyd etdiyimiz bu faktlar Ermənistanın yeni bir mərhələyə hazırlandığından xəbər verir. Hərbi sahədə kütləvi iğtişaşlara qarşı hazırlıq onu deməyə əsas verir ki, bu ölkədə gec-tez vətəndaş müharibəsi, yaxud kütləvi etiraz aksiyaları keçirilə bilər. Elə Avropa İttifaqının ayırdığı 10 milyon avro məbləğinin “böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinə” yönələcəyi də Ermənistan daxilində bir savaşın, qarşıdurmanın olacağı ehtimalını artırır.

Çünki rəsmi İrəvanın özünü “dəli oğlan” kimi aparmasını Moskva hələ seyr edir. Rusiya rəsmiləri Ermənistanı cızığından çıxmamaqla bağlı xəbərdarlıq edir.

Odur ki, iğtişaşlara qarşı hazırlıq, fövqəladə hallarda mülki sakinlərin müdafiəsinin təşkili və viza liberallaşdırılması məsələləri rebusa daha çox oxşayır. Bunlar biri-biri ilə bağlı məsələlərdir. Fikrimizcə, bu sıralanmanın açması belədir: Ermənistanda iğtişaşlar baş verəcəyi halda mülki əhalinin müdafiəsi məqsədi ilə viza verilərək ölkədən təxliyəsini təşkil etmək.

Meydana, deyəsən, yenə keşiş Baqrat Qalstanyanı buraxacaqlar. O, bu ilin sentyabrında yeni aksiyaya başlayacaqlarını bildirib: “Bizim taktikamız dəyişib: sentyabra qədər tərəfdarlarımız arasında seçim edəcəyik. Sentyabrın əvvəlində isə böyük toplantı keçirəcəyik”

Keşişin sözlərinə görə, mübarizə yalnız özü və hərəkatın bütün iştirakçıları öləndən sonra bitəcək. Bunu da Ermənistanda iğtişaşa hazırlığın başlayacağının anonsu saymaq olar.

Odur ki, Moskva-İrəvan münasibətləri aydınlaşmayanadək bu ölkədə vəziyyətin sabitləşəcəyindən bəhs etmək əbəsdir. Bu baxımdan, ehtimal etmək olar ki, Ermənistanın payızdan qışa çıxması prosesi daha çətin olacaq.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO