Elm və təhsil 27.07.2024 22:21

“Qərbi Azərbaycanda “Qurd ağzı bağlama” ayini” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qərbi Azərbaycanda “Bozqurd anlayışının mənası və izahı” adlı buraxılışda araşdırmaçı Ayişə Nəbi və filologiya üzrə fəlsəfə doktoru Aynur Cəlilova Qərbi Azərbaycanda Bozqurd simvolu və ona həsr olunmuş mərasimlər, eləcə də qədim türklərin həyatında ovçuluğun tutduğu xüsusi yer barədə söhbət açırlar.

Bildirilir ki, “Bozqurd anlayışının mənası və izahı genişdir: “Türklərin Bozqurddan törəməsi yanlış yozumdur. Bozqurd canavar deyil, Qut məfhumudur. Göy Tanrıya inanan toplum canavara tapına bilməzdi. Türklərin inancı Tenqri, Tanrı əslində belə adlanırdı. Göy türklərdə rəng adı deyil, yaranış rəmzidir. Xaqan qızı Göy üzündən yerə enib, yaradılışın əsasını qoydu. Türk dara düşəndə Göy boru köməyinə gəlir. Qurd qutlanmış, Qut almış varlıqdır. Qurd ağzı simvolu qoruyucu, xilasedicidir. Qərbi Azərbaycanda “Qurd ağzı bağlama” ayini keçirilirdi”.

Onların sözlərinə görə, türkün həyatında ovçuluq xüsusi yer tutub: “Ovçuluqda “100-cü ov” tilsimi-ov əyəsinin cəzası, həmçinin heyvanın dərisini geyinib, ov əyəsindən icazə alma adəti var idi. Keçi Günəşin rəmzi, maral, tur sakral heyvan hesab olunurdu. Ovçu Pirim Zəngəzurda yerləşən Diridağda yaşayıb”.

Araşdırmaçılar sonda “Qurd ağzı bağlamaq” mərasimin keçirilmə qaydası, tərəkəmə adətləri və yaşam tərzinin xüsusiyyətləri ilə bağlı  maraqlı fikirlər səsləndirirlər.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 27-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 27.07.2024 22:21
“Qərbi Azərbaycanda “Qurd ağzı bağlama” ayini” - FOTO - VİDEO
Mədəni, Siyasi / 26.07.2024 22:47
“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi” - FOTO - VİDEO
Hərbi, Təhlil / 26.07.2024 15:20
İrəvana hərbi yardım ayıranların müharibə həvəsi – TƏHLİL
Mədəni, Siyasi / 26.07.2024 12:17
“Vətən həsrəti ağzımızda dilimizi yandırıb” – Səmayə İsmayılovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.07.2024 21:36
İlham Əliyev Ermənistandan Qərbi Azərbaycanla bağlı dəqiq layihə tələb edir - FOTO - VİDEO
Təhlil / 25.07.2024 15:27
Yaxın Şərq və ərəb “NATO”su – TƏHLİL
Elm və təhsil, Siyasi / 24.07.2024 22:44
“Abdalağalı, Abdulabad, Abdulkənd, Abbaslar, Abbas dərəsi, Abbas biçənək – türk tarixinin izi” - FOTO - VİDEO
Siyasi, Təhlil / 24.07.2024 15:10
İrəvanda vətəndaş savaşı – Ermənistan yenə körüklənir – TƏHLİL
Elm və təhsil, Sosial / 24.07.2024 14:10
Ermənilərin toponimləri dəyişdirmə planı – ANONS - VİDEO
Hərbi / 24.07.2024 12:26
Rus tankının qarşısını 16 yaşında kəsdi – 19 yaşında şəhid oldu - VİDEO
Hərbi, Mətbuat / 24.07.2024 11:24
“Dostlarla birgə” – şəhid jurnalistlərin qorxmazlıq dastanı - VİDEO
Mətbuat, Siyasi / 24.07.2024 10:49
Tamam Cəfərova: “Azərbaycan dezinformasiyadan əziyyət çəkən ölkələrdəndir”
Elm və təhsil, Maraqlı / 23.07.2024 21:43
Sovet tarixçiliyi Göyçə ətrafında saxta erməni tarixini necə uydurub? - FOTO - VİDEO
Gündəm, Siyasi, Video müsahibə / 23.07.2024 18:51
“Ermənistan Qarabağı itirmədi, hüquqi və tarixi baxımdan Qarabağ olduğu yerə qayıtdı” - VİDEO
Təhlil / 23.07.2024 15:11
“Qocalmış atların güllələnməsi” – ABŞ-də seçki amansızlığı – TƏHLİL
İqtisadi, Siyasi / 23.07.2024 14:40
Politoloq: “Azərbaycan öhdəliklərinə sadiqlik nümayiş etdirir”
Siyasi / 23.07.2024 13:04
“Sülh Ermənistanın özü üçün lazımdır” – ANONS
Mətbuat / 23.07.2024 10:12
Qərbi Azərbaycan İcması bir qrup jurnalisti mükafatlandırıb - FOTO - VİDEO
Mətbuat, Video müsahibə / 22.07.2024 22:23
“Qərbi Azərbaycanın mətbuat tarixi “Lək-lək” jurnalı ilə başlayır” - VİDEO
Mətbuat / 22.07.2024 00:02
Azərbaycanda milli mətbuatın yaranması günüdür
Siyasi / 21.07.2024 22:00
Maddi-mədəni irsin bərpası Ermənistan dövlətinin öhdəliyidir - VİDEO
Siyasi, Sosial / 20.07.2024 21:49
Çivə kəndinə köçürülən ermənilər türk izlərini siliblər – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 19.07.2024 22:34
“1915-ci ildə Çaykəndin əhalisi Tovuz və Gədəbəyə köç edib” - FOTO - VİDEO
Təhlil / 19.07.2024 16:54
Riskli ölkəyə çevrilən Ermənistan – TƏHLİL
Maraqlı, Sosial / 19.07.2024 13:30
“Yük maşınlarını Aşot bölürdü” – Əflatun Abdullayevin “Həyat Hekayəsi” – ANONS
Elm və təhsil, Siyasi / 18.07.2024 22:51
“Paşinyanın sifarişi ilə Azərbaycan əleyhinə kitab hazırlandı - FOTO - VİDEO