Qərb Venesuela tələsi – Maduronun sınağı – TƏHLİL
Venesuelada prezident seçkilərinin nəticələrinə etirazlar davam edir.
Ölkənin Mərkəz Seçki Komissiyası legitimliyi qismən tanınan, fəaliyyətdə olan Prezident Nikolas Maduronun üçüncü müddətə bu vəzifəyə seçildiyini elan edib. Məlumata görə, o, 51,2 faiz, müxalifətin nümayəndəsi Edmundo Qonsales Urruta 44,2 faiz səs toplayıb.
Komissiyanın sədri Elvis Amoroso nəticələrin “dəyişməyəcəyini” vurğulayaraq səsvermədə seçicilərin 59 faizinin iştirak etdiyini deyib.
“Vente Venezuela” (“İrəli Venesuela”) hərəkatının lideri Mariya Korina Maçado Maduronun rəqibi Edmundo Qolsalesin səslərin 73,4 faizini aldığını və qələbə qazandığını açıqlayıb. Onun sözlərinə görə, çoxsaylı seçkiqabağı sorğuların və səslərin nəticələri Qonsalesin qalib gəldiyini təsdiqləyir.
O bir müddət əvvəl Venesuela hakimiyyətini səsləri “ədalətli və şəffaf” hesablanmağa çağırıb. Dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət ölkədəki hadisələri çox yaxından izləyir və buna uyğun cavab veriləcək.
Bu isə Venesuela iqtisadiyyatının çökməsinə səbəb ola bilər. Hakim Vahid Sosilalistlər Partiyasının namizədi Nikolas Maduro yenidən altı il müddətinə Venesuelaya rəhbərlik etmək istəyir. Latın Amerikasının neft hasil edən ölkəsi hiperinflyasiyaya yuvarlanıb. Venesuela dünyada neft ehtiyatına görə ən yüksək yerdə olsa da, iqtisadiyyatı çökməkdədir. Ölkədə hiperinflyasiya 130 min faizdir. Gündəlik tələbat mallarının qıtlığı yaranıb.
Ölkədən yeddi milyona yaxın sakin qaçıb. Bu isə ölkə əhalisinin hər dörd nəfərindən biri deməkdir. Maduro rejimi müxalifəti və vətəndaş cəmiyyətini repressiv yolla əzir. Bir yandan hakimiyyətin tətbiq etdiyi zorakılıq, o biri tərəfdən isə çoxsaylı iqtisadi-sosial problemlər zəngin neft ölkəsi vətəndaşlarının normal yaşamaq üçün mühacirət etməsinə səbəb olub.
Yeri gəlmişkən, müxalifətin vahid namizədini müəyyənləşdirmək asan olmayıb. Maduronun təyin etdiyi hakim Mariya Korina Maçadonu korrupsiyada ittiham edib. Xanım Maçado bu ittihamları təkzib etsə də, onun dövlət vəzifəsi tutması yasaqlanıb. “Vente Venezuela” hərəkatı sonra professor Korina Yorisin namizədliyini irəli sürüb. Ancaq hakimiyyət onun qeydiyyatını ləğv edib. Bundan sonra hərəkat lideri Maçado Qonsalesin namizədliyini dəstəkləyib.
Belə ehtimal etmək olar ki, seçicilər üçün müxalifətin namizədinin kim olacağı səsverməyə az təsir edib. Onlar bununla Nikolas Maduro hakimiyyətinə münasibətini, onu qəbul etmədiklərini göstəriblər.
Müxalifət lideri Maçado bildirib ki, seçicilərin 2,7 milyonu Maduroya, 6,2 milyonu isə Qonsalesə səs verib.
Ölkənin bütün iri şəhərlərində Maduro əleyhinə aksiyalar keçirilir. Onun sələfi Uqo Çavesin portretləri yandırılır, heykəlləri dağıdılır. Məlumatlara görə, aksiyalar nəticəsində iki nəfər ölüb. Latın Amerikası ölkələri Argentina, Qvatemala, Kosta-Rika, Panama, Paraqvay, Peru, Dominikan Respublikası, Uruqvay və Ekvador, habelə ABŞ və Avropa İttifaqı Maduronun qələbəsini elan edən seçkinin nəticələrinin tanımayıb.
Beş il əvvəl Çinlə Venesuela arasında ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib. Rusiya baş nazirinin müavini Aleksandr Novak ötən ilin payızında bildirmişdi ki, Venesuela ilə 2023-cü ilin ilk 6 ayında ticarət dövriyyəsi 70 faiz artıb. Ancaq onun konkret rəqəm göstərməməsi iki ölkə arasında ticarət dövriyyəsinin elə böyük rəqəm olmadığını ehtimal etməyə əsas verir.