Elm və təhsil 20.08.2024 21:51

“Urartu kitabələrində erməni və ya haylardan bəhs olunmur” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Göyçədəki qalalar urartuluların yox, içoğuzlarındır” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə tədqiqatçı Ramin Əlizadə ermənilər tərəfindən dağıdılmış Göyçə mahalının Basarkeçər rayonunun Zağalı kəndində urartu gerçəklərindən və erməni saxtakarlığından söz açır.

Qeyd olunur ki, Göyçədə yaşayan tayfalar urartuluların hücumlarının qarşısına almaq üçün uzun müddət mübarizə aparıblar: “Göyçənin adı, Geğam, Geğarkunik sözü türklərin Gehu şəhərinin adından götürülüb. Göyçədə olan qalalar urartuluların deyil, İç oğuzlarındır. Aşşurlar Biayin tayfalarının yaratdığı dövlətə Urartu-Dağlıq ölkə deyiblər. Sarduri Zağalı kəndi ətrafında kitabədə yerli tayfalar haqqında mühüm məlumatlar verib. Zağalı yazısında qeyd olunan Urte ölkəsi Yurd mənası verir və türklərə aiddir. Qərbi Azərbaycanın yerli tayfaları Göyçə Ağbaba, Şörəyel, Loru ərazisində Urartuya qarşı ciddi müqavimət göstəriblər”.

Sonda vurğulanır ki, Qərbi Azərbaycanın tarixi mədəni irsi üzərində qondarma Armeniya mifologiyası qurulub: “Urartu kitabələrində erməni və ya haylardan bəhs olunmur. Qədim və müasir ermənicənin Urartu dili ilə qrammatika və morfologiya baxımından heç bir bənzərliyi yoxdur. Urartunun tarixini tədqiq edən araşdırmaçılar ermənilərin iddiasını yalan hesab edirlər. Piotrovski Urartu maddi-mədəni irsinin ermənilərlə heç bir əlaqəsinin olmadığını sübut edib”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 20-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 20.08.2024 21:51
“Urartu kitabələrində erməni və ya haylardan bəhs olunmur” - FOTO - VİDEO
Müsahibə, Siyasi / 20.08.2024 18:30
“Biz beynəlxalq hüquq qaydalarını pozmadan Ermənistanı sülhə məcbur edirik” - VİDEO
Siyasi / 20.08.2024 15:23
Tamam Cəfərova seçicilərlə görüşlərini davam etdirir - FOTO
Elm və təhsil, Maraqlı / 20.08.2024 13:35
Zağalıda urartu gerçəkləri və erməni yalanı – ANONS
Müsahibə, Siyasi / 20.08.2024 13:17
“Ermənistan hökuməti iki kresloda oturmaq istəyir” – ANONS
Müsahibə / 19.08.2024 22:25
“Ermənilər həmişə azərbaycanlılara qarşı ayrı-seçkilik ediblər” - FOTO - VİDEO
Siyasi / 19.08.2024 15:55
Rizvan Nəbiyev seçicilərini seçki platforması ilə tanış edib - FOTO
Siyasi / 19.08.2024 12:04
Tamam Cəfərova 5 kənddə seçicilərə platformasını açıqladı - FOTO
Siyasi / 17.08.2024 16:10
Deputatlığa namizəd Hümbət Hüseynov seçicilərlə görüşüb - FOTO
Siyasi / 15.08.2024 16:12
Rizvan Nəbiyev seçici gənclərlə görüşdü - FOTO
Mətbuat / 01.08.2024 12:41
Qərbi Azərbaycan TV 1 yaşını qeyd edir
Elm və təhsil, Siyasi / 31.07.2024 22:34
“Abgəz, Abdullar, Avan, Avdalar, Avdıbəy – türk tarixinin izi” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 31.07.2024 14:28
“Tarixə ölü kənd kimi düşən yurd yerləri” – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 30.07.2024 22:49
“Qərbi Azərbaycanda olan qayaüstü rəsmlər elat mədəniyyətinin təsviridir” - FOTO - VİDEO
Hərbi, Müsahibə, Video müsahibə / 30.07.2024 18:55
“Erməni lobbisinin ən böyük problemi dağıdıcı qüvvə olan daşnaklarla əlaqədir” - VİDEO
Siyasi, Təhlil / 30.07.2024 16:39
Qərb Venesuela tələsi – Maduronun sınağı – TƏHLİL
Elm və təhsil / 30.07.2024 13:35
Oğuz tayfalarının məskunlaşdığı əsas ərazi – ANONS - VİDEO
Hərbi, Siyasi / 30.07.2024 12:52
“Türkiyənin NATO-dan çıxması real görünmür” – ANONS - VİDEO
Mədəni / 30.07.2024 09:24
Bakıda “Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbiri keçirilib - FOTO
Müsahibə, Video müsahibə / 29.07.2024 23:14
“Hər ilin aprel ayında ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edirdilər” - FOTO - VİDEO
Siyasi, Təhlil / 29.07.2024 15:53
Türkiyə-Suriya yaxınlaşması – 13 illik kəsilən münasibətlər – TƏHLİL
Elm və təhsil, Mədəni / 27.07.2024 22:21
“Qərbi Azərbaycanda “Qurd ağzı bağlama” ayini” - FOTO - VİDEO
Mədəni, Siyasi / 26.07.2024 22:47
“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi” - FOTO - VİDEO
Hərbi, Təhlil / 26.07.2024 15:20
İrəvana hərbi yardım ayıranların müharibə həvəsi – TƏHLİL
Mədəni, Siyasi / 26.07.2024 12:17
“Vətən həsrəti ağzımızda dilimizi yandırıb” – Səmayə İsmayılovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.07.2024 21:36
İlham Əliyev Ermənistandan Qərbi Azərbaycanla bağlı dəqiq layihə tələb edir - FOTO - VİDEO