Siyasi
22.08.2024
19:01
Tamam Cəfərova Şamaxının daha 4 kəndində seçicilərlə görüşüb - FOTO
Bu il sentyabrın 1-də VII çağırış növbədənkənar parlament seçkiləri ilə əlaqədar 88 saylı Şamaxı rayonundan deputatlığa namizəd Tamam Cəfərova təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
Rakus.az xəbər verir ki, avqustun 21-də T.Cəfərova rayonun Sis, Qaleybuğurd, Keçməddin, Qaladərəsi kəndlərinin sakinləri ilə görüşüb.
Görüşdə çıxış edən Tamam Cəfərova deyib ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 il ərzində xalqımızın qarşısında duran ən mühüm problem – Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi həll edilib.
Onun sözlərinə görə, yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir.
O bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış proqramının icrası uğurla davam etdirilir: “Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi altında vətəndaşların rifahının davamlı yaxşılaşdırılması prioritet vəzifə müəyyən edilib, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə olunub”.
Deputatlığa namizəd T.Cəfərova ötən dövrdəki fəaliyyəti və seçki platforması haqqında seçicilərə məlumat verib. Seçicilər onları maraqlandıran və narahat edən problemləri namizədin diqqətinə çatdırıblar. Sonra mövcud problemlərin həlli istiqamətində birgə müzakirə aparılıb.
T.Cəfərova seçicilərə göstərdikləri xoş, səmimi münasibətə görə minnətdarlığını bildirib.
Xatırladaq ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublıkası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün növbədənkənar parlament seçkiləri keçiriləcək. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulub.
XƏBƏR LENTİ
Siyasi
/
22.08.2024
19:01
Tamam Cəfərova Şamaxının daha 4 kəndində seçicilərlə görüşüb - FOTO
Səhiyyə
/
22.08.2024
17:08
Məhəmməd Kərimov Qazaxstan fleboloqlarının lV forumuna qatılıb - FOTO
Müsahibə, Siyasi
/
22.08.2024
15:00
Hərbi, Siyasi
/
22.08.2024
14:17
Ermənistanın sərhəd hücumlarının gerçək hədəfləri – ANONS
Elm və təhsil
/
21.08.2024
21:45
Siyasi
/
21.08.2024
18:35
Siyasi
/
21.08.2024
17:08
Tamam Cəfərovanın Şamaxı Yaradıcılıq Mərkəzində seçicilərlə görüşü - FOTO
Elm və təhsil
/
21.08.2024
13:11
“Çar və daşnak hökumətinin “toponim əməliyyatı” – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı
/
21.08.2024
12:33
Elm və təhsil
/
20.08.2024
21:51
“Urartu kitabələrində erməni və ya haylardan bəhs olunmur” - FOTO - VİDEO
Siyasi
/
20.08.2024
20:01
Əli Hüseynli Yevlaxda ilk dəfə səs verəcək seçicilərlə görüşüb - FOTO
Müsahibə, Siyasi
/
20.08.2024
18:30
Siyasi
/
20.08.2024
15:23
Tamam Cəfərova seçicilərlə görüşlərini davam etdirir - FOTO
Elm və təhsil, Maraqlı
/
20.08.2024
13:35
Zağalıda urartu gerçəkləri və erməni yalanı – ANONS - VİDEO
Müsahibə, Siyasi
/
20.08.2024
13:17
“Ermənistan hökuməti iki kresloda oturmaq istəyir” – ANONS - VİDEO
Müsahibə
/
19.08.2024
22:25
Siyasi
/
19.08.2024
15:55
Rizvan Nəbiyev seçicilərini seçki platforması ilə tanış edib - FOTO
Siyasi
/
19.08.2024
12:04
Tamam Cəfərova 5 kənddə seçicilərə platformasını açıqladı - FOTO
Siyasi
/
17.08.2024
16:10
Deputatlığa namizəd Hümbət Hüseynov seçicilərlə görüşüb - FOTO
Siyasi
/
15.08.2024
16:12
Rizvan Nəbiyev seçici gənclərlə görüşdü - FOTO
Mətbuat
/
01.08.2024
12:41
Qərbi Azərbaycan TV 1 yaşını qeyd edir
Elm və təhsil, Siyasi
/
31.07.2024
22:34
Elm və təhsil, Sosial
/
31.07.2024
14:28
“Tarixə ölü kənd kimi düşən yurd yerləri” – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə
/
30.07.2024
22:49
“Qərbi Azərbaycanda olan qayaüstü rəsmlər elat mədəniyyətinin təsviridir” - FOTO - VİDEO
Hərbi, Müsahibə, Video müsahibə
/
30.07.2024
18:55
Siyasi, Təhlil
/
30.07.2024
16:39
Qərb Venesuela tələsi – Maduronun sınağı – TƏHLİL