Maraqlı 23.08.2024 22:01

“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əlisilahlı yolda hazır durublar” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər mənəvi stress yaşadır, insanları qorxu altında saxlayırdılar” adlı veriliş Şəmşəddil mahalının Karvansaray rayonunun Haqqıxlı kənd sakini Ayişə Nəbilinin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, məktəb illərindən, kəndin tarixindən söz açıb və deyib ki,  1800-cü illərdə 7 ailə müxtəlif yerlərdən köçüb Haqqıxlıda yurd salıblar. Uşaq vaxtı məhəllələr üzrə müxtəlif oyunlar oynayardıq. Radioda teatr tamaşalarına, müğamata qulaq asırdıq. Yaz başıqarın altından yeni çıxan Novruz, Bənövşə və Nərgiz gülləri yığırdıq”.

Onun sözlərtinə görə, ermənilər ilk dəgə kənd əhalisini 1905-ci ildə qovub, kəndi yandırıb, insanları öldürüblər: “Onlar Qazağa gəliblər, iki il sonra yenidən kəndə qayıdıblar. Qayıdıb gələndə görürlər ki, ev yanıb, amma “Qurani-Kərim” üzü yanmış şəkildə qalıb. 1919-cu ildən növbəti dəfə ermənilər kəndə hücum ediblər. Kəndin nüfuzlu insanları olan Molla Nəbi Talib, Məşədi Salmanı ermənilər öldürəndən sonra  camaat iki yerə bölünüb. 76 nəfər kəndin üst tərəfinə qaçıb və orada Arayik adlı bir erməni bunları aldadıb ki, biz sizi qoruyacağıq və sağ-salamat Azərbaycana keçirəcəyik. İnsanları fermaya doldurub yandırıblar. Haqqıxlı kəndinin qəbiristanlığında gizli bir yerdə 76 insanın kəlləsi dəfn olunub. Ermənilərin belə bir soyqırımı olub”.

A.Nəbili 1988-ci il deportasiyasından da söz açıb: “1988-ci ildən haradasa, bir il, ya iki il qabaq bütün məktəblərdən avtomat silahlarını yığdılar. Ermənilər kəndə hücuma hazırlaşırdılar. Gecələr səhərə qədər yatmırdıq, mənəvi stress yaşadırdılar, insanları qorxu altında saxlayırdılar. Bir gün rus əsgərləri ilə bir yerdə gəldilər. 1988-ci il noyabrın 28-də günorta vaxtı əli avtomatlı rus əsgərləri “İkarus” avtobusları gətirib və camaata 2 saat vaxt veriblər. İnsanlar avtobuslara mindirib Qazaxda, sərhəddə düşürdülər. Camaat heç bir şey götürmədilər. Qazaxda camatı məktəbin idman zalına yığıblar”.

O sonda doğma yurda qayıtmaq arzusunu bildirib: “Bu, bizim taleyimizdir. Biz iki dəfə yurdumuzdan sürgün olunmuşuq, sonra yenə yurdumuza qayıtmışıq. İtkilərimizə baxmayaraq, çəkdiyimiz əzablara baxmayaraq, yenə o yurd bizi çəkib. İnşallah, üçüncü dəfə həmşəlik qayıdacağıq. Mən buna inanıram. Kəndlərimiz bizi gözləyir. Bizim geri qayıdışımız mütləq olacaq, çünki biz ora aidik, ora da bizə aiddir. Ora bizim məskənimiz olub, babalarımızın yurdu olub. Ora bizi çağırır və biz mütləq gedəcəyik. Orada yenidən köç salıb ravan həyata qovuşacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 23-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Siyasi / 23.08.2024 22:01
“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əlisilahlı yolda hazır durublar” - FOTO - VİDEO
Müsahibə, Siyasi / 23.08.2024 17:35
Rizvan Nəbiyev: “Güclü təhsil al, özünə güvən, Qalib Dövlətdə yerini qazan” - VİDEO
Siyasi / 23.08.2024 17:15
Hümbət Hüseynovun seçicilərlə görüşləri davam edir – YENİLƏNİB - FOTO
Hadisə, Siyasi / 23.08.2024 13:56
“Yaşlı qadın dedi ki, evimdən çıxmıram” – Ayişə Nəbinin “Həyat Hekayəsi” – ANONS
Hərbi, Təhlil / 22.08.2024 21:51
“Ermənistanda Qərbi Azərbaycan Konstitusiyası hazırlanacaq” - FOTO - VİDEO
Siyasi / 22.08.2024 19:01
Tamam Cəfərova Şamaxının daha 4 kəndində seçicilərlə görüşüb - FOTO
Səhiyyə / 22.08.2024 17:08
Məhəmməd Kərimov Qazaxstan fleboloqlarının lV forumuna qatılıb - FOTO
Müsahibə, Siyasi / 22.08.2024 15:00
“Güclü Parlament diplomatiyası sülhə və sabitliyə töhfədir” – Rizvan Nəbiyev - FOTO
Hərbi, Siyasi / 22.08.2024 14:17
Ermənistanın sərhəd hücumlarının gerçək hədəfləri – ANONS
Elm və təhsil / 21.08.2024 21:45
Avşarlı, Avtandil talası, Avşar, Ağ tala və Ağ qaya – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi / 21.08.2024 18:35
Rizvan Nəbiyev: “Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təbliği əsas hədəfimdir”
Siyasi / 21.08.2024 17:08
Tamam Cəfərovanın Şamaxı Yaradıcılıq Mərkəzində seçicilərlə görüşü - FOTO
Elm və təhsil / 21.08.2024 13:11
“Çar və daşnak hökumətinin “toponim əməliyyatı” – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 21.08.2024 12:33
Sarsılmaz kövrək adam…
Elm və təhsil / 20.08.2024 21:51
“Urartu kitabələrində erməni və ya haylardan bəhs olunmur” - FOTO - VİDEO
Siyasi / 20.08.2024 20:01
Əli Hüseynli Yevlaxda ilk dəfə səs verəcək seçicilərlə görüşüb - FOTO
Müsahibə, Siyasi / 20.08.2024 18:30
“Biz beynəlxalq hüquq qaydalarını pozmadan Ermənistanı sülhə məcbur edirik” - VİDEO
Siyasi / 20.08.2024 15:23
Tamam Cəfərova seçicilərlə görüşlərini davam etdirir - FOTO
Elm və təhsil, Maraqlı / 20.08.2024 13:35
Zağalıda urartu gerçəkləri və erməni yalanı – ANONS - VİDEO
Müsahibə, Siyasi / 20.08.2024 13:17
“Ermənistan hökuməti iki kresloda oturmaq istəyir” – ANONS - VİDEO
Müsahibə / 19.08.2024 22:25
“Ermənilər həmişə azərbaycanlılara qarşı ayrı-seçkilik ediblər” - FOTO - VİDEO
Siyasi / 19.08.2024 15:55
Rizvan Nəbiyev seçicilərini seçki platforması ilə tanış edib - FOTO
Siyasi / 19.08.2024 12:04
Tamam Cəfərova 5 kənddə seçicilərə platformasını açıqladı - FOTO
Siyasi / 17.08.2024 16:10
Deputatlığa namizəd Hümbət Hüseynov seçicilərlə görüşüb - FOTO
Siyasi / 15.08.2024 16:12
Rizvan Nəbiyev seçici gənclərlə görüşdü - FOTO
Mətbuat / 01.08.2024 12:41
Qərbi Azərbaycan TV 1 yaşını qeyd edir