Siyasi 29.08.2024 17:39

Yeni dövrə layiqli namizədlə

Müasir insan sosial mühitdə digər insanlarla qarşılıqlı münasibətlər quraraq, onlara uyğunlaşaraq yaşamaq məcburiyyətindədir. O, belə qarşılıqlı münasibətlər zamanı həm psixoloji, həm də sosial tələbatını təmin edir. İnsan özünün körpəlik çağından müstəqillik xüsusiyyətlərinin güclü olduğu yetginlik dövrünə keçənə qədər öyrənərək sosiallaşır. Elə insan həyatının bəlkə də ən böyük uğuru onun sağlam və tarazlı bir sosiallaşma qazanmasıdır.
Hümbət Rəhim oğlu Hüseynov da körpəlik çağından başlayaraq öyrənməklə sosiallaşmış birisidir. O gənclik çağlarından üzvü olduğu cəmiyyət üçün keçərli olan düşüncə, davranış tərzlərini öyrənməyə çalışmışdır və buna onun bir ziyalı-müəllim ailəsində dünyaya göz açmasının çox böyük təsiri olmuşdur. Elə mən özüm şahidiyəm ki, Hümbət Hüseynov hələ orta məktəbdə oxuyarkən o zamanın “ Pioner “ jurnalında yazıları çıxan, həmyaşıdları olan müəlliflərlə necə əlaqələr qurar və onlarla müxtəlif mövzularda məktublaşaraq sosiallaşardı. Beləliklə, sosiallaşma yolunda Hümbət Hüseynov üzvü olduğu cəmiyyətin dəyərlərini, normalarını mənimsəyib onları şəxsi malına çevirə-çevirə özünü cəmiyyətə hazırlamığı bacaran birisi oldu: O, 1981-1986-cı illərdə Azərbaycan Texniki Universitetinin mexanika fakültəsini bitirdi. Həmin Universitetdə texnika elmləri namizədi oldu. 1994-1999-cu illərdə Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini başa vurdu. Əmək fəaliyyətinə 1986-1991-ci illərdə Q.Musabəyov adına maşınqayırma zavodunda mühəndis-texnoloq kimi başladı. 1993-2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətində başçının köməkçisi, 2000-2004-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətində Hüquq şöbəsində mütəxəssis vəzifəsində çalışdı. 2004-cü ildə respublikada keçirilən II çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə üzv seçildi. 2006-cı ildən 2009-cu ilədək bələdiyyə sədrinin iqtisadi məsələlər üzrə müavini, sədr əvəzi və sədri vəzifələrinə seçildi. 2009-cu ildə respublikada keçirilən III çağırış, 2014-cü ildə IV çağırış bələdiyyə seçkilərində iştirak edərək bələdiyyə üzvü seçildı və bələdiyyə sədri oldu. 2012-ci ildə və 2015-ci ildə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri seçildi. Eyni zamanda, Avropa Şurasında Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü oldu.
İctimai-siyasi sahədə səmərəli fəaliyyət
Zaman keçdikcə Hümbət Hüseynov idarəetmə, hüquq, sosial-iqtisadi, mədəni və s. sahələrdə daha da püxtələşdi, ictimai-siyasi sahədə səmərəli fəaliyyət göstərdi, Ulu Öndərin irsini yorulmadan təbliğ etdi. Ən nəhayət, onun əməyi üzvü olduğu partiya tərəfindən də yüksək qiymətləndirildi. “ H.Əliyevin 100 illiyi (1923-2023) “ yubiley medalına layiq görüldü. Bu ilin sentyabr ayının 1-də isə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürüldü.
Onu da deyim ki, Hümbət Hüseynov bir Bələdiyyə Sədri olaraq həmişə əhalinin içərisində olub. O, cəmiyyətə sayğılıdır və insanlarla da ünsiyyətcildir. Ölkənin ictimai-siyasi həyatında da fəaldır və dünyada gedən prosesləri anlayır. İstedadlı, qabiliyyətli və öz sahəsinin üstün bilicisi olmaqla cəmiyyət və rayon üçün mühüm işlər görüb. Namizədliyi irəli sürüldüyü ərazinin problemlərini yaxşı bilir. Həm də seçiləcəyi coğrafiyanı gözəl tanıyır, onun üçün insan ön plandadır və bu üzdən cəmiyyətin həyatı ilə də yaşamağı bacarır. Qanunvericiliyi bilir və onunla yaxından məşğul olur. Bütün bunlar da bir millət vəkilinə xas olmalı xüsusiyyətlərdir. Ona görə hamı bilir ki, o, qanunverici orqana seçilsə vətəndaşların hüquqlarını müdafiə edə biləcək bir şəxsiyyətdir. Bir millət vəkilindən seçicilərinin gözləntiləri də elə bunlardır.
Yaranmış reallıqlardan irəli gələn hədəflər
YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gözəl Qarabağımız azad edilərək ümumxalq Zəfəri qazanılıb, bizlər də görünməmiş sevincləri yaşayırıq. Möhtəşəm Zəfərdən sonra yeni reallıqlar yaranmışdır ki, YAP da Milli Məclisin növbədənkənar seçkilərinə yaranmış reallıqlardan irəli gələn hədəflərə -“ Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qatılıb.
YAP üzvü olaraq Hümbət Hüseynov da hazırda seçki ilə bağlı aktiv təbliğat və təşviqat işlərini davam etdirir, namizədliyi irəli sürüldüyü ərazinin seçiciləri ilə müxtəlif görüşlər keçirdir. Görüşdüyi seçicilərin hamısı onu dəstəklədiklərini, bir layiqli namizəd kimi ona səs verəcəklərini bildirirlər. Bu seçki marofonunda mən də ona uğurlar arzulayıram!
Seçki ilə bağlı mən yenə də Biləcəri qəsəbəsi və Binəqədi kənd ərazisində yaşayan seçicilərin hamısını 10 saylı seçki dairəsi üzrə ən layiqli namizədə, YAP-ın namizədi – Hüseynov Hümbət Rəhim oğluna səs verməyə çağırıram. Unutmayaq ki, uğurlarımızın davamı naminə YAP-ın namizədi Hümbət Hüseynova səs vermək rifahı, yüksəlişi və tərəqqini seçmək deməkdir!
Vüqar Abduyev – araşdırmaçı 

XƏBƏR LENTİ
Hərbi / 29.08.2024 19:29
Döyüş yoldaşlarını əsir düşməkdən xilas edən Qəhrəman - FOTO - VİDEO
Siyasi, Sosial / 29.08.2024 17:39
Yeni dövrə layiqli namizədlə
Siyasi / 29.08.2024 14:31
“Elmi, diplomatik və ictimai fəaliyyətimiz yalnız dövlətimizə və xalqımıza xidmət üçündür” – Rizvan Nəbiyev - FOTO
Siyasi, Təhlil / 29.08.2024 13:43
Moskva Zəngəzurla bağlı sirləri açır – ANONS
Siyasi, Sosial / 28.08.2024 22:08
Ağbulaq toponimləri və hidronimləri – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi / 28.08.2024 19:05
Əli Hüseynli Mingəçevirdə gənc seçicilərlə görüşüb - FOTO
Siyasi / 28.08.2024 18:59
Rizvan Nəbiyev: “Abşeronlu gənclərin xaricdə təhsil almasına nail olmalıyıq” - FOTO
Siyasi / 28.08.2024 16:00
Rayon seçiciləri: “Bizim seçim Tamam Cəfərovadır” - FOTO
Siyasi / 28.08.2024 14:56
Erməni Prezidentin adını dəyişdirdiyi kənd – ANONS - VİDEO
Elm və təhsil, Sosial / 27.08.2024 22:23
“Ermənilər Göyçə-Şəmşəddil bölgələrində qazıntıları fəallaşdırıb” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 27.08.2024 19:00
“Ermənistan başa düşməlidir ki, “yaxın qonşu uzaq qohumdan yaxşıdır” - VİDEO
Elm və təhsil, Maraqlı / 27.08.2024 14:18
Ermənilər Qərbi Azərbaycanı “qazır” – ANONS - VİDEO
Müsahibə / 27.08.2024 13:29
Sülh müqaviləsi İrəvana nə vəd edir? – ANONS - VİDEO
Siyasi / 27.08.2024 12:35
Rizvan Nəbiyev: “Şagird-millət vəkili dialoqu müsbət nəticələr verə bilər” - FOTO
Siyasi / 27.08.2024 12:20
Naqif Həmzəyev Yeni Gəncə yaşayış massivində seçicilərlə görüşüb – YENİLƏNİB - FOTO
Gündəm / 27.08.2024 11:40
Qərbi Azərbaycan İcması AŞPA ilə bağlı BƏYANAT yayıb
Siyasi / 27.08.2024 11:18
Biləcəri seçiciləri layiqli namizədinə səs verəcəklər - FOTO
Elm və təhsil, Müsahibə / 26.08.2024 22:29
“Mığrı rayonunun adı Muğ türk tayfasının adı ilə bağlıdır” - VİDEO
Siyasi / 26.08.2024 13:22
Gəncədə seçicilərin sevdiyi namizəd - FOTO
Siyasi / 25.08.2024 17:37
Seçicilər Hümbət Hüseynova inanırlar - FOTO
Mədəni / 24.08.2024 21:40
“Qərbi Azərbaycan geyimləri türk dünyasının tərkib hissəsidir” - FOTO - VİDEO
Siyasi / 24.08.2024 14:14
Tamam Cəfərova seçicilərlə görüşünü davam etdirir - FOTO
Mədəni / 24.08.2024 10:56
Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş konsert - FOTO
Maraqlı, Siyasi / 23.08.2024 22:01
“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əlisilahlı yolda hazır durublar” - FOTO - VİDEO
Siyasi / 23.08.2024 19:30
Hümbət Hüseynovun seçicilərlə növbəti görüşü - FOTO
Müsahibə, Siyasi / 23.08.2024 17:35
Rizvan Nəbiyev: “Güclü təhsil al, özünə güvən, Qalib Dövlətdə yerini qazan” - VİDEO