Mingəçevirdə Əfqanıstan və Qarabağ müharibəsi əlilləri öz namizədinə səs verəcək
Deputatlığa namizəd Əli Hüseynli əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib və vurğulanıb ki, bu dəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
O, çıxışında Azərbaycanın beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malik olduğu və milli dövlətçilik maraqları çərçivəsində beynəlxalq arenaya uğurla inteqrasiya etdiyini xüsusi qeyd edib, müstəqil xarici siyasət aparan dövlətimizin özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırdığı diqqətə çatdırılıb.
İştirakçılardan Elşən İbrahimov və digərləri çıxış edərək yarandığı vaxtdan bütün seçkilərdə qələbələr qazanan YAP-ın bu seçkiləri də qalibiyyətlə başa vuracağını deyib, seçiciləri 1 sentyabr tarixində seçki məntəqələrinə gedərək YAP-ın namizədinə səs verməyə çağırıblar.
Xatırladaq ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublıkası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün növbədənkənar parlament seçkiləri keçiriləcək. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulub.