Şəhid jurnalistlərin xatirəsinə 3-cü Ənənəvi Minifutbol Turniri başlayır - FOTO - VİDEO
Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 14-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə sentyabrın 14-dən oktyabrın 18-dək keçiriləcək həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirinə start verilir.
Rakus.az xəbər verir ki, bununla əlaqədar sentyabrın 9-da Bakı Tennis Akademiyasında təşkil olunan tədbirdə turnir barədə məlumat verilib, qaydalar elan olunub və püşkatma mərasimi keçirilib.
Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbirin təşkilatçısı jurnalist Əsgər İbrahimov bildirib ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, AZƏRTAC, “Report” İnformasiya Agentliklərinin, BAKU.WS portalının, Rakus.az və Manşet.az saytalarının informasiya dəstəyi və “Sultan keramik”, “Bee Tours”, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
O məlumat verib ki, ildə bir dəfə təşkil olunan turnirin ilk ilində, yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunmuşdusa, 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Belə ki, ötən il komandaların sayı 8 olub – “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adı altında mübarizə aparıb. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib. Bu il isə turnirdə 10-12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edəcək.
Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov diqqətə çatdırıb ki, turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarət olacaq, sentyabrın 14-də başlayıb oktyabrın 18-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi C2-nin qalibi ilə, D2-nin qalibi ilə B1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.
Ardanış futbol məktəbinin yetirməsi, tanınmış pedaqoq Aslan Novruzov, iştirakçı komandaların rəsmi nümayəndələri və kapitanları Azər Hüseynov (“Ardanış”), Səlahət Yusifov (AZƏRTAC), Şahin İsmayılov (BAKU.WS), Hidayəy Qurbanov (“Report”), İsrail İsmayılov, (“Veteranlar”), Əfqan Əliyev, (“Qoşabulaq”), Ramiz Vəlizadə (“Turan”), Əlvi İbrahimov (“Nərimanlı”), Saməddin Əhmədov (“Zəgər 44”), Rizvan Əsgərov (“Göyçə”) çıxışlarında turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyətə keçməsi üçün fikir və təkliflərini bildirib, iştirakçılara uğurlar arzulayıblar.
Vurğulanıb ki, xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Ardanış” komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 19:00 və 20:00-da keçirilməsi nəzərdə tutulur. Komandalar özlərinin idman geyimləri ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu isə oktyabrın 13-n planlaşdırılır.
Azərbaycan Dövlət Televiziyasının (AzTV), Baku TV-nin, AZƏRTAC, “Report” informasiya agentliyinin, BAKU.WS portalının informasiya dəstəyi və “Sultan keramik”, “Bee Tours”, “Mister Tum”un tərəfdaşlığı keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini AzTv, Baku TV, AZƏRTAC, “Report” İnformasiya Agentliklərinin, BAKU.WS portalının, Rakus.az və Manşet.az saytaları verəcək.
Sonra heyətlər elan olunub:
“Ardanış” – Elvin İsmayılov, Azər Hüseynov, Elçin Zeynalov, Ramiz Hüseynov, Vüsal Hüseynov, Emin Ələsgərov, Ayxan Abbasov, Emin İmaməliyev, Elşən Nəsibov, Ramin Musayev, Əsgər İbrahimov, Rasim Həsənov.
AZƏRTAC – İlkin Cavanşirov, Heydər Məmmədov, Balamir Əzimov, Elnur Salahov, Roman İsmayılov, Mikayıl Məmmədov, Rəşad Xudiyev, Hikmət Əhmədov, Hümmət Məmmədov, Elmir Səftərov, Fərid Səlimov, Fuad İsmayılov.
AzTv – Ümid Süleymanov, Lətif Qədimov, Tural Məmmədli, Xəqani Əlirzayev, Fərid Səttarzadə, Sərxan Mustafayev, Famil Məmmədov, Azər Manaflı, Sadiq Nağıyev, Əkbər Kazımov, Şamiyev Əbilfəz, Cavidan Şükürov.
BAKU.WS – Orxan Hüseynov, Şahin İsmayılov, Emin Abdullayev, Elnar Almazov, Elçin Qasımov, Şahin Həbibov, Elmar Əsədov, Orxan Hüseynov, Azad Əliyev.
“Report” – Təbriz Quliyev, Azər Nuriyev, Kənan Həsənov, Məhəmməd Ağayev, Səbuhi Həsənov, Ehtiram Cəbiyev, Səlcuq Elçin, Tuncay Türbəndəzadə, Hidayət Qurbanov, Elvin Camalov, Cavid Osmanov, Mirmahmud Kazımoğlu, Murad Əliyev.
“Veteranlar” – Natiq Vəliyev, Aqil Qurbanov, Şükür Məmmədalıyev, Ramiz Vəlizadə, Araz Qurbanov, Raul Məmmədli, İmaməddin Zeynalov, Bayram Süleymanov, Heydər Xudiyev, Emin Qasımov, Murad Vəliyev, İsrafil İsmayılov, Zaur Hüseynov.
“Qoşabulaq” – Hidayət Xudiyev, Məcnun Məmmədov, Elməddin Əhmədov, Xəlil Əlilli, Xaliq Musayev, Elgün Yusibov, Bəxtiyar Əliyev, Xıdır Yusibov, Anar Verdiyev, Adil Alıyev, İlqar Xələfli, Əfqan Əliyev, Tahir Ələsgərov.
“Turan” – Mirishaq Səfərov, Məlikov Fuad, Abdullayev Zöhrab, Mətin Almammədli, Həsənli Rauf, Axundzadə Sadiq, Mirzəyev Turan, Xudiyev Seymur, Ocaqverdiyev Sənan, Qasımov Orxan, Ağazadə Rahid, Aslan İsmayılov.
“Nərimanlı” – Qurbanov Tural, Cabbarov Vüsal, Zeynalov Anar, Musayev Sahil, Məcidov Mirhüseyn, Əmirov Samir, Əmirov Renat, Musayev Bayram, Abbasov Səməndər, Abdullayev Çingiz, Heydərli Vaqif, Abdullayev Abbas, Cabbarov Ramin, Əlvi İbrahimov.
“Göyçə” – Güvən Məmmədov, Əkbər Hüseynli, Elcan Cabbarlı, Oruc Məmmədov, Rəvan Alışov, Aslan Bağırov, Seymur Usanov, Yaşar Abbas, İlkin Babayev, Əbülfət Abbasov, Pərviz Həsənov, Anar Qasımov.
“Zəfər 44” – Saməddin Əhmədov, Bayramov Ruslan, Mahmudov Fərrux, Əliyev Babək, Zülfuqarov Elçin, Fərzəliyev Murad, Qafarli İsmayil, Rufullayev Mirəhməd, Teyyubov Ramin, Məmmədov Dilqəm, Asif Məmmədov, Rövşən İsmayilov.
“Gənclər 2020” – Bayram Əliyev, Elnur Ağamalıyev, Rauf Məhəmmədov, İlkin Kərimli, Ümman Ağamalıyev, Bürhan Hətəmli, Fariz Ağamalıyev, Emil Qurbanzadə, Tural Nağıyev, Ruslan Hətəmli, Ruslan Əliyev, Mustafayev Elvin.
Sonda Təşkilat Komitəsinin üzvləri və komandaların nümayəndələrinin iştirakı ilə keçirilən püşkatmada qruplar və oyunlar belə müəyyənləşib:
A Qrupu – “Turan”, “Report”, “Veteranlar”
B Qrupu – “Gənclər 2020”, “Qoşabulaq”, Baku WS,
C QRUPU – AZƏRTAC, “Ardanış”, “Zəfər 44”
D QRUPU – “Göyçə”, “Nərimanlı”, AzTV
İlk oyun “Report” ilə “Veteranlar” arasında sentyabrın 14-də saat 19:00-da Bakı Tennis Akademiyasının stadionunda rəsmi açılış mərasimindən sonra baş tutacaq.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb. Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş həmin şəxsləri “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, hərbçilər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayımlanırdı. Çingiz Mustafayevin Xocalı soyqırımına dair çəkilişləri Ermənistanın imicini bütün dünyaya tanıtdı. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi. Çingiz Mustafayev 1992-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Fəxrəddin Şahbazov 1950-ci ildə anadan olub. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz operator peşəsində çalışıb. Fəxrəddin qaynar döyüş meydanlarından reportajlar hazırlayaraq xalqa, eləcə də xarici ölkələrə çatdırıb. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib. Fəxrəddin Şahbazova Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Osman Mirzəyev 1937-ci ildə dünyaya göz açıb. O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından idi. 1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Apparatının şöbə müdiri vəzifəsinə təyin olunub. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.
Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək AzTV-də işləyib. Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan – qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 20-də Xocavəndin Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.
Kazımağa Möhsün oğlu Kərimov Bakı Dövlət Universitetinin Jurnalistika fakulətisini bitirdikdən sonra peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar alanda heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da silaha sarılıb. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralanıb. Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa döyüşlər bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılıb. Kazımağa 15 iyun 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.
Arif Hüseynzadə – 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Onlar içərisində AzTV-də işıqçı kimi fəaliyyət göstərən Arif Hüseynzadə də vardı.
Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərov 1991-ci ilin 9 yanvarında Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilir. Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir. İxtisasca geofizik olsa da, jurnalistikaya olan sevgi onu bu sahəyə gətirmişdi. O, reportajlarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərə geniş yer verirdi. 1992-ci il noyabrın 6-da Salatın Əsgəroavaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
OYUNLARIN CƏDVƏLİ
14 sentyabr
I tur
A qrupu
19:00 “Report” – “Veteranlar”
B qrupu
20:00 “Cənclər 2020” – “Qoşabulaq”
15 sentyabr
C qrupu
19:00 AZƏRTAC – “Ardanış”
D qrupu
20:00 “Göyçə” – “Nərimanlı”
21 sentyabr
II tur
A qrupu
19:00 “Turan” – “Report”
B qrupu
20:00 BakuWS- “Qoşabulaq”
22 sentyabr
C qrupu
19:00 “Ardanış” – “Zəfər 44″
D qrupu
20:00 AzTV- “Nərimanlı”
28 sentyabr
III tur
A qrupu
19:00 “Veteranlar” – “Turan”
B qrupu
20:00 Baku WS – “Gənclər 2020”
29 sentyabr
C qrupu
19:00 AZƏRTAC – “Zəfər 44”
D qrupu
20:00 “Göyçə” – AzTV
5 oktyabr
4/1
A1-B2 – 19:00
A2-B1 – 20:00
6 oktyabr
C1-D2 – 19:00
C2-D1 – 20:00“
12 oktyabr
YARIMFİNAL
A1-C2 – 19:00
D2-B1 – 20:00
13 oktyabr
19:00 – 3-cü yer
20:00 – FİNAL-Bağlanış-Mükafatlandırma