Elm və təhsil 12.09.2024 16:17

Tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib - FOTO

Sentyabrın 12-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

Rakus.az xəbər verir ki, İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli görüş zamanı gəncləri göstərdikləri yüksək nəticələr münasibətilə təbrik edib və qarşıdakı təhsil illərində, həyat yollarında uğurlar diləyib.

O bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin daha geniş kütləyə çatdırılması və soydaşlarımızın ata – baba yurdlarına geri qayıdışı istiqamətində aparılan işlərdə gənclərin rolu böyükdür və bu reallığın gələcək nəsillərə ötürülməsinin aparıcı qüvvəsi də elə məhz gənclərdir.

İcmanın Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov çıxışında qeyd etdi ki, gənclər qazandıqları bu parlaq uğurla kifayətlənməməli, gələcəkdə bu uğurlu yolun davam etməsi üçün bütün səylərini ortaya qoymalıdırlar. M. Mərdanov gənclərin Qərbi Azərbaycana bağlılığını onların bu tədbirdə böyük şövqlə iştirakından gördüyünü bildirdi.

Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, akademik Əhliman Əmiraslanov bildirdi ki, azərbaycanlı gənclər hər zaman elmə, təhsilə böyük maraq göstəriblər və bu günkü tədbirə gələn, ölkənin və dünyanın yüksək səviyyəli ali məktəblərinə daxil olan gənclərin simasında bu fikirlər öz əksini tapır.

Digər çıxış edənlər – İcmanın Müşahidə Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, akademik Fikrət Əliyev, Nəzarət-Təftiş Komissiyası sədrinin müavini Şahin İsmayılov, Qadınlar Şurasının üzvü, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyatzadə, Qadınlar Şurasının üzvü, hüquq elmləri doktoru, professor Firuzə Abbasova, İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, professor Zahid Cəfərov, Gənclər Şurasının üzvü Səbinə Xasayeva, Ziyalılar Şurasının üzvü, fəlsəfə elmləri doktoru Etibar Əliyev, gənclərin İcma ilə sıx əlaqələrinin qurulması, Qərbi Azərbaycan barədə daha geniş miqyasda məlumatlandırılmanı təmin etmək üçün onları aktiv olmağa çağırdılar.

Yüksək bal toplayan abituriyentlər – Amil Ələsgərov – Bakı Ali Neft Məktəbi (İnformasiya təhlükəsizliyi), Mədinə Daşdəmirova – ADA (hüquq), Nəzrin Məmmədova – ABŞ, Boston Universiteti (hüquq), Öndər Cəfərli – ADA (hüquq), Banu Nəbiyeva – İstanbul, Cərrahpaşa Universiteti (tibb) çıxış edərək səslənən fikirlərə şərik olduqlarını, onları qarşıda gözləyən yolda, eləcə də Qərbi Azərbaycan həqiqətlərinin daha geniş yayılmasında bundan sonra da bütün güclərini ortaya qoyacaqlarını bildiriblər.

Sonda gənclərə Qərbi Azərbaycan İcmasının simvolik hədiyyələri təqdim olundu.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO