Elm və təhsil 13.09.2024 22:27

“Qardaşımın İrəvandan gətirdiyi sənəddə Göyçə gölünün dibində qədim türk şəhəri olduğu yazılmışdı” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Anam İrəvan xanı Əhməd xanın nəslindən idi” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Babacan kənd sakini Loğman Əjdərovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, orta məktəb illərindən, 3-cü sinifdə qarmon ifa etməsindən söz açıb: “Musiqiyə çox həvəsim olub. Dördüncü-beşinci sinifdə oxuyanda məclislərə getmişik. Qonşu kəndlərdə əsgər yola salmışıq, qızlara nişan qoymuşuq, kiçik xına toyları etmişik. Ardanış kəndindən Mədəniyyət Evinin müdiri Əli müəllim, musiqiçilər Əbülfət, Vaqif müəllim var idi, onlarla birgə Göyçədə böyük toylar etmişik”.

Onun sözlərinə görə, “Şımpır dərəsi” Babacanın birinci məskəni olub, camaat ilk əvvəl orada yaşayıb: “Arıqlı meşəsi”ndə cürbəcür ağaclar var idi. Bağçılıq, iydə meşəsi var idi. Uşaqlarla iydə yığmağa gedirdik. Qonşu kəndlərdən gələn uşaqlarla yarışlar keçirirdik. Çox tələbkar müəllimlərimiz var idi. Onlar bizə ilboyu tapışırıqlar verirdilər. Biz yay fəslini oxumaqla məşğul olardıq. Orada oxumaq, irəli getmək, savadlı olmaq üçün ermənilərlə mübarizədə idik”.

Ailədə 10 uşaq olduqlarını deyən L.Əjdərov atasının müharibə veteranı, anasının isə İrəvan xanı Əhməd xanın nəslindən olduğunu deyib: “İrəvan xanı Əhməd xan 1806-1807-ci illərdə İrəvanda xan olub. İrəvana ruslar, ermənilər ayaq açandan sonra o nəsilləri, qabaqcıl nəsilləri oradan didərgin saldılar. Həmin nəsillərdən biri də anamın atası tərəfinin nəsli olub. Onlar da gəlib bizim kənddə məskunlaşmışdılar və anam həmin nəslin qızından idi”.

Babacan sakini erməni vəhşiliyindən, alban qəbiristanlıqlarını öz adlarına çıxmasından, Göyçənin tarixinin hələ tam yazılmamasından danışıb: “Babalarım aşıq olublar. O vaxtlar aşıqlar bizə çox gələrdi. Həmişə Aşıq Ələsgərin şagirdi Aşıq Nəcəfdən danışardılar. Aşıq Nəcəfi ermənilər kürəyinə qaynar somavar bağlayıb öldürüblər. Ermənilər çox vəhşiliklər edib, qansız olublar. Məqsədləri əhalini didərgin salmaq olub. Rayona gedənləri döyür, incidir, söyürdülər. Nəhayət, 1988-ci ilin son aylarında vəziyyət daha da pisləşdi və hamı kimi, bizim də ailə Gədəbəyə, oradan da İsmayıllı rayonuna gəldi”.

O sonda Vətən həsrətindən söz açıb: “İnsan böyüdüyü torpağın bir hissəsidir. Doğuluğu torpaq insanın anasıdır. İnsan anasına  qovuşmalıdır. Ona görə mütləq Göyçəyə qayıtmalıyıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 13-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO