“Gəncəsar monastırının bütün yazıları və təsvirlərinin kataloqu məhv edilib - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Rus Pravoslav Kilsəsinin keşişi, tarixçi Arximandrit Aleksi Nikonorov olub.
O, Qafqaz Albaniyasında xristianlıq tarixini öyrəndiyini, eyni zamanda, “Qafqaz Albaniyasının tarixi – Moisey Kalankatlıya görə” kitabı yazdığını söyləyib: “Bütün tədqiqatlar erməni və alban mədəniyyətlərinin tamamilə bir-birinə yad mədəniyyət olduğunu sübut edir. Qafqaz Albaniyasında xristian icmaları I əsrdə yaranıb. Haqsız yerə unudulmuş Alban kilsələri ilə bağlı xatirələr yada salınır. Ermənilərin yaratdığı çoxsaylı miflər arasında əsas “Böyük Ermənistan” mifidir”.
Onun sözlərinə görə, tarixdə ermənilərin dinlə bağlı bəhanələri çoxdur: “Onlar guya “Albaniya böyük Ermənistanın içində olub” deyirlər. Hətta udinləri erməni kimi qələmə verirlər. Bu doğru deyil. Çünki 705-ci ildə erməni katolikosun intriqaları Alban kilsəsinin məcburi olaraq ermənilərin tabeliyinə keçməsinə səbəb oldu. Alban kilsəsinin erməni qriqoryan kilsəsinin tərkibinə verilməsi, Alban xristianlarının zorla erməniləşdirilməsi siyasəti Azərbaycanın Çar Rusiya tərəfindən işğalından sonra olub”.
Arximandrit A.Nikonorov ermənilərin Qafqaza gəlmə yox, yerli xalq olmasına “həqiqi don” geyindirmək üçün Qarabağda Gəncəsar monastrında, Gədəbəy və digər bölgələrdəki alban məbədlərində alban xaçları oğurlanıb, erməni qriqoryan xaçı ilə əvəz edilməsinə də münasibət bildirib: “Bu torpaqda olan hər şeyin varisi çoxmillətli Azərbaycan xalqıdır. O torpaqlarda Alban kilsəsi mövcud olub. Udinlər xristianlığın yaddaşını qoruyan Alban Apostol Kilsəsinin varisləridir. Gəncəsar monastırının bütün yazılarının və təsvirlərinin kataloqu məhv edilib. Tədqiqatçıları çaşdırmaq üçün xaçkarları bilərəkdən divarlara salıblar”.
Tarixçi bir neçə il əvvəl İrəvanda beynəlxalq tədbirə qatıldığını deyib: “Erməni xalqı aydın siyasi mövqeyi olan dövlət yaratmaq haqqında düşünməlidir. 2021-ci ildə İrəvana səfər aydın göstərdi ki, Ermənistan hələ də 1990-cı illərin əvvəllərində ilişib qalıb. Nə üçün erməni xalqı təkcə Qarabağ ərazisində deyil, Ermənistanda da məbədlərə etinasız yanaşır?!”
Kilsənin keşişi sonda vurğulayıb ki, tolerantlığın nümunəsi sayılan, dini konfessiya nümayəndələrinin birgə yaşadığı Azərbaycan dünyada aparıcı nüfuza sahibdir: “Multikulturalizm Azərbaycanın həyat tərzidir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə sentyabrın 17-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.
xxx
«Каталог всех надписей и изображений Гянджасарского монастыря был уничтожен – Хроника Западного Азербайджана
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Rakus.az, собеседником телеведущей Эллады Сарван был священник Русской Православной Церкви, историк архимандрит Алексий Никоноров.
Он отметил, что изучал историю христианства в Кавказской Албании и одновременно написал книгу «История Кавказской Албании по Моисею Каланкатуйскому». «Все исследования доказывают, что армянская и албанская культуры совершенно чужды друг другу. Христианские общины в Кавказской Албании возникли в I веке. Память о незаслуженно забытой Албанской церкви восстанавливается. Среди множества мифов, сочиненных армянами, главный – миф о «Великой Армении».
По его словам, у армян в истории есть много всяческих отговорок, связанных с религией: «Говорят, что Албания якобы была частью «Великой Армении». В 705 году интриги армянского католикоса привели к насильному подчинению Албанской церкви Армянской». После оккупации Азербайджана Царской Россией велась политика насильственной арменизации албанов».
Архимандрит А.Никоров прокомментировал тот факт, что албанские кресты были украдены из Гянджасарского монастыря в Карабахе, албанских храмов в Гедабеке и других регионах и заменены армяно-григорианскими крестами, хачкары были умышлено вставлены в стены, чтобы сбить с толку исследователей, чтобы присвоить все Албанское наследие. Албанская церковь существовала на своих землях, имела свою паству, строила свои монастыри. Наследниками всего, что находится на этой земле является многонациональный азербайджанский народ. Удины являются наследниками Албанской Апостольской Церкви.
Историк отметил, что несколько лет назад он присутствовал на международном мероприятии в Иреване: «Армянский народ должен задуматься о создании государства с четкой политической позицией. Визит в Армению в 2021 году дал понять, что Армения застряла в начале 1990-х годов. Почему армянский народ небрежно относится к храмам, не только на территории Карабаха, но и Армении?!»
В завершение священник церкви подчеркнул, что Азербайджан, который считается примером толерантности и где вместе проживают представители религиозных конфессий, имеет ведущую репутацию в мире: «Мультикультурализм – это образ жизни Азербайджана».
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось 17 сентября в 18:30 на YouTube канале и в 19:30 в эфире Baku TV на русском языке.