Təhlil 17.09.2024 16:58

İrəvanın Rusiya səhvi – mayası batan ABŞ – TƏHLİL

Ermənistan hökuməti Rusiyaya münasibətdə buraxdığı səhvi deyəsən, düzəltmək istəyir.

Bəlkə də, xaricdən Moskva-İrəvan əməkdaşlığına dair yeni təlimat alıb. Hər halda, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun İrəvana səfəri və Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla görüşü belə düşünməyə əsas verir.

Görüş zamanı ikitərəfli münasibətlər, o cümlədən ölkələr arasında iqtisadi əlaqələrin yekunu və ticarət dövriyyəsinə dair məsələləri müzakirə ediblər. Bildirilib ki, bu sahədə müsbət dinamika var. Rusiya ilə Ermənistan arasında bu ilin birinci yarısında ticarət dövriyyəsi 8,4 milyard dollardan artıq olub.

Overçuk görüşün məhsuldar olduğunu bildirərək, qeyd edib ki, gələcək planları da müzakirə ediblər. O, “Rusiya Dəmir Yolları” və onun törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu”nun birbaşa köməyi ilə daşqınlardan sonra Ermənistan dəmir yolu relslərinin bərpasını “əmək şücaəti” adlandırıb. Onun sözlərinə görə, bu, Ermənistanı xarici aləmlə birləşdirən yeganə dəmir yoludur.

Rusiyanın Ermənistanla əlaqələri yalnız turizm, energetika, nəqliyyat və başqa sahələrlə bitmir. Humanitar istiqamətdə də Kreml İrəvana yardımları əvvəllər olduğu kimi davam etdirir. BMT-nin Ermənistanda elan etdiyi proqramlara Rusiya donor kimi 40 milyon dollara yaxın maliyyə vəsaiti xərcləyir. Bunu RF ilə Ermənistan arasında çoxsaylı əməkdaşlıq formatlarından biri sayırlar.

Belə ki, Ermənistanda ayrı-ayrı sosial qrupların, həm də respublika iqtisadiyyatının müxtəlif sahələrinin dəstəklənməsinə yönəlmiş BMT proqramları həyata keçirilir.

2020-ci ilin martından büdcəsi 2,8 milyon dollar olan “Ermənistanın Geqarkunik və Vayotsdzor vilayətlərinin sərhədyanı ərazilərində inklüziv iqtisadi inkişafın təşviqi”, 2021-ci ilin yazından “Ermənistanın kənd rayonlarının sosial-iqtisadi bərpası və dayanıqlığının gücləndirilməsi” (büdcə 1,7 milyon dollar), həmin ilin iyulundan isə “Ermənistanda münaqişədən sonra erkən bərpa və möhkəmlik” layihələri (büdcə 3,2 milyon dollar) icra edilir.

2022-ci ilin aprel ayından “Ermənistanın regionlarında gənclər üçün məşğulluq və gəlir imkanlarının təmin edilməsi” layihəsi (büdcə 2 milyon dollar) reallaşır və s.

Ermənistan ABŞ-nin xeyriyyəçiliyindən də yararlanır. Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) bu ölkəyə pul yardımını 120 milyon dollardan 250 milyon dollara qədər artıracaq. 2024-cü ilin iyununda Ermənistan və ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, Vaşinqtonun “demokratik islahatlar” aparmaq və ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün İrəvana yardım göstərmək imkanlarını genişləndirir. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 321 milyon dollar olub.

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) öz ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı fəaliyyətsizlikdə ittiham edərək 2023-cü ildə Qərblə yaxınlaşmanı sürətləndirməyə başlayıb. Hətta, Azərbaycanla müvəqqəti sərhədə belə Avropa İttifaqı Şurası Mülkü Vətəndaş Müşahidə Missiyasını yerləşdirməklə Rusiya və KTMT-yə özünəməxsus meydan oxudu. Sonrakı mərhələdə ABŞ-nin yük təyyarələri İrəvana hərbi texnika və avadanlıq daşımağa başladı.

Belə bir şəraitdə Rusiya Ermənistanı daha “ağıllı olmağa” dəvət edib. Bu yaxınlarda Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhəddə yerləşdirilməsinin zəruriliyindən bəhs etmişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, ölkəsinin sərhəd qoşunlarının Ermənistandakı statusunu tənzimləyən əsas sənəd müddətsiz xarakter daşıyır: “Sərhədçilərimizin Ermənistandan çıxarılması onların təhlükəsizliyinə təsirsiz ötüşməyəcək”.

Bunu Moskvanın Ermənistana növbəti və daha sərt ismarışı da saymaq olar. Rusiya XİN-in açıqlamasından sonra Aleksey Overçukun səfəri qərbə, sağ-sola boylanan rəsmi İrəvanı sanki yerində oturdur.

Belə ehtimal etmək olar ki, baş nazirin müavini Ermənistan hakimiyyətinə ermənilərin keçmişini, indiki vəziyyətini və gələcəyini bir daha xatırladıb. Başqa “kim idiniz, kim oldunuz” sualı ətrafında onları düşünməyə dəvət edib. Əvvəllər Ermənistan məktəblərində “Erməni xalqının tarixi” fənni tədris olunurdusa, indi “Ermənistan tarixi”ndən dərs keçirlər. Bu dərsliyin yaranmasında Rusiyanın rolu əvəzsizdir.

Overçukun səfərinin əsas tezisinin Ermənistanı “ağıllı davranmağa dəvət” olduğunu ehtimal etmək mümkündür.

Çünki həmin görüşdən sonra Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbeqi-Yuxarı Lars” gömrük-keçid məntəqəsi yolların təcili təmiri ilə əlaqədar sentyabrın 18-dən oktyabrın 2-dək Bakı vaxtı ilə saat 06:00-dan 09:00-a kimi bağlanacağına dair xəbər yayılıb.

Məlumatı Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yaysa da, bu, Ermənistanın xeyrinə olacaq hadisə sayılmır. Nəzərə almaq lazımdır ki, rəsmi Tbilisi Moskva ilə münasibətləri normallaşdırmağa səy göstərir. Ona görə yolun bağlanmasını da Gürcüstanın Rusiya qarşısında bir xoşməramlı jesti saymaq olar.

Baş nazir müavinin İrəvan görüşünün “məhsuldar” keçdiyinə dair açıqlaması Moskvanın Ermənistanı yerində oturtduğuna dair, yaxud bu istiqamətdə rəsmi İrəvana xəbərdarlıq etdiyini mülahizə etməyə əsas verir.

A.Overçukun səfəri ABŞ, Fransa və başqalarının Ermənistana maraqlarını reallaşdırmaq üçün qoyduqları mayanın batması kimi də qəbul etmək olar. Çünki ötən illərin hadisələri, bu ölkənin potensialı və başqa göstəriciləri rəsmi İrəvanın RF-yə qarşı çıxmağa gücü və cürəti çatmadığı ehtimalını söyləməyə imkan yaradır.

İrəvanın demokratiya oyunu oynaması, Qərblə Rusiya arasında ikili oyun oynaması Ermənistan hakimiyyətinin yolunun azmasının göstəricisidir. Hadisələrin gedişi sübut edir ki, hamıya, hər kəsə razılıq vermək etimadsızlıq yaradır. Bu baxımdan Ermənistanın həm qərbin, həm də Rusiyanın idarə etdiyi avtomobildə olması mümkünsüzdür. Ona görə də demək olar ki, Overçuk Paşinyana bunu izah etdiyi üçün görüşü məhsuldar sayıb.

Odur ki, ABŞ-nin Ermənistana qoyduğu mayanın batdığını, Rusiyanın isə ermənilərə xərclədiyi maliyyə vəsaitinin dirildiyini söyləmək mümkündür.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Təhlil / 17.09.2024 16:58
İrəvanın Rusiya səhvi – mayası batan ABŞ – TƏHLİL
Elm və təhsil / 17.09.2024 14:37
Ermənilərin “Tiqranakert oyunbazlığı” – ANONS
Müsahibə, Siyasi / 17.09.2024 13:28
“Ermənilər hər yerdə məbədlərə etinasız yanaşır” – ANONS - VİDEO
Müsahibə / 16.09.2024 23:20
“Soydaşlarımızın problemi beynəlxalq aləmə çatdırılmalıdır” - VİDEO
Elm və təhsil / 16.09.2024 12:49
Atasına valideyn statusu qazandıran Burlaxatunun ilk məktəb günlüyü - FOTO
İdman / 15.09.2024 23:20
“Göyçə”nin çətinliklə qalib gəlib, 1-ci tur başa çatıb
İdman / 15.09.2024 20:30
“Ardanış” 3 xalı aktivinə yazdırıb - FOTO
İdman / 15.09.2024 09:57
Bu gün AZƏRTAC “Ardanış”, “Göyçə” isə “Nərimanlı” ilə görüşür
İdman / 14.09.2024 23:10
“Veteranlar” və “Cənclər 2020” rəqiblərini məğlub edib - FOTO - VİDEO
Elm və təhsil / 14.09.2024 22:31
“Dvin məbədinin ermənilərə aidiyyəti yoxdur” - FOTO - VİDEO
Gündəm, İdman / 14.09.2024 21:59
Bakıda 3-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Elm və təhsil, Mədəni, Siyasi / 13.09.2024 22:27
“Qardaşımın İrəvandan gətirdiyi sənəddə Göyçə gölünün dibində qədim türk şəhəri olduğu yazılmışdı” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 13.09.2024 14:51
“Hər həftə evimizdə nehrə çalxalanardı” – Loğman Əjdərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
İdman / 13.09.2024 10:38
Sabah Futbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək
Siyasi, Təhlil / 12.09.2024 22:32
Ermənistanda Qərbi Azərbaycan torpaqları Azərbaycan ərazisi olaraq qeyd olunan xəritələr yayılır - FOTO - VİDEO
Elm və təhsil / 12.09.2024 16:17
Tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib - FOTO
Siyasi, Təhlil / 12.09.2024 14:28
Mühacirət hökuməti və İrəvanın təşvişi – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 11.09.2024 22:16
Ağbaba, Ağbaş, Ağvan, Ağqala, Ağbaba, Ağvəng və Ağqaya – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 11.09.2024 12:21
Adı ləğv edilib yerində 2 rayon yaradılan yurd yeri – ANONS - VİDEO
Elm və təhsil / 10.09.2024 22:06
“Tava-Təpə” abidəsi “Göbəkli Təpə” abidəsi kimi bütövlükdə dəfn edilib” - FOTO - VİDEO
Müsahibə, Mətbuat / 10.09.2024 19:52
“Azərbaycanlıların geri qayıtması Ermənistanda demoqrafiyanın bərpasına kömək edəcək” - VİDEO
Elm və təhsil / 10.09.2024 14:01
Erməni tarixçilərin “Tava Təpə” etirafı – ANONS
Müsahibə, Mətbuat / 10.09.2024 13:26
“Ermənilər özlərinə böyük çuxur qazırlar” – ANONS
İdman / 10.09.2024 09:49
Şəhid jurnalistlərin xatirəsinə 3-cü Ənənəvi Minifutbol Turniri başlayır - FOTO - VİDEO
Müsahibə / 09.09.2024 22:34
“Qərbi Azərbaycana qayıdışa beynəlxalq hüququn tərkib hissəsi kimi baxmalıyıq” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 07.09.2024 22:09
“Gümrü Kimmer türk tayfasının adını əks etdirir - FOTO - VİDEO