İqtisadi 13.05.2019 11:39

“Norm Sement” Beynəlxalq Beton Konfransına ev sahibliyi edəcək - FOTO

“Norm” Sement zavodu Cənubi Qafqazın ən iri sement istehsalçısı olub gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement istehsal gücünə malikdir.

Zavodda hazırda 5 çeşiddə sement məhsulu istehsal edilir.  İstehsal edilən CEM II/A-P 32,5R markalı KLASS A, CEM II/B-L 32,5R markalı KLASS B, CEM II/A-P 42,5 R markalı KLASS C500 və  CEM II / A-P 42.5N markalı KLASS S (Sulfatadavamlı Portland sement) və CEM I 52.5N markalı KLASS 1 məhsulları müvafiq olaraq qalaq və kisə şəklində satışa təqdim olunur.

Bir neçə illik istehsal təcrübəsi olmasına baxmayaraq, Norm Sement fəaliyyət müddəti ərzində yerli sement bazarı ilə yanaşı, xarici bazarlara çıxış imkanı da əldə edib. Zavod artıq illərdir ki, qonşu Gürcüstana sement və klinker məhsulları ixrac edir və digər ölkələrə ixrac imkanlarını araşdırmaqdadır.

Qeyri-neft sektorunun inkişafında əvəzsiz rolu olan Norm Sement 2019-u ildə də iqtisadi əhəmiyyətli yeniliklər etməyə davam edir. Belə ki, Azərbaycanda beton sənayesi sahəsində ilk dəfə “Norm Sement” Beynəlxalq CPI Worldwide jurnalı və ICCX (Beynəlxalq Beton Sərgi və Konfrans) Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycanda müasir beton texnologiyaları və inşaat istiqamətləri” mövzusunda beynəlxalq konfrans baş tutacaq.

Tədbir 100-dən çox yerli və xarici şirkət nümayəndələrinin iştirakı ilə cari ilin iyun ayının 20-si, Four Seasons otelində keçiriləcək. Tədbirdə Almaniyanın Progress Group, Rekers, Kraft Curing Systems, Ha-Be Betonchemie, Polşanın Arcen, Danimarkanın Hawkeye Pedershaab və İspaniyanın Lausanne şirkətlərinin nümayəndələri çıxış edəcəklər.

ICCX Avropanın mötəbər qurumlarından olub, 20 ilə yaxın müddət ərzində dünyanın bir çox inkişaf etmiş ölkələrində beton sahəsində beynəlxalq konfranslara təşkilatçılıq etmişdir. ICCX ticarət nişanı müasir beton istehsalı və texnologiyasının bütün aspektlərini əhatə edən konfrans və ticarət sərgisinin unikal birləşməsidir.

“Norm Sement”in ölkəmizdə bir ilkə imza ataraq təşkil edəcəyi beynəlxalq konfransın keçirilməsində əsas məqsəd yerli infrastruktur, mənzil tikintisi, şəhər və şəhərətrafı bölgələrdə abadlıq işləri daxil olmaqla, tikintinin bütün növləri üzrə dəmir-beton konstruksiyalardan istifadənin artırılmasını stimullaşdırmaq və Avropa təcrübəsindən faydalanmaqdır.

Beləliklə, müasir beton texnologiyasında yeni tendensiyalar şəxsi tikililərdə, habelə, sənaye və kənd təsərrüfatı üçün nəzərdə tutulan layihələrdə uzunömürlü və yüksək keyfiyyətə malik beton strukturların daha geniş tətbiqinə təkan yaradacaq.

Regionun ən iri sement istehsalçısı olan Norm Sement zavodunda sementin keyfiyyətinə xüsusi diqqət yetirilir. Bu məqsədlə zavodda müasir standartlara cavab verən sement və beton laboratoriyaları yaradılıb. Sement laboratoriyalarında mütəmadi qaydada keyfiyyət sınaqları aparılır, məhsul nümunələrinin kimyəvi və mineraloji tərkibi təhlil edilir.

Zavodun beton laboratoriyasında qüvvədə olan müvafiq standartların (AZS – Azərbaycan, EN-Avropa, ASTM-ABŞ və QOST-Rusiya) tələbləri əsasında beton doldurucularının, kimyəvi qatqıların və fərqli tətbiq sahəsinə uyğun olan müxtəlif növ betonların sınaqları aparılır, doldurucuların optimal nisbəti seçilməklə beton qarışığının tərkibi hazırlanır.

“Norm” şirkəti sement və beton istehsalı sahəsində beynəlxalq nüfuza malik şirkət və qurumlarla əməkdaşlığını davam etdirir. Şirkət  Avropa Sement Tədqiqatları Akademiyasının (ECRA) həqiqi üzvüdür. “Norm” şirkətinin beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi digər qurum Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutudur.

VDZ-nin yüksək ixtisaslı mütəxəssisləri zavoda səfərlər edərək istehsal prosesinin texniki auditini həyata keçirirlər. Norm sementlərinə VDZ tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunur.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO