Siyasi 03.10.2024 22:08

Ermənistanın Azərbaycana vurduğu zərər 800 milyard dollar civarındadır - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “İrəvanın kənarında Azərbaycanın hərbi bazası qurula bilər” adlı süjetdə Ermənistanın I Qarabağ müharibəsi və işğal dövründə Azərbaycana vurduğu zərərin təzminat olaraq qaytarması məsələsinin İrəvanda aktual müzakirəyə çevrilməsindən, rəsmi Bakının sülh sazişinə təzminatla bağlı yeni bənd əlavə edəcəyi ilə bağlı ermənilərin iddialarından bəhs olunur.

Bildirilir ki, dünya təcrübəsinə görə, müharibədə məğlub olan tərəf qalib tərəfə təzminat ödəyir və buna “müharibə təzminatı” deyilir: “Ermənistan təkcə “müharibə təzminatı” yox, həm də 30 ildə  Azərbaycan torpaqlarını viran qoymasına görə milyardlarla dollar ödəməlidir. Azərbaycanın Ermənistandan təzminat tələb etməsi beynəlxalq hüquqa və dünya təcrübəsinə əsaslanır”.

Qeyd olunur ki, ilkin qiymətləndirmələrə görə, Ermənistanın Azərbaycana vurduğu zərərin qiyməti 800 milyard dollardan çoxdur. 44 günlük müharibədən sonra azad olunan ərazilərdəki vəziyyət zərərin nə qədər böyük olduğunu göstərir.

Süjetdə Ermənistanın bu təzminatı necə ödəməsi ilə bağlı bir neçə variant irəli sürülür və deyilir ki, təzminat məsələsinin həllinin yeganə yolu məhz tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda suveren hüquqlarımızın olmasıdır: “Ermənistanın təzminat ödəməsi təkcə Azərbaycana vurulan zərərin qarşılanması üçün yox, həm də regionda uzunmüddətli sülhə nail olmaq üçün lazımdır”.

Diqqətə çatdırılır ki, 44 günlük müharibə və sonra baş verənlər Azərbaycanın gücünü ortaya çıxardı: “Xüsusilə Prezident İlham Əliyevin srategiyası bütün hədəflərlə yanaşı, təzminat hədəfinə də nail olacağımıza əminlik yaradır. Bunu Ermənistanda da etiraf edirlər. Belə ki, erməni ekspert Hayk Nahapetyan deyir ki, Azərbaycanın tələblərindən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Ermənistanın hərbiləşdirilməsinə son qoyulmasıdır: “Prezident İlham Əliyev istədiyi hər şeyi maksimum əldə edəcək. Azərbaycanlılar geri Qərbi Azərbaycana, hətta İrəvan da  qayıdacaqlar. Onların təhlükəsizliyini Azərbaycan özü təmin edəcək. İrəvanın kənarında Azərbaycanın hərbi bazası qurula bilər, o cümlədən, hökumət binasında Qərbi Azərbaycan bayrağının asılmasını görə bilərik. Paşinyan bütün bunları etməyə hazırdır, hətta Ermənistan ərazisinin 10 min kvadratkilometr olmasına da hazırdır. O, Ermənistanın Azərbaycanın vilayətinə çevrilməsinə, özünün də  vali olmasına razıdır”.

Sonda vurğulanır ki, Qərbi Azərbaycana qayıdışın baş tutması, hətta tarixi torpaqlarımızda suveren hüquqlar əldə etmək perpspektivi regionun yeni qaçılmaz reallığıdır və bunu ermənilər anlayırlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 3-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 03.10.2024 22:08
Ermənistanın Azərbaycana vurduğu zərər 800 milyard dollar civarındadır - VİDEO
Elm və təhsil / 03.10.2024 17:24
Yaxşı təhsili olan insan həmişə parlaq qalır – Ardanış gəncləri ilə görüş - FOTO
Siyasi, Təhlil / 03.10.2024 14:03
“Paşinyan Azərbaycanın valisi olmağa hazırdır” – ANONS - VİDEO
Elm və təhsil / 02.10.2024 22:23
“Azərbaycandan tapılan maddi mədəniyyət nümunələrini dünya bazarlarında satırlar” - FOTO - VİDEO
Elm və təhsil / 02.10.2024 13:17
Ermənilər antik Alban qalasına necə od vurublar – ANONS - VİDEO
Siyasi, Sosial / 01.10.2024 22:20
Ağyarğan, Ağyoxuş, Ağyoxuş və Ağqıraq – türk tarixinin izi - FOTO - VİDEO
Hərbi, Video müsahibə / 01.10.2024 19:00
“Azərbaycan öz xalqının təhlükəsizliyini təmin etmək üçün silahlanır” - VİDEO
Hərbi / 01.10.2024 13:27
Ermənistan niyə və necə silahlanır? – ANONS - VİDEO
Siyasi, Sosial / 01.10.2024 12:19
“Qərbi Azərbaycanın Ağ rəngli yer adları” – ANONS - VİDEO
İdman / 01.10.2024 10:00
Turnirin 3-cü turun yaddaqalan MƏNZƏRƏSİ - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 30.09.2024 23:58
“Babamın qardaşının ailəsini ermənilər təndirə salıb yandırıblar” - FOTO - VİDEO
Gündəm / 30.09.2024 14:16
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib - FOTO
Mədəni / 30.09.2024 12:00
Azər Hüseynov Fəxri Fərmanla təltif olunub – SİYAHI
İdman / 30.09.2024 11:40
Turnirin 3-cü tur XÜLASƏSİ: epizodlar, növbəti oyunlar, xallar və bombardirlər - FOTO
İdman / 29.09.2024 09:56
“Gənclər 2020” və “Zəfər 44” növbəti mərhələyə çıxıb - FOTO
Mədəni, Sosial / 28.09.2024 22:57
“Qoros türk tayfalarının məskunlaşdığı qədim yaşayış yeri” - FOTO - VİDEO
Mədəni / 28.09.2024 10:06
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
İdman / 28.09.2024 08:58
Bu gün “Baku Ws”-“Gənclər 2020”, AZƏRTAC – “Zəfər 44” ilə qarşılaşır - FOTO
Elm və təhsil, Siyasi / 27.09.2024 22:05
“Atam danışırdı ki, evimizi tərk edəndə qapıdakı itimiz ağladı” - FOTO - VİDEO
İdman / 27.09.2024 20:51
Sülhlə bitən matç – “Veteranları” liderlikdən 2 top ayırdı - FOTO
İdman / 27.09.2024 16:31
“Veteranlar”, yoxsa “Turan” birinci olacaq?
Təhlil / 27.09.2024 15:00
Anım Günü: zəfərə gedən yol
Elm və təhsil, Sosial / 27.09.2024 12:36
Bizanslıların bazarının yerləşdiyi kənd – ANONS - VİDEO
Elm və təhsil, Sosial / 27.09.2024 12:35
“Ermənilər itimizi güllələdilər” – Elara Şükürovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 27.09.2024 12:05
Prezident İlham Əliyev Zəfər parkında olub – YENİLƏNİB - FOTO - VİDEO
Gündəm / 27.09.2024 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib – YENİLƏNİB