Elm və təhsil 13.05.2019 14:48

“İdrak” liseyi gələcəyə işıq saçır - FOTO - VİDEO

 

Təhsil hər millətin  gələcəyi, işıqlı sabahınin təminatçısıdır. Dövlətimizə layiqli vətəndaşlar, peşəkar kadrlar yetişdirmək üçün ölkəmizdə yüzlərlə təhsil müəssisəsi fəaliyyət göstərir. Bu gün onların əksəriyyətində yüksək ixtisaslı pedaqoji kollektiv çalışır və həmin məktəblər müntəzəm olaraq çəkilən zəhmətin bəhrəsini görür, uğurlar əldə edirlər. Onlardan biri də “İdrak” liseyidir. Lisey 2008-ci ildə Sumqayıt şəhərində yaradılıb. 2014-cu ildən isə Bakı filialı fəaliyyətə başlayıb. Elə həmin vaxtdan etibarən liseyin Bakı filialının şagirdləri nəinki təhsildə, eləcə də, idmanda, incəsənətdə müntəzəm olaraq uğurlar qazanırlar. Bu yaxınlarda adı çəkilən təhsil ocağının onuncu sinif şagirdi Nazim Həsənov məşğul olduğu kikboksink idman növü üzrə respublika çempionu olub. Bu, məktəbin hələ ki, sonuncu nailiyyətlərindəndir.

Bir neçə gün əvvəl haqqından danışdığımız liseydə olub, təhsil müəssisənin qazandığı uğurlar, idman həyatı, həmçinin Nazimin dərsləri, ona olan münasibətlə bağlı məlumat aldıq. Məlum oldu ki, yeniyetmə idmançı dərslərinə də həvəslə, məsuliyyətlə yanaşır.

Əvvəlcə, liseyin direktor müavini Nilufər Əliyeva ilə həmsöhbət olduq. Onun sözlərinə görə uşaq və yeniyetmələrin fiziki və mənəvi inkişafı təhsil ocağının qarşısına qoyduğu əsas məqsədlərdəndir. “Sevindirici haldır ki, hər il “İdrak” liseyinin yetirmələri maksimum nəticə göstərərək, ali məktəbə qəbul olurlar. Liseyimizdə müntəzəm olaraq müxtəlif viktorinalar, bilik yarışları təşkil olunur. Şagirdlərimiz riyaziyyat və məntiq üzrə keçirilən “Kenquru” yarışlarında hər dəfə yaxşı nəticələr əldə edirlər. Bu, bizim bütün pedaqoji kollektivin uğurudur. Ancaq qeyd etmək istərdim ki, biz təkcə elmi biliklər verməklə kifayətlənmir, həm də şagirdlərin fiziki hazırlığına diqqət edirik. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. Mütəxəssislər də təsdiq edirlər ki, şagirdlərin aydın təfəkkürə, analitik düşüncəyə malik olmaları üçün onların idmanla məşğul olmaları vacibdir. Bu məqsədlə liseyimizdə tennis, futbol, basketbol, üzgüçülük, şahmat, karate və digər idman növləri üzrə məşqlər keçirilir. Fəxrlə deyə bilərəm ki, liseyimizin şagirdləri arasında idmana maraq böyükdür. Onlardan biri də Nazim Həsənovdur. Əlbəttə, Nazimin hər bir uğurunun arxasında gərgin zəhmət dayanır. Bəzən düşünürlər ki, yeniyetmə həm idmanda, həm də təhsildə müsbət mənada fərqlənə bilməz. Lakin Nazim özünün əzmkarlığı ilə göstərir ki, inam, istək olan yerdə hər şey mümkündür. Yəni o, dərslərində də fəaldır. Biz hamımız şagirdimizlə fəxr edirik”-deyə direktor müavini qeyd etdi.

Gələcəyimiz indiki uşaq və yeniyetmələrin əllərindədir. Onlar nə qədər sağlam, zəhmətkeş olarlarsa, gələcəyimiz də bir o qədər firəvan olar. Sağlamlıq isə birbaşa idman və bədən tərbiyəsi ilə bağlıdır. Nilufər xanım onu da dedi ki, məktəbin şagirdləri arasında Nazim kimi bacarıqlı idmançılar kifayət qədərdir. Nuray Əliyeva, Ayla Əliyevə hələ azyaşlı olmalarına baxmayaraq, perspektivli idmançılardır. Onlar gimnastika üzrə böyük nəticələr qazanıblar.

Məlumdur ki, nizam-intizam hər bir qələbənin əsas açarıdır. Böyük ədib Ceyhun Hacıbəylinin dediyi kimi, tərbiyə insan həyatında ən başlıca amildir. Gərək insan intizamlı olub, verilən tapşırıqları qüsursuz və vaxtında yerinə yetirsin ki, konkret sahədə uğur qazana bilsin. Liseyin tərbiyə işləri üzrə direktor müavini Rübabə Hacıyeva bu haqda danışarkən vurğuladı ki, “İdrak”çıların təlim-tərbiyələrinin yüksək səviyyədə olmalarında onların əksəriyyətinin müxtəlif idman bölmələrində məşq etmələri müstəsna rol oynayır. “Bildiyiniz kimi, idman insanları təkcə fiziki cəhətdən inkişaf etdirmir. Həm də onlarda bir çox mənəvi keyfiyyətlər, o cümlədən böyüklərə hörmət, çalışqanlıq aşılayır. Şagirdlərimizin böyük bir hissəsinin idmanla məşğul olmaları onların davranışlarında, hərəkətlərində özünü göstərir. Hazırda aşağı siniflərdən 84, yuxarı siniflərdən isə 70-ə yaxın şagird tennislə məşğuldur. Futbolçu şagirdlərimizin sayı 100-ə yaxındır. Üzgüçülüyun sirlərini öyrənənlərin sayı nisbətən azdır. Çünki liseyimizdə aşağı siniflər üçün üzgüçülük məşqləri keçirilmir. Şahmat ən sevilən idman növlərindəndir. Kənan Əsgərli, Fərid Qəribov bu idman növü üzrə fərqlənən şagirdlərdəndirlər. Müəllimlərin fikrincə, onlar gələcəkdə ölkəmizi hətta beynəlxalq arenalarda təmsil edə bilərlər.”- deyə Rübabə xanım fərəh hissi ilə şagirdlərindən danışdı.

Təcrübələr göstərir ki, idmanla məşğul olanlar həm də analitik düşüncə tərzlərinə, daha tez və sürətli qərar qəbul etmə bacarıqlarına görə həmyaşıdlarından fərqlənirlər. Onlar daha məqsədyönlü hərəkətlər edir, qətiyyətli addımlar atırlar. Direktor müavini ilə söhbət zamanı təsadüfən otağa daxil olan Nazimin riyaziyyat müəllimi Mənzər Bağırova da bu fikirdədir ki, idmanla məşğul olandan sonra Nazim dərslərinə daha məsuliyyətlə yanaşmağa başlayıb. “Nazim mənim sevimli şagirdlərimdən biridir. Onun pozitiv əhval-ruhiyyəsi, dostlarına olan mehriban münasibəti, incə yumor hissi riyaziyyat kimi çətin fənni çox rahat şəkildə mənimsəməsinə kömək olur. Riyaziyyata olan böyük marağı, qabiliyyəti nəticəsində verilən tapşırıqları asanlıqla, sürətlə, bəzən hətta şifahi həll etməyə nail olur. Nazim eyni zamanda dərsdən kənar fəaliyyətə qoşularaq riyaziyyat olimpiadalarında, intellektual yarışlarda, müsabiqələrdə fəal iştirak edir. Mən sevimli şagirdimin parlaq gələcəyinə inanıram. Digərlərinə məsləhət görürəm ki, onlar da idmanla məşğul olsunlar. Çünki idman hamı üçün vacibdir”-deyə Mənzər müəllimə öz fikirlərini bildirdi.

Liseyin tarix müəlliməsi Aynurə İsmayılova bildirdi ki, bir müddət Nazimə tarix fənnindən dərs demişəm. İlk gündən özünün məsuliyyətli, savadlı və intizamlı şagird olduğunu təsdiqlədi. Tarixi çox sevir və dərslərinə yaxşı hazırlaşır. Bu mənada bir müəllim kimi fəxr edirəm ki, onun kimi şagirdim olub.

Müəllimləri Nazim haqqında xoş sözlər dedilər. Bəs, görəsən, o, sinif yoldaşları ilə münasibətdə necədir? Bu suala cavab tapmaq üçün respublika çempionunun sinif yoldaşlarından bir neçəsi ilə həmsöhbət olduq. Sevindirici haldır ki, onlar da Nazimi əsl dost kimi xarakterizə etdilər. Şagirdlərdən Rəsul Nağıyev Nazim haqqında bunları dedi: “Nazim mənim ən yaxın dostlarımdan biridir. Tez-tez bir-birimizə dərslərimizdə kömək edir, məsləhətləşirik. Yaxşı ki, mənim onun kimi dostum var.”

Nazimin daha bir sinif yoldaşı İlqar Xıdırovun fikrincə isə, Nazim sinifin liderlərindən biridir. “Tez-tez Nazimdən məsləhət alırıq. O, öz zəhmi ilə seçilir. Bəlkə də, fəallığı bəzən ona mane olur. Ancaq hər şeyə rəğmən hamı Nazimi çox istəyir.”

Nazimin müəllimləri, sinif yoldaşları ilə söhbətdən sonra liseydə ayrılırıq. Deyilənlərdən belə məlum oldu ki, “İdrak”da idmana maraq böyükdür. Bu isə

şagirdlərin keçirilən dərsi mənimsəməsinə, onların düzgün davranışına kömək olur. Arzulayırıq ki, gələcəkdə şagirdlərin növbəti nailiyyətlərini işıqlandırmaq üçün yenə “İdrak”çılarla görüşəcəyik.

Kənan Novruzov

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO