Şəhid Jurnalistlərin Xatirə Turniri – yarımfinal oyunları və bombardirlər CƏDVƏLİ - FOTO
Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirin davam edir.
Rakus.az xəbər verir ki, bu il sentyabrın 14-də start götürən turnir artıq sona yaxınlaşır. Oktybarın 5-də keçirilən 1/4 oyunlarının nəticələrinə görə, yarımfinal mərhəliyə 4 komanda – A qrupundan “Turan”, B qrupundan “Gənclər 2020”, C qrupundan “Ardanış”, D qrupundan “Göyçə” yüksəlib.
Oktybarın 12-də yarımfinal oyunları baş tutacaq. Saat 21:00-da “Gənclər 2020” ilə “Ardanış”, saat 22:00-da isə “Turan” ilə “Göyçə” qarşılaşacaq.
Tennis Akademiyasında keçiriləcək matçları AFFA-nın hakimləri idarə edəcəklər.
OYUNLARIN CƏDVƏLİ
12 oktyabr
YARIMFİNAL
B1-C1 – 21:00
“Gənclər 2020” – “Ardanış”,
A1-D1 – 22:00
“Turan” – “Gənclər 2020”
18 oktyabr
19:00 – 3-cü yer
20:00 – FİNAL-Bağlanış-Mükafatlandırma
BOMBARDİRLƏR CƏDVƏLİ
Xatırladaq ki, turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir və oktyabrın 18-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi D1-in qalibi ilə, B1-in qalibi ilə C1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Oyunlar şənbə və bazar günləri saat 19:00 və 20:00-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 19-da baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.