Təhlil 08.10.2024 16:50

Ştirlis kimi davranan Paşinyan – İrəvanın çobanyastığı siyasəti – TƏHLİL

Ermənistan hakimiyyəti çobanyastığı ləçəklərinin “olar, olmaz”ına, “sevir, sevmir”inə uyğun siyasət yürüdür. Hərdən inandırıcı açıqlamalar verir. Onda belə təəssürat yaranır ki, rəsmi İrəvana etibar edib, etimad göstərmək olar. Elə bu haldan çox keçmədən vəziyyət dəyişir. Qazanacağı etibarı belə yarı yolda itirir.

Keçmiş sovet məkanında Rusiyanın təşəbbüsü və patronluğu ilə yaranan bütün təşkilatların fərqinə baxmadan ilk üzvlərindən biri Ermənistan olub. Başqa sözlə Moskvanın ayağını qoyduğu yerə İrəvan başını qoyub.

MDB, Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təsisçilərindən sayılır.

Son illər İrəvanla KTMT arasında münasibət pozulur. Ermənistan hakimiyyəti bu təşkilatdan gah çıxacağını, gah da orada fəaliyyətini donduracağını bildirərək qeyri-müəyyən vəziyyətdə münasibət saxlayır.

Oktyabrın 8-də Moskvada MDB-yə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı keçirilib.

Tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edir. Çox maraqlıdır, düz bir il öncə, oktyabrın 13-ü Bişkekdə keçirilən MDB sammitində o, iştirak etməyib. Bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarova məlumat vermiş Nikol Paşinyan tədbirə qatılmamasının səbəblərini telefon vasitəsi ilə söyləmişdi. Ancaq bu barədə ictimaiyyətə heç sonradan da məlumat verilməyib. Qeyd edək ki, daha əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyanın da MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcəyi məlum idi.

Deməli, bir əvvəl Ermənistan hökumətinin başçısı qurumun Zirvə toplantısını boykot edib. Həmin görüşə ölkənin xarici işlər naziri qatılıb.

Oktyabrın 7-də MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının yığıncağı keçirilib. Toplantıda “Avrasiyada təhlükəsizliyinin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında” bəyanatlar qəbul edilib.

Tədbirdə iştirak edən Ararat Mirzoyan isə bu sənədlərə imza atmayıb.

Bu barədə Ermənistanın xarici siyasi kursunun həyata keçirən XİN-in baş sözçüsü Ani Badalyan (o özünü bəzən Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanı yamsılayır-red.) deyib: “Söhbət iki bəyanatdan gedir: “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında”.

“Söhbət iki bəyanatdan gedir: “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında”, – Ani Badalyan deyib.

“Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” bəyanatda bildirilir ki, Birlik ölkələri Avrasiya məkanında sabitliyin təmin edilməsi üçün BMT Nizamnaməsinə əsaslanan beynəlxalq hüquq sisteminin qorunmasının vacibliyini, qayda, standart və normaların tətbiqinin yolverilməzliyini dərk edir.

Sənəddə qeyd edilib ki, dövlətlərarası ziddiyyətlərin əsas səbəblərini aradan qaldırmaqla münaqişə potensialını azaltmaq üçün siyasi və diplomatik tədbirlərə əsaslanmalı olan qlobal və regional çağırışlara, təhlükəsizlik təhdidlərinə kollektiv cavab axtarışında beynəlxalq ictimaiyyətin konsolidasiyasına çağırışdan ibarətdir: “MDB-yə üzv dövlətlər təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə Avrasiya qarşılıqlı fəaliyyət arxitekturasının çoxqütblü reallıqlara uyğunlaşdırılmasının tərəfdarıdırlar”.

Bəyanatda o da vurğulanıb ki, Avrasiyada bərabər və bölünməz təhlükəsizlik arxitekturasının yaradılmasına, hərbi-siyasi vəziyyətin davamlı və uzunmüddətli sabitləşdirilməsinə, habelə mövcud münaqişələrin nizamlanmasına və yeni regional münaqişələrin qarşısının alınmasına əməli töhfə verməyə hazır olmaqdan bəhs edilir və s.

Bu kimi prinsiplər beynəlxalq hüquqa və BMT-nin nizamnaməsinə zidd deyil. Sual yaranır – İrəvan təmsilçiləri niyə bu bəyanata imza atmayıb? Halbuki, bu ölkə Avrasiya İqtisadi İttifaqının üzvüdür. Hətta bir neçə gün öncə sədr ölkə kimi üzv dövlətlərin hökumət başçılarının iclasına ev sahibliyi də edib.

Yaxud “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında” bəyanatda nazirlər qeyd ediblər ki, “birtərəfli məhdudlaşdırıcı tədbirlər” dövlət, qrup və ya dövlətlər birliyi tərəfindən BMT Nizamnaməsini pozmaqla həyata keçirilən məcburetmə tədbirləri, o cümlədən istər siyasi, istər hüquqi, istər maliyyə, istərsə də iqtisadi, məcbur etmək məqsədilə istənilən formada təzyiq göstərmək deməkdir.

Bildirilib ki, bu cür tədbirlər, o cümlədən eksterritorial xarakterli tədbirlər dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına kömək etmir, qlobal və regional inkişaf proseslərinə mənfi təsir göstərir.

Sənəddə hər hansı bir dövlətin birtərəfli məhdudlaşdırıcı tədbirlər qəbul etməsi BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa ziddir və s.

Hər iki sənəd həm də Ermənistanın indiki vəziyyətində mənafeyinə uyğundur.

Belə bir halda İrəvan nümayəndələri Moskvaya niyə gedib?

Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan əvvəllər Moskvaya getməyi, orada tədbirlərdə iştirakı çox böyük təmtəraqla təbliğ etdirər, oradakı görüşlərdən poz verərək şəkil çəkdirərdilər.

Onda Xocalı soyqırımını təşkil etmiş bu iki yerlinin az qala yemək rasionunu belə Kremldə tərtib edirdilər. Ermənistanın sabiq prezidentləri Rusiyadan təlimat alırdılar.

Deyəsən, Nikol Paşinyan və komandası indi başqa saatlarda, fərqli menyularla yemək yeyir. Belə qənaətə gəlmək olar ki, o, təlimatları artıq Moskvadan almır. Hökumət başçısı göstərişləri və direktivləri Parisdən, Vaşinqtondan və lobbidən alır. Buna görə ona nə qədər ödədikləri məlum olmasa da, Rusiyadan belə sərt üz döndərmək, bəyanatlara imza atmamaq onun göstəriş aldığını ehtimal etməyə əsas verir. Bir il ərzində nə dəyişdi ki, MDB-nin toplantısına, şurasına bir il öncə qatılmayan Paşinyan bu dəfə həvəslə yığıncağa qatılıb.

Bir ay öncə KTMT-ni tənqid edən, Rusiyaya qarşı bəyanat verən hökumət başçısının MDB toplantısında iştirakı bəzi müəmmaların yaranmasına səbəb olur.

Ararat Mirzoyanın bəyanatlara qoşulmaması, Paşinyanın MDB toplantısında iştirakı və hər kəsə iddialı baxışı Ermənistan hakimiyyəti təmsilçilərinin fərqli mövqeyindən xəbər verir. Belə nəticəyə gəlmək olar ki, bir il əvvəl belə bir tədbirə qatılmayan Paşinyan və Mirzoyan MDB iclası ilə bağlı tapşırıq alıb. Belə ehtimal etmək olar ki, onlara heç bir sənəd imzalamamaq, heç bir açıqlama verməmək, sadəcə iştirak edib, sammitin gedişindən xəbər gətirmək təlimatı verilib. Çünki rəsmi İrəvan xaricilərin təlimatı olmadan işləyə bilmir. Əvvəllər siqnalı Moskvadan, indi isə Parisdən və daha haralardan gözləyir.

Belə xüsusiyyət casuslarda olur. İnformasiya toplayır, ifşa olunmamaq, hər hansı öhdəlik götürməmək üçün heç bir sənədə imza atmırlar. Mirzoyanın bəyanatı imzalamaması həm də Ermənistanın MDB ilə münasibətləri azaltmağa yönəldiyinin göstəricisi də sayıla bilər.

Nikol Paşinyan isə Moskvaya bu səfəri zamanı özünü lap “Baharın on yeddinci anı” filminin qəhrəmanı Ştirlisə oxşadıb. O, Moskva çayı boyu velosiped sürüb: “Moskva çayı boyunca çox gözəl bir velosiped yolu var. Biz bu gün orada velosiped sürdük”. Onun velosiped məsələsi Moskvadan tapşırıq alan, faşist SD mərkəzi aparatında işləyən, sovet kəşfiyyatçısı, ştandartenfürer Maks Otto fon Ştirlisin İsveçrədə xizək sürməsini də xatırladır.

Hər halda, əldə qalan çobanyastığı ləçəyi ilə siyasət yürütmək hələ Ermənistan hakimiyyətinə fayda verir.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO