Ermənilər 50 Azərbaycan abidəsini saxtalaşdırıblar – ANONS - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, “Qərbi Azərbaycanda abidələrin tikilmə tarixi qəsdən saxtalaşdırılıb” adlı buraxılışda Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, AMEA Tarix və Etnologiya İnstitutunun elmi işçisi Faiq İsmayılov Qərbi Azərbaycanda memarlıq abidələrindən, erməni vandalizmindən, xristianlığa qədərki və dini mahiyyət daşıyan abidələrin memarlıq xüsusiyyətlərindən, həmçinin ermənilərin Cənubi Qafqaz ərazisində tikdiyi ilk abidədən söz açır.
Veriliş oktyabrın 12-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.