İqtisadi 13.05.2019 18:42

Gömrükdə elektron təhsil bazası yaradıldı

Dövlət Gömrük Komitəsində (DGK) gömrük xidmətinin potensialının gücləndirilməsi məqsədi ilə elektron təhsil – «CLiKC! e-Learning» bazası yaradılıb və ümumi tədris prosesinə inteqrasiya olunub.

Rakus.az xəbər verir ki, Komitədən verilən məlumata görə, yaradılan lokal və uzaq məsafədən elektron təhsil sistemi gömrük əməkdaşları və və Dövlət Gömrük Akademiyasının tələbələri üçün nəzərdə tutulub.

Azərbaycan Respublikası DGK-nin elektron tədris platforması kursları üzrə aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçmək olar. http://customs.gov.az/az/ faydali/innovativ-layiheler/ clikc/

Qeydiyyatdan keçən tələbələrə login, şifrə və platformadan istifadə qaydalarına dair kitab təqdim olunur.

Tələbələrin çoxsaylı xahişlərini nəzərə alaraq “e-learning CLIKC Azerbaijan” platformasına uzaqdan (distant) qoşulmanı və imtahan vermə imkanı yaradılıb. Qeyd edək ki, bu platformanın Mob App versiyasıda fəaliyyət göstərir. İstənilən tələbə Moodle proqramını yükləyərək URL, login və şifrə yazaraq platformadan mobil telefon vasitəsi ilə rahat istifadə edə bilər. (Moodle – öyrənmə idarəetmə sistemi və ya virtual öyrənmə mühiti kimi tanınan bir kurs idarəetmə sistemidir. Bu pulsuz bir web proqramıdır).

İlk dəfə 2019-cu ilin mart ayı ÜGT-nin təqdim etdiyi “Integrity” dərs paketi ilə “Basic Customs Course of “e-Learning” kursuna başlanılıb. Aprel ayında isə “Intermediate Customs Course” kursu üzrə “Təşkilatda yoluxucu korrupsiya: dərketmə və sosial psixologiyası (The Cognitive and Social Psychology of Contagious Organizational Corruption)” Gömrük qaydaları (prosedurları) və məsuliyyət (Customs Regulations (Procedures) and Responsibility) dərs paketləri ilə davam edilib.

Aşağıdakı linkdən istifadə edərək platformaya giriş əldə etmək olar. https://clikc.customs.gov.az/

Qeyd edək ki, layihənin əsas məqsədi yaradılan lokal və uzaq məsafədən (distant) elektron təhsil sistemini gömrük əməkdaşları və Gömrük Akademiyasının tələbələri üçün əl çatan və innovatik etməkdir. Belə ki, tələbələr müasir İT texnologiyalardan istifadə etməklə etibarlılıq qazanacaq, öz işlərinə daha da peşəkar yanaşacaqlar.

Bu layihəyə ilk dəfə Azərbaycanda DGK-nin təşkilatçılığı ilə başlanılıb, görülən işlər tələbələrin və əməkdaşların böyük marağına səbəb olub. Bildirək ki, tələbələr artıq bu platformadan istifadə edirlər və “Learning CLiKC Azerbaijan” platformasına yeni kursların əlavə edilməsi üçün müraciət ediblər. Hazırda 200-dən çox tələbə qeydiyyatdan keçib.

Tələbələr elektron kitabxanadan istifadə etməklə gömrük, onlara aid olan bölmələr haqqında daha geniş məlumata malik olacaq, təcrübə qazanacaq və biliklərini daha da artıracaqlar. Savadlı əməkdaşların daha üstün olduğunu nəzərə alsaq bu platforma onlara karyeralarında irəliləmək üçün daha çox şans, üstünlük deməkdir. Bu üstünlük tələbələrdə bu platformaya olan marağı və sayı artırır. Bu prosesin elektron həyata keçirilməsi təhsili daha da əl çatan edir, ən əsası isə buradakı kitabları hər yerdən əldə etmək mümkün deyil və bu platformanın əsas üstünlüyü ödənişsiz olmasıdır.

Xatırladaq ki, tələbələrdə motivasiyanı artırmaq üçün kursu bitirən və imtahandan uğurla keçən tələbələrin rəhbərliyinə təşəkkür məktubu yazılır, DGK tərəfindən Sertifikat verilir və həmin sertifikatları Şəxsi uçot vərəqəsinə (daxili HR platforması) əlavə edilir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO