Siyasi 07.11.2024 22:30

Paşinyan dilemma qarşısında: Bakıya gəlsə, nə olacaq, gəlməsə, nələr itirəcək? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənistanın baş naziri Nikol Paşinyan Bakıya gələcəkmi?” adlı süjetdə Azərbaycan paytaxtında qlobal iqlim problemlərinin müzakirə ediləcəyi COP29 tədbiri fonunda Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakıya gəlib gəlməməsi məsələsinə toxunulur.

Bildirilir ki, Paşinyanın COP29 ilə bağlı Bakıya gəlməsi regionda sülh perspektivinin davamlılığı baxımından önəmlidir: “Sülhdən yana olan rəsmi Bakı bu məqsədlə Ermənistanın Baş nazirinə dəvət ünvanlayıb. Rəsmi İrəvan cavab verməkdən hələ də yayınır. Əslində Ermənistan rəhbərliyinin dilemma qarşısında qaldığı aydın görünür.  COP29 tədbiri çərçivəsində Bakıda sülh sazişi üzrə niyyət protokolu imzalana bilər. Yəni tərəflər sülh danışıqlarına və sazişin imzalanmasına sadiq olduqlarını rəsmi sənədlə təsdiqləyə bilərlər. Azərbaycan tərəfi buna hazırdır, Ermənistan isə həmişə olduğu kimi, qeyri-konstruktiv mövqeyini davam etdirir. Bu baxımdan, Paşinyanın Bakıya gəlməkdən imtina etməsi beynəlxalq ictimaiyyət qarşısında anti-sülh mövqeyinin sərgilənnməsi ilə nəticələcək”.

Qeyd olunur ki, iqlim problemlərinin müzakirə ediləcəyi COP29-da regiondakı ekoloji məsələlər də gündəmə gələcək: “Bu, regional müstəvidə ekoloji fəlakət törədən Ermənistanı beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə salır. Çünki Ermənistan işğal dövründə Qarabağda törətdiyi ekoloji fəlakəti hazırda Azərbaycanla sərhəd bölgələrində – tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda davam etdirir və bu, fəlakətdən təkcə biz yox, regionun digər ölkələri – İran, Gürcüstan və Türkiyə də əziyyət çəkir”.

Süjetdə Ermənistanın “erməni məhbusların” buraxılması qarşılığında COP29-da iştirak etməyi düşündüyü, bununla bağlı təkliflərini Azərbaycana göndərdikləri diqqətə çatdırılır. “Hraparak” nəşri yazır ki, bu məsələ Azərbaycan və Ermənistan liderlərinin Kazan görüşündə müzakirə edilib.

Erməni politoloq Qaqik Hambaryan isə iddia edir ki, Prezident İlham Əliyev tələb edərsə, Paşinyan və Mirzoyan COP29-da iştirak etmək üçün Bakıya gedəcəklər və bu, 90 faiz real görünür.

Sonda vurğulanır ki, Ermənistan rəhbərliyini Bakıya səfər məsələsində düşündürən əsas amillərdən biri öz yurdundan qovulmuş azərbaycanlı qaçqınların təhlükəsiz şəkildə evlərinə – Qərbi Azərbaycana qayıdışıdır: “Paşinyan üçün yeganə çıxş yolunun Bakıya gəlmək və Azərbaycanın tələblərini qəbul etmək olduğu görünür. Əks təqdirdə, bölgəni ekoloji fəlakətə sürükləyən Ermənistanən bu bölgədəki mövdudluğu da sual altında qalacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 7-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO