Siyasi 11.11.2024 18:17

Rizvan Nəbiyev: “Bakı platforması dünya siyasi liderlərini və iqlim diplomatiyasının əsas oyunçularını bir araya gətirib”

Konfransın siyasi, diplomatik, iqtisadi, ekoloji və s. müstəvilərdəki əhəmiyyəti barədə danışan Milli Məclisin deputatı Rizvan Nəbiyev modern.az saytına bildirib ki, qlobal tədbirdə iştirakla paralel olaraq, ölkəmizə səfər edən çoxsaylı dövlət və hökumət başçıları, hökumət üzvləri, digər siyasi, ictimai, elmi xadimləri, QHT nümayəndələri hökumətimizin fossil enerjidən əldə edilən gələrləri ölkənin hərtərəfli dirçəlişinə və insan kapitalının inkişafına yönəltməsinin şahidi olurlar: “Onlar həmçinin, İslam Əməkdaşlıq Təşkilatının üzvü, əhalisinin böyük əksəriyyətinin islam dininə etiqad edən Azərbaycanda paralel olaraq dünyəvi dəyərlərin cəmiyyətdə harmoniyalı şəkildə yer tutması nümunəsi və ölkənin inklüziv inkişafına xidmət etməsi ilə tanış olurlar. Ölkəmiz əleyhinə aparılan intensiv qarayaxma kampaniylarına rəğmən, ümumilikdə bu nüfuzlu qlobal tədbir Azərbaycanın inkişafına dair beynəlxalq səviyyədə müsbət qiymətləndirmələrin artmasına töhfə verəcəkdir”.

Onun sözlərinə görə, Bakı platforması COP29 – BMT İqlim Dəyişiklikləri üzrə Konfransı çərçivəsində dünya siyasi liderlərini və iqlim diplomatiyasının əsas oyunçularını bir araya gətirib: “Azərbaycanın ev sahibliyi etdiyi bu nüfuzlu BMT tədbiri, iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi və əməkdaşlığı gücləndirmək məqsədini daşıyır. COP29 konfransının Bakıda keçirilməsi, Azərbaycanın regionda və qlobal səviyyədə iqlim problemlərinin həllində aparıcı rol oynamağa hazır olduğuna dair Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun təsdiqidir. Bu diplomatik addım, Azərbaycanın dayanıqlı iqtisadi inkişafını, təmiz enerji istehsalının artırılmasını və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərinin qlobal müstəvidə təqdimatına xidmət edir. Azərbaycan, iqlim dəyişikliyinə qarşı mübarizədə həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrlə əməkdaşlığı irəlilədərək, bu sahədə əhəmiyyətli bir vasitəçiyə çevrilmişdir. Bu cür təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Belə ki, Azərbaycan tədbirdə ambisiyalı Fəaliyyət Planını təqdim edib, bu isə maliyyə, insan kapitalı və sülh kimi sahələri əhatə edən 14 təşəbbüsü özündə ehtiva edir. Bakı iqlim platforması həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin birgə iştirakı ilə enerji keçidi, karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlığın artırılmasına dair hədəflərin müzakirəsini mümkün etmişdir. Bakı platformasında əsasən Yeni Maliyyə Hədəflərinin müzakirəsi aparılır. COP29-un əsas maliyyə hədəfləri, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma və dayanıqlıq qabiliyyətlərini artırmaq üçün yeni maliyyə mexanizmləri yaratmaq və mövcud maliyyə dəstəyini genişləndirməkdir. Bu konfransda 2025-ci ildə müddəti bitən və sənayeləşmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə illik 100 milyard dollar dəstək verməsini nəzərdə tutan əvvəlki hədəfi əvəz edəcək Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) müzakirə olunur”.

R.Nəbiyev vurğulayıb ki, yeni maliyyə hədəfləri həm dövlət, həm də özəl sektorun iqlim dəyişikliyi ilə mübarizədə daha fəal iştirakını təşviq etmək məqsədini daşıyır: “COP29-da Azərbaycan, beynəlxalq iqlim maliyyəsinin daha geniş əsaslara keçməsi üçün bu maliyyə dəstəyinin artırılmasını və iqlim layihələrinə yeni sərmayələrin qoyulmasını təşviq edəcək. Bu hədəflər, həmçinin inkişaf etmiş ölkələrin, iqtisadi gücə malik digər dövlətlərin və özəl sektorun bərabər şəkildə töhfə verməsi üçün çağırışları əhatə edir. Konfransda həmçinin Azərbaycanın COP29 Atəşkəs Təşəbbüsü diqqət çəkir ki, bu da bütün ölkələri konfrans müddətində sülhə çağırır və qədim Olimpiya Oyunları ənənəsinə bənzər bir truce (atəşkəs) ideyasını vurğulayır. Ərazilərinin 30 il beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlanılan Azərbaycanın bu təşəbbüslə çıxış etməsi regionda da dayanıqlı sülh və sabitlikdə maraqlı olduğumuzu dünyaya bəyan edir”.

XƏBƏR LENTİ
Dünya, Gündəm / 12.11.2024 11:55
Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılışında – CANLI YAYIM - FOTO - VİDEO
Gündəm, Sosial / 12.11.2024 11:12
COP29-un 2-ci günü: Mavi Zonada tədbirlərə start verilib- YENİLƏNİR - FOTO - VİDEO
Gündəm, Sosial / 12.11.2024 10:41
COP29-un Yaşıl Zonasında tədbirlər yoqa təlimi ilə başlayıb - FOTO
Müsahibə / 11.11.2024 23:58
“Sülh yolu ilə tarixi torpaqlarımıza qayıtmaq istəyirik” - VİDEO
Siyasi, Sosial / 11.11.2024 18:17
Rizvan Nəbiyev: “Bakı platforması dünya siyasi liderlərini və iqlim diplomatiyasının əsas oyunçularını bir araya gətirib”
Gündəm, Sosial / 11.11.2024 17:41
COP29-un Mavi Zona tədbirləri davam edir – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 11.11.2024 12:10
Bakıda COP29-un rəsmi açılış mərasimi keçirilib – YENİLƏNİB - FOTO - VİDEO
Sosial / 10.11.2024 13:41
“SOS” əməkdaşları şəhid ailələri ilə birlikdə Zəfər Parkını ziyarət edib - FOTO - VİDEO
Elm və təhsil / 09.11.2024 22:50
“Rus alimləri ermənilərlə birlikdə Skif tarixinin Azərbaycana aid olmadığı yalanını uydurdular” - FOTO - VİDEO
Elm və təhsil / 09.11.2024 13:48
“Qərbi Azərbaycanda skiflərə aid 12 abidə tapılıb” – ANONS - VİDEO
Təhlil / 08.11.2024 18:15
Zəfər Bayramı – Yüzillik savaşın nəticəsi – TƏHLİL
Gündəm / 08.11.2024 17:18
İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub – YENİLƏNİB - FOTO
Gündəm / 08.11.2024 12:31
Bakıda Zəfər parkının açılışı olub – YENİLƏNİB - FOTO
Gündəm / 08.11.2024 00:01
Bu gün Azərbaycanda Zəfər Günüdür
Gündəm, Hərbi / 08.11.2024 00:00
Şuşanın işğaldan azad olunmasından 4 il ötür
Siyasi, Təhlil / 07.11.2024 22:30
Paşinyan dilemma qarşısında: Bakıya gəlsə, nə olacaq, gəlməsə, nələr itirəcək? - FOTO - VİDEO
Müsahibə, Mədəni / 07.11.2024 18:17
Londonda qalib olan bəstəkar: “Özümü film sahəsində də görürəm” - FOTO
Dünya, Təhlil / 07.11.2024 15:30
79 yaşlı Trampın ABŞ-ni yenidən “möhtəşəm” etmək məsuliyyəti – TƏHLİL
Siyasi / 07.11.2024 13:30
Paşinyan Bakıya gələ bilər – ANONS - VİDEO
Elm və təhsil / 06.11.2024 22:37
“Qafqazdakı məlikliklərin ermənilərə aidiyyəti yoxdur, onlar xristian türklərdir” - FOTO - VİDEO
Təhlil / 06.11.2024 16:46
Dilemmada qalan İrəvan – Bakı və Ankaranın şərtləri – TƏHLİL
Elm və təhsil / 06.11.2024 13:09
“Erməni tarixini mxitaristlər uydurublar” – ANONS - VİDEO
Siyasi, Sosial / 05.11.2024 22:03
Ağxaç, Ağhəmzəli, Ağcaarx toponimləri – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 05.11.2024 18:18
“Erməni diasporunun yalançı təbliğatının təsirini azaltmaq lazımdır” - FOTO - VİDEO
Təhlil / 05.11.2024 14:40
Rəsmi İrəvanın seçimi: Fransa, yoxsa Türkiyə? – TƏHLİL
Siyasi, Sosial / 05.11.2024 14:05
Üç kəndin acı taleyi – ANONS - VİDEO