Elm və təhsil 22.11.2024 22:24

“Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu öldürdülər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Haylar önə çıxan insanlarımızı ləkələyirdilər” adlı veriliş Ağbaba mahalının Amasya rayonunun Mağaracıq kənd sakini İsmixan Həsənovun həyat hekayəsinə həsr olunub.

O, doğma yurdunun hər qarışını, uşaqlıq illərindən başlayaraq yaşadığı kəndin bütün gözəlliklərini xatırladıb: “Kəndimizdə ancaq azərbaycanlılar yaşayırdı. Qış fəslində  xizək sürmək, buz üstündə oynamaq, yazda isə əkin-biçinlə məşğul olmaqla yanaşı, günümüz dərs oxumaqla keçirdi. Oxumayan uşağın ailəsi özünü pis hiss edirdi”.

Onun sözlərinə görə, 300 ailədən ibarət olan kəndin ətrafı bulaqlar, dağlar, yaylaqlar ilə əhatə olunmuşdu və camaat iş qurtarandan sonra dincəlmək üçün Poşta bulağına, Hacı Salman bulağına, Qumlu dağın ətəyindəki bulağa gedərdi.

Mağaracıq kənd sakini erməni vəhşiliyindən söz açıb, 1988-ci il hadisələri zamanı didərgin düşdüyünü söyləyib: “Bizi məktəbdən, işdən əmrlə çıxarmışdılar. Dekabr ayının 1-də hamımızın əmrini yazıb vermişdilər. Ermənilər azərbaycanlılara qarşı həmişə düşmənçilik mövqeyində olublar. Fürsət düşdükcə terror aktları törədər, qabaqcıl azərbaycanlıları aradan götürürdülər. Neçə-neçə günahsız soydaşımız erməni vandalizminin qurbanı olub. 1988-ci ildə Ermənistan rəhbərliyi və Daşnaksütyun Partiyası “Türksüz Ermənistan” ideyasını gerçəkləşdirmək üçün azərbaycanlıları öz doğma yurdlarından qovmağa başladılar. Zorla didərgin salınan insanlar böyük çətinliklərlə Azərbaycana pənah gətirdilər. Mən də ailəm ilə birlikdə 1988-ci ilin dekabrında doğma kəndini tərk edərək əvvəlcə Sumqayıta, sonra isə Bakıya köçdük”.

İ.Həsənov sonda 70 yaşında olmasına baxmayaraq, doğma yurduna qayıdacağına inandığını deyib və fikirlərini erməni dilində səsləndirib: “Biz Qarabağı necə qaytardıqsa, Qərbi Azərbaycana da eləcə qayıdacağıq. Ömrüm çatmasa da, uşaqlarım, nəvələrim ata yurdumuzu şənləndirəcəklər. Biz gəlirik, mütləq gələcəyik. Öz torpağımızı, ata yurdumuzu sevirik. Mən orada doğulmuşam, böyümüşəm, işləmişəm. Nəvələrim də gedib orada yaşamalıdır. Çünki bütün o torpaqlar bizimdir!”

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 22-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO