Qarabağ münaqişəsi ilə bağlı BMT-yə müraciət olundu - FOTO
Ermənistanla Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasının 25 illiyi ilə əlaqədar BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlanıb.
Rakus.az xəbər verir ki, “Ümumqafqaz Evi” qeyri-hökumət beynəlxalq sülhməramlı təşkilatının təşəbbüsü ilə hazırlanan müraciəti Azərbaycanın tanınmış siyasət, incəsənət, mədəniyyət və vətəndaş cəmiyyəti nümayəndələri imzalayıblar.
Sənəd BMT-nin Bakıdakı nümayəndəliyinə təqdim edilib.
“Ümumqafqaz Evi”nin sədri Rizvan Hüseynov bildirib ki, bu günlərdə atəşkəsin əldə edilməsinin 25 illiyi tamam olur: “Bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, əfsuslar olsun ki, heç bir irəliləyiş yoxdur. Bizim ünvanladığımız müraciətin əsas məqsədi odur ki, əgər sülh danışıqları heç bir kömək etmirsə, bu münaqişənin həllində bundan sonra baş verəcək hadisələrə görə, həmçinin beynəlxalq ictimaiyyət və qurumlar cavabdeh olacaq”.