Siyasi 28.11.2024 22:40

Paşinyan Qərbi Azərbaycanla “Qərbi Ermənistan” iddiasını niyə eyniləşdirir? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Paşinyan: “Şüurlu şəkildə dövlətimizin itirilməsi ilə üzləşə bilərik” adlı süjetdə Baş nazir Nikol Paşinyanın ölkəsinin İctimai Televiziyasına müsahibəsində “Qərbi Azərbaycan deyiləndə əsəbiləşirik, amma “Qərbi Ermənistan” deyəndə başqalarını qıcıqlandırdığımızı düşünmürük” fikirlərinə yer verilib.

Bildirilir ki, İrəvanın ictimai-siyasi spketrində əsas müzakirə mövzusuna çevrilən bu sözlər ilk baxışdan müəmmalı görünür və bir sıra suallar yaradır: “Qərbi Azərbaycan məsələsini “Qərbi Ermənistan” iddiası ilə eyniləşdirməyə çalışan Paşinyan bununla Qərbi Azərbaycan Konsepsiyasını Bakının İrəvana qarşı ərazi iddiası kimi təqdim etməyə çalışır və bunu ermənilərin Türkiyəyə qarşı “Qərbi Ermənistan” iddiası ilə izah edir. Həmçinin ermənilərə “Qərbi Ermənistan” iddiasından əl çəkməsək, Qərbi Azərbaycan Konsepsiyası reallaşa bilər” mesajını verir. Təbii ki, bu, klassik erməni hiyləgərliyidir”.

Qeyd olunur ki, Paşinyanın açıqlamasından sonra ermənilər arasında Qərbi Azərbaycan isteriyası yaranıb. Belə ki, erməni tarixçi Hayk Paytyan, Bostonda yaşayan konfiloktoloq Artur Martirosyan, politoloq Suren Surenyants və şərhçi Arman Abovyanın fikir və iddialarına görə, tezliklə Ermənistan şəhərlərinin adlarını dəyişməyə və Azərbaycan adlarından istifadə edilməyə başlanacaq: ”Artıq təhsil ocaqlarında Azərbaycanın maraqlarına uyğun tezislər yayılır və təhsil proqramı “real Ermənistan” iddiası ilə Bakıdan gələn tapşırıqlara uyğunlaşdırılır. Təkcə Ermənistan şəhərlərinin adlarını dəyişdirilməsi yox, tarixi adlarının qaytarılması baş verə bilər. Yəni Sünik yox Zəngəzur, Sevan yox Göyçə, Geqarkunik yox Basarkeçər, Yerevan yox İrəvan və bu, təkcə qaçılmaz reallıq yox, həm də tarixi ədalətin bərpası olacaq. Ermənistanda azərbaycanlılar yaşayıb və buna görə azərbaycanlıların geri qayıdışını əsaslandırmaq çətin olmayacaq. Rəsmi Bakı bu konsepsiya üzərindən çıxış edir. İlham Əliyev Qarabağdan sonra digər hədəfinə – azərbaycanlıların qayıdışına nail olmağa çalışır, Paşinyan da bu məsələdə onlara kömək edir, Azərbaycanın gündəmini erməni ictimai rəyində legitimləşdirir. Paşinyan Bakının bütün tələblərini icra edəcək, hətta Türkiyənin istəyinə uyğun olaraq, Ağrı dağını Ermənistan gerbindən çıxaracaq. Bir sözlə, Nikol “real Ermənistan” tezisi ilə Qərbi Azərbaycan Konsepsiyasını qəbul etdirməyi planlaşdırır”.

Sonda vurğulanır ki, Qərbi Azərbaycan məsələsi Ermənistan üçün bir seçim yox, reallıqdır: “Azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdışı təmin edilmədiyi müddətdə Ermənistan üçün regionda dövlət kimi mövcud olmaq perspektivi daim sual altında olacaq. Çünki Cənubi Qafqazda bir əsr öncədən başlayaraq, pozulan tarixi ədalət bərpa edilməlidir, yalnız bundan sonra bölgəyə uzunmüddətli sülh gələ bilər. Ermənilər bu reallığı anladıqları üçün isteriyaya qapılırlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 28-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO