“Azərbaycan bütün Cənubi Qafqazda sülh və təhlükəsizlik yaradır” - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Milli Məclisin deputatı Azər Allahverənov olub.
O, dünyada baş verən son proseslər, Azərbaycanın bölgədə təhlükəsizliklə bağlı tutduğu mövqe, Bakıda keçirilən COP29 Konfransı, Ermənistanın COP29-a gəlməməsi, bəzi Qərb ölkələrinin Azərbaycana qarşı hədə və qarayaxmaları barədə danışıb.
Onun sözlərinə görə, bəzi dairələr siyasi təzyiq vasitəsilə ölkəmizi nüfuzdan salmağa çalışır: “Azərbaycanın təhlükəsizlik sistemi kifayət qədər səmərəli işləyir. Azərbaycan bütün Cənubi Qafqazda sülh və təhlükəsizlik yaradır. Bakıda keçirilən tədbirlər ərəfəsində həmişə müəyyən qüvvələr tərəfindən müdaxilələr olub. COP29-da bütün məqsədlərə nail olundu. Azərbaycan onun üçün qəbuledilməz olan sülh sazişi imzalasaydı, Ermənistan COP29-da iştirak edərdi. Düşünmürəm ki, Baş nazir Paşinyanın siyasi manevrləri 2025-ci ildə sülh sazişinə mane olsun”.
Deputat rəsmi İrəvanın ikibaşlı siyasətindən, Daimi Arbitraj Məhkəməsinin Ermənistanla bağlı qərarının necə olacağından, İrəvanın ekosid cinayətlərindən də söz açıb, Ermənistanın hərbi xərci 70 faiz artırmasına, Zəngəzur dəhlizinin açılması və Qərbi Azərbaycana qayıdış məsələsinə münasibət bildirib.
A.Allahverənov deyib ki, sülh müqaviləsi Ermənistan üçün perspektivli layihələrin önünü açacaq: “Ərazisi 30 ildir işğal altında qalmış Azərbaycana qarşı hansı iddialar irəli sürülə bilər?! Ermənistan Azərbaycanın flora və faunasına ziyan vurmaqda davam edir. İrəvan üçün ən yaxşı variant sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan etnik mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşlarının hüquqlarını təmin etməlidir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə dekabrın 10-da saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.
xxx
«Азербайджан создаёт мир и безопасность на всей территории Южного Кавказа»
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был депутат Милли Меджлиса Азер Аллахверанов.
Он рассказал о последних процессах, происходящих в мире, позиции Азербайджана по вопросам безопасности в регионе, конференции COP29, состоявшейся в Баку, неучастии Армении в COP29, угрозах и клевете в адрес Азербайджана со стороны некоторых западных стран.
По его словам, некоторые круги пытаются дискредитировать нашу страну посредством политического давления: «Система безопасности Азербайджана работает достаточно эффективно. Азербайджан создает мир и безопасность на всем Южном Кавказе. В преддверии мероприятий, проводимых в Баку, всегда были вмешательства со стороны определённых сил. Все цели на COP29 были достигнуты. Если бы Азербайджан подписал неприемлемое для него мирное соглашение, Армения приняла бы участие в COP29. Я не думаю, что политические маневры премьер-министра Пашиняна помешают заключению мирного соглашения в 2025 году».
Депутат отметил двойную политику, которая ведется в Иреване, рассказал о том, каким будет решение Постоянной палаты третейского суда в отношении Армении, об экоцидных преступлениях Иревана, выразил мнение по поводу 70-процентного увеличения военных расходов Армении, открытия Зангезурского коридора и возвращения в Западный Азербайджан.
А. Аллахверенов заявил, что мирное соглашение откроет путь для перспективных проектов для Армении: «Какие притязания могут быть в отношении Азербайджана, если его территория 30 лет находилась под оккупацией?! Армения продолжает наносить ущерб флоре и фауне Азербайджана. Лучший вариант для Иревана – подписать мирное соглашение. Армения должна обеспечить права своих граждан, независимо от их этнической принадлежности».
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось на русском языке 10-го декабря в 18:30 на YouTube-канале и в 19:30 на Baku TV.