Müsahibə 17.12.2024 18:41

“İstənilən iddia Ermənistan dövlətçiliyinin ləğvinə səbəb ola bilər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Milli Məclisin deputatı Rasim Musabəyov olub.

O, Suriyada baş verən son proseslər, Bəşər Əsədin devrilməsindən sonra bölgədəki vəziyyət, ABŞ-nin Suriyada hərbi mövcudluğunu genişləndirməməsi ilə bağlı bəyanatı Pentaqonun açıqlaması ilə bağlı fikirlərini bölüşüb və deyib ki, Bəşər Əsəd Türkiyənin təklifini təkəbbürlə rədd etdi və bu, onun üçün uğursuz oldu.

Onun sözlərinə görə, Tramp administrasiyası Suriya məsələsini Türkiyə və İsraillə həll edəcək.

Deputat Gürcüstanda son günlər siyasi dalğalanmalardan, Rusiyanın Cənubi Qafqazda müharibəyə cəlb edilmə ehtimalından, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasının, eləcə də Sülh sazişi prosesinin necə sonlanacağından söz açıb: “Azərbaycan üçün Gürcüstanda xaosun olmaması vacibdir. Azərbaycan və Rusiyanın qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri var. Rusiyanın Cənubi Qafqaza hərbi müdaxiləsinin genişlənməsi gözlənilmir. Rusiyaya erməni forpostu lazım deyil. Nə Azərbaycan, nə Türkiyə, nə də Gürcüstan – heç kim Ermənistana hücum etmək fikrində deyil. Ermənistanla münasibətlərimizin tarixi sülh müqaviləsi ilə başa çatmalıdır. Əgər Ermənistan inkişafını və təhlükəsizliyini təmin etmək istəyirsə, mehriban qonşuluq şəraitində yaşamağı öyrənməlidir. İstənilən iddia Ermənistan dövlətçiliyinin ləğvinə səbəb ola bilər. İndi Ermənistan cəmiyyətində mehriban qonşuluq və sülh ideyası güclənir. Sülh müqaviləsinə Azərbaycana qarşı ərazi iddiaları mane olur. Ermənistan özü rədd etdiyi məsələni tələb edə bilməz”.

R.Musabəyov Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycana qayıdış  məsələlərindən də danışıb və bildirib ki, Azərbaycan ermənilərin təhlükəsiz yaşamasını təmin edir, Ermənistan da Qərbi azərbaycanlıların təhlükəsizliyini qorumalıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə dekabrın 17-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

«Любая претензия может привести к аннулированию армянской государственности»

Сегодня на Бакинском телевидении подготовлен очередной выпуск на русском языке проекта «Хроника Западного Азербайджана».

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был депутат Милли Меджлиса Расим Мусабеков.

Беседуя о последних событиях в Сирии, ситуации в регионе после свержения Башара Асада и заявлении Пентагона о том, что США не будут расширять свое военное присутствие в Сирии, Р.Мусабеков отметил, что Башар Асад высокомерно отверг предложение Турции и потерпел крах. По его словам, администрация Трампа будет решать сирийский вопрос с Турцией и Израилем.

Депутат рассказал о последних политических потрясениях в Грузии, возможности втягивания России в войну на Южном Кавказе, делимитации и демаркации границ между Арменией и Азербайджаном, а также о том, чем завершится процесс мирного урегулирования: «Для Азербайджана важно, чтобы в Грузии не было хаоса. У Азербайджана с Россией взаимовыгодные партнёрские отношения. Расширение военного вмешательства России на Южном Кавказе не ожидается. России не нужен армянский форпост. Никто на Армению нападать не собирается, ни Азербайджан, ни Турция, ни Грузия. Наша история отношений с Арменией должна закончиться мирным договором. Если Армения хочет обеспечить свое развитие и безопасность, она должна научиться жить в атмосфере добрососедства. Любая претензия может привести к аннулированию армянской государственности. В армянском обществе укрепляется идея добрососедства и мира. Мирному соглашению мешают территориальные претензии к Азербайджану. Армения не может требовать того, в чём сама отказывает».

Р. Мусабеков также рассказал об открытии Зангезурского коридора и возвращении в Западный Азербайджан и заявил, что Азербайджан обеспечивает безопасное проживание армян,  Армения также должна защищать безопасность уроженцев Западного Азербайджана.

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось на русском языке 17-го декабря в 18:30 на YouTube-канале и в 19:30 на Baku TV.

XƏBƏR LENTİ
Müsahibə / 17.12.2024 18:41
“İstənilən iddia Ermənistan dövlətçiliyinin ləğvinə səbəb ola bilər” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 17.12.2024 14:18
Erməni Prezidentin Ayısəsi qorxusu – ANONS
Müsahibə / 17.12.2024 13:37
Ermənistanın ləğvinə nə səbəb ola bilər? – ANONS
Mədəni, Sosial / 17.12.2024 12:10
Gələn ilin bayram GÜNLƏRİ
Müsahibə / 16.12.2024 22:46
“Ermənistan Hamamlının tarixi adını Spitakla əvəzləyib” - FOTO - VİDEO
Mədəni / 16.12.2024 14:07
Azər Hüseynov: “Messi kimi ulduzlar arxasınca milyonlarla insanı aparır” - FOTO
Mədəni / 14.12.2024 21:41
“Xıdır Nəbi Novruzdan 40 gün qabaq bu evlərə gəlirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.12.2024 22:53
“Ailə üzvlərimin bütün xatirələri Terp və Herher kəndləri ilə bağlı olub” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.12.2024 13:22
“Evimizin açarları hələ də bizdədir” – ANONS - VİDEO
Siyasi, Təhlil / 12.12.2024 22:00
“51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənədi imzaladı” - FOTO - VİDEO
Gündəm / 12.12.2024 17:40
Dövlət və hökumət rəsmiləri ümummilli liderin xatirəsini yad edirlər – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 12.12.2024 17:00
Ulu Öndərlə bağlı arxivdən - FOTO
Siyasi, Təhlil / 12.12.2024 13:58
Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir – ANONS - VİDEO
Gündəm / 12.12.2024 10:26
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO - VİDEO
Gündəm / 12.12.2024 00:01
Ülu öndər Heydər Əliyevin anım günüdür
Elm və təhsil, Sosial / 11.12.2024 22:43
“Qıpçaqvəng kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 11.12.2024 13:37
“Qıpçaq ermənisi” anlayışı uydurmadır – ANONS - VİDEO
Elm və təhsil, Siyasi, Sosial / 10.12.2024 21:48
Ayıbasan, Ayıdərəsi, Ayılı xaraba, Aynazur, Aynaxlı, Ayrım – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 10.12.2024 18:31
“Azərbaycan bütün Cənubi Qafqazda sülh və təhlükəsizlik yaradır” - VİDEO
Siyasi, Sosial / 10.12.2024 14:04
İran ermənilərinin Aynazur planı – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 10.12.2024 13:16
İrəvan üçün ən yaxşı variant – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2024 22:45
“Mirzoyanın təklifi ilə Azərbaycanın üç kəndi Ermənistana verilib” - FOTO - VİDEO
Siyasi / 09.12.2024 10:59
Rizvan Nəbiyev: “Qərbi azərbaycanlılar qayıdışa çox ümidlidirlər” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 07.12.2024 22:38
Qərbi Azərbaycanda xəvçilik üsulu - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 06.12.2024 22:00
“Məktəbdə dərs deyirdim, yoldaşım gəldi ki, saqqallı ermənilər hamısı kəndə dolub” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 06.12.2024 13:48
“Bir nəslin üç qaçqınlıq tarixi” – Zəhra Sadıqovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO