Müsahibə 16.12.2024 22:46

“Ermənistan Hamamlının tarixi adını Spitakla əvəzləyib” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki,
jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Cəlaloğlu və Hamamlı rayonları üzrə icma sədri, fəlsəfə doktoru, Əməkdar mühəndis Nəbi Ramazanlı olub.
O, Qərbi Azərbaycanın Hamamlı və Cəlaloğlu rayonlarından, həmçinin doğulub boya-başa çatdığı Qursalı kəndindən geniş söhbət açıb. Bildirib ki, Hamamlı rayonunun ərazisi müalicəvi əhəmiyyət daşıyan turşsu ilə zəngin olub. Elə rayonun adı da bununla bağlıdır. Tarixən bu ərazilərdə Azərbaycan türkləri yaşayıb. Lakin İrəvan xanlığının işğalından sonra Çar Rusiyası Qərbi Azərbaycanın əksər bölgələrində olduğu kimi, Hamamlıda da zorla köçürülmə siyasətinə üstünlük verib. Bunun sayəsində rayonun 23 kəndindən 20-də bir nəfər də olsun azərbaycanlı qalmayıb. Həmin kəndlərə xaricdən ermənilər köçürülüb. Yerdə qalan üç kənddən birində – Qızılörəndə azərbaycanlılarla ermənilər qarışıq, Qursalı və Saral kəndlərində isə yalnız soydaşlarımız yaşayıblar. Müsahibin sözlərinə görə, SSRİ dövründə Hamamlı rayonunun adı dəyişdirilərək Spitak qoyulub.
N.Ramazanlı vaxtilə Qursalıda elmə, təhsilə böyük maraq olduğunu, kənd orta məktəbində 800-ə yaxın şagirdin təhsil aldığını diqqətə çatdırıb. Qeyd edib ki, hər il məzunların mütləq əksəriyyəti Azərbaycanın ali məktəblərinin tələbəsi adını qazanıb. Lakin erməni millətçilərinin ayrı-seçkiliyi səbəbindən bu cür qabaqcıl təhsil ocağı üçün yeni məktəb binası uzun müddət tikilməyib. Şagirdlər ayrı-ayrı yerlərdə kirayənişin kimi dərs keçmək məcburiyyətində qalıblar. Yeni məktəb binasının tikilməsi barədə SSRİ səviyyəsində qərar qəbul olunduqdan sonra isə Ermənistanın siyasi rəhbərliyi inşaat prosesini məqsədli şəkildə yubadıb.
Ötən əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalardan danışan N.Ramazanlı 1905-1907-ci illərdə azərbaycanlıların Cəngi kəndində ermənilər tərəfindən tələyə salınmasını, amansızlıqla qətlə yetirilməsini xatırladıb. 1918-ci ilin mart soyqırımında, 1948-1953-cü illərin deportasiyasında Hamamlı sakinlərinin başına gətirilən müsibətlərdən danışıb. Qeyd edib ki, erməni ailələrində uşaqlar türklərə – azərbaycanlılara nifrət ruhunda tərbiyələniblər. Məhz buna görə SSRİ dövründə Qərbi Azərbaycanda ermənilər hər addımda soydaşlarımızı ən müxtəlif təzyiq və təhdidlərə məruz qoyublar. Hətta 1979-cu ildə Qursalı kəndində günün günorta çağı ermənilər azərbaycanlı ailənin 3 üzvünü güllələyib, onlardan ikisinin ölümünə səbəb olublar. 1988-ci il hadisələrində isə Hamamlı və Cəlaloğlunun azərbaycanlı sakinləri erməni vəhşilikləri ilə yanaşı, dekabr ayında baş verən dəhşətli zəlzələ və onun ağır fəsadları ilə də üz-üzə qalıblar. Saral və Qursalının 20 sakini bu dəhşətli zəlzələnin qurbanı olub.
Cəlaloğlu və Hamamlı rayonlarından ümumilikdə 15 min azərbaycanlının deportasiya olunduğunu söyləyən N.Ramazanlı rəhbərlik etdiyi icmada bir araya gələn həmyerlilərinin Qərbi Azərbaycana qayıdış prosesinə dəstək verdiklərini, ata-baba yurdlarına qayıtmaq istədiklərini vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 16-da saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO