Siyasi
22.12.2024
11:36
Qərbi Azərbaycan İcmasında ümumi yığıncaq keçirilib - FOTO

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib. Ümumi Yığıncaq Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Rakus.az xəbər verir ki, yığıncaqda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi və hüquqi əsası ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin qətiyyəti nəticəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib. Administrasiya rəsmisi 2022-ci il 24 dekabr tarixində Prezident İlham Əliyevin öz ailəsi hesab etdiyi Qərbi Azərbaycandan olan ziyalılarla görüşünü tarixi hadisə adlandırıb və bu görüşün Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə öz doğma torpaqlarına qayıtmaq inamını daha da möhkəmləndirdiyini bildirib.

Ə.Vəliyev Prezident İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycan İcması tərəfindən hazırlanaraq qəbul edilmiş Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsası olan “Qayıdış Konsepsiyası”nın İcmanın fəaliyyətinin əsasını təşkil etdiyini, bu konsepsiyaya uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlər görüldüyünü ifadə edib. Natiq cari il ərzində Qərbi Azərbaycan İcmasının fəaliyyətinə toxunaraq bildirib ki, İcma yüz minlərlə üzvünün hüquqlarının müdafiəsi və onların doğulduqları torpaqlara qayıdışının baş tutması üçün əzmlə çalışır. Bunun nəticəsidir ki, Qərbi azərbaycanlıların haqq mübarizəsini təkcə bütün dünya azərbaycanlıları deyil, tərəqqipərvər dünya ictimaiyyəti də dəstəkləyir. Cari ilin 5-6 dekabr tarixlərində keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II Beynəlxalq Konfransa dünyanın 51 ölkəsindən 100-dən çox xarici qonağın, ölkəmizdə akreditə olunan diplomatik korpusun nümayəndələrinin qatılması bunun əyani göstəricisidir. Administrasiya rəsmisi dövlət başçısının tədbir iştirakçılarına müraciət ünvanlaması və İcmanın bir qrup fəal üzvünü təltif etməsini növbəti tarixi hadisə kimi səciyyələndirib, 10 ölkədən 16 nəfərin İcmanın fəxri üzvlüyünə qəbul edilməsinin təqdirəlayiq hal olduğunu ifadə edib.

Sonra yığıncaqda çıxış edən İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov İdarə Heyəti və İcma aparatının hesabatını təqdim edib. Ə.Ələkbərov bildirib ki, cari il ərzində İcmanın çoxşaxəli fəaliyyətinin əsas məqsədi soydaşlarımızın öz doğma yurdlarına qayıdışı, indiki Ermənistan ərazisində dağıdılan tarixi-mədəni abidələrimizin qorunması, deportasiyalar nəticəsində ciddi zərər görmüş qeyri-maddi mədəni irsimiz üçün ədalətin təmin edilməsi olub. Natiq bundan sonra da soydaşlarımızın təməl hüquqlarının təmin olunması istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəyini deyib və bu işdə İcmanın fəaliyyətinə dəstək olan bütün qurumlara təşəkkürünü bildirib.

Yığıncaqda İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov müvafiq şuraların hesabatlarını təqdim edib və Yığıncaq iştirakçılarının suallarını cavablandırıblar.

Daha sonra Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri İcma üzvlərindən Prezident İlham Əliyevin sərəncamları ilə “Şöhrət” ordeni ilə təltif olunmuş Fikrət Əliyevə, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş İsmət Abbasova, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuş Dilarə Seyidzadə və Vaqif Şadlinskiyə, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş Həsən Həsənova mükafatlarını təqdim edib.

Xatırladaq ki, İcmanın Nizamnaməsinə uyğun olaraq hər il keçirilən Ümumi Yığıncağın məqsədi təşkilatın illik fəaliyyətinin qiymətləndirilməsi, görülmüş işlərə dair hesabatların dinlənilməsi, o cümlədən, növbəti ildə qarşıda duran prioritetlərin müəyyən edilməsidir.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Gündəm, Hərbi
/
16.04.2025
00:01
Siyasi, Sosial
/
15.04.2025
22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə
/
15.04.2025
18:49
Siyasi, Sosial
/
15.04.2025
14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi
/
15.04.2025
13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm
/
15.04.2025
10:06
Video müsahibə
/
14.04.2025
22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil
/
14.04.2025
10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni
/
12.04.2025
22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial
/
11.04.2025
22:23
Siyasi, Sosial
/
11.04.2025
13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil
/
10.04.2025
22:33
Hərbi, Təhlil
/
10.04.2025
13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
10.04.2025
11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi
/
09.04.2025
22:32
Siyasi
/
09.04.2025
13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial
/
08.04.2025
22:27
Müsahibə, Siyasi
/
08.04.2025
18:35
Siyasi, Sosial
/
08.04.2025
14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi
/
08.04.2025
13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə
/
07.04.2025
22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi
/
07.04.2025
11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni
/
05.04.2025
22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial
/
04.04.2025
22:03
Sosial
/
04.04.2025
13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
03.04.2025
22:30