Siyasi 27.12.2024 22:45

“Erməni məkrliyi yeniyetmə və gəncliyimi əlimdən alıb” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “3-4 yaşımda ermənilər ailəmizi kənddən qovublar” adlı veriliş əslən Göyçə mahalı, Qaraqoyunlu dərəsinin Çəmbərək rayonunun Bəryabad kənd sakini Vüqar Namazovun həyat hekayəsinə həsr olunub.

O, 3-4 yaşında kənddən çıxdığını, uşaqlıq illərindən çox az epizodlar yadında qaldığını, atasının xatirələri ilə böyüdüyünü deyib: “Yadımdadır ki, evimizdən qabağında bir yol keçirdi, yolun o biri tərəfi məktəb idi. Evimizin arxası dağ silsiləsi idi, dağın sıx meşələri var idi. Atam sağ olarkən bizə kənddən çox danışırdı. Onun çəkdiyi adlar, dağların, bulaqların, qayaların adları bugünkü gündə də xatirimdədir. Bizim kəndin böyük dağları. yaylaqları olub. Bu yaylaqlar əksəriyyəti Göyçə gölünün ətrafında yerləşirib. Kənd camaatı yaydan ta qar yağana qədər bu yaylaqlarda yerləşiblər”.

Onun sözlərinə görə, erməni zorakılığı, təcavüzü bizi ata-baba yurdlarımızdan məcburən tərk etdirib: “Bu deportasiya, syqırımı 1905, 1948, 1987-1988-ci illərdə baş verib. Ermənilərin bizi dədə-baba yurdumuzdan qovması mənim yeniyetməliyimi, gəncliyimi əlimdən alıb. Mən həmin zamanlarımı öz vətənimdə, doğma doğulduğum yerdə keçirə bilməmişəm. Bu gün onlar acı xatirə kimi yadımda qalıb”.

Bəryabad sakini 1988-ci ildə çox çətinliklə Sumqayıda yerləşdiklərini söyləyib: “Balaca bir maşınla iki uşaq, atam, anam, nənəm necə çətinliklə Sumqayıta gəlib yerləşməyimiz gözümün qabağındadır.  Bizi kəndimizdən ermənilər və rus əsgərləri qovmağa məcbur edirdilər. Hər kəs əşyalarını götürmədən evləri tərk etdi. Ermənilər yolda qabağımızı kəsdilər. Gənc yaşlarımda valideynlərimizin, ağsaqqalların oranın ağrı-acısına dözməyərək necə ağladıqlarını görmüşəm. Hər zaman kəndimizin adını çəkər, Qaraqoyunluya, elə-obaya qayıtmaq arzusu ilə yaşayırdılar”.

V.Namazov sonda Vətən həsrətindən söz açıb, Bəryabad kəndinə qayıtmağın böyük hədəf və arzu olduğunu bildirib: “Bu torpaqlarda bizim dədə-babalarımız, Oğuz elindən gələnqədim tayfalarımız yaşayıb. Kəndimizin adı da Türk adıdır.  Bu gün ermənilər onun adını dəyişib, Barepat qoyublar. Amma inanıram ki, biz dədə-baba yurdumuza qayıdıb bütün adlarımızı bərap edəcəyik. İnşallah, babamın qəbrini ziyarət edib, oradan bir ovuc torpaq gətirib atamın qəbrinin üstünə tökəcəyəm”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 27-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 23.09.2025 18:35
“Ermənistanın kənd təsərrüfatı məhsulunun 70%-ni azərbaycanlı əhali təmin edib” - FOTO - VİDEO