Təhlil 26.02.2025 17:47

Uğursuz elçilik – Trampın Makrona tapşırığı – TƏHLİL

Ukrayna münaqişəsi Qərblə Rusiyanın maraqlarının toqquşması nəticəsində yaranıb. ABŞ, Avropa İttifaqı daxil olmaqla Qərb onu RF-nin nəzarəti altında olmasını özünə təhlükə sayıb. Ukrayna isə Qərb blokunun vədlərinə arxalanaraq Rusiyaya qarşı siyasi, iqtisadi və sonra hərbi müqavimət göstərib. Moskva isə bu ölkənin İttifaqa və NATO-ya inteqrasiyasını ölkəsinin milli təhlükəsizliyinə təhdid hesab edir.

Hələ münaqişə başlamazdan əvvəl Kreml bəyan edirdi ki, Ukrayna Qərbi seçərsə, şərq bölgəsini itirəcək. Hadisələrin gedişi göstərdi ki, Kreml Krım yarımadası daxil olmaqla Donbası işğal və ilhaq etməsi ilə bu məsələdə ciddi olub. Ancaq Ukrayna da daxil olmaqla, ABŞ və Avropa İttifaqı bu qarşıdurmada rəsmi Kiyevi müdafiə etməyə, savaşda ona yardım göstərməyə hazır deyilmiş.

Donald Trampın yenidən ABŞ-də hakimiyyətə gəlişi tərəflərin mövqeyi, gücü, dəstəyi və müdafiə qabiliyyətini ifşa edib. Qərbin Rusiya ilə Ukrayna uğrunda mübarizəsində birinci tərəfdə zahiri parçalanma müşahidə edilir. Başqa sözlə, ABŞ Ukraynanı Rusiya ilə öz arasında bölmək istəyir. Odur ki, Moskva bu təşəbbüsünə görə milli sərvətindən Ştatlara bonus belə verə bilər.

İş o yerə çatıb ki, ABŞ ilə Böyük Britaniya arasında Ukrayna məsələsi üzrə fikir ayrılığı yaranıb. Rəsmi London Rusiyaya qarşı müharibəni davam etdirməyin tərəfdarı olan Avropa İttifaqı ilə eyni mövqedədir. Onun müttəfiqi ABŞ isə hələ ki danışıqlar və atəşkəs ideyası ilə çıxış edir. Krallığın Baş naziri Kir Starmer fevralın 26-da Ukrayna ilə bağlı məsələləri müzakirə etmək məqsədi ilə ABŞ-yə səfər edib.

Ondan əvvəl Fransa prezidenti Emmanuel Makron Ştatlara gedib, amerikalı həmkarı ilə görüşüb. Görüşdə Yaxın Şərq, Ukraynaya məsələləri müzakirə olunub. Donald Trampın Rusiya ilə danışıqlar ideyasına qarşı canfəşanlıq edən Fransa hakimiyyəti idi. Rəsmi Paris az qala özünü Ukrayna torpaqlarının işğaldan azad olunmasının fədaisi elan etdirdi. Ancaq ABŞ lideri ilə görüşdən sonra Makron verdiyi müsahibədə bildirib ki, yaxın həftə ərzində Rusiya ilə Ukrayna arasında atəşkəs sazişi imzalana bilər. Onun sözlərinə görə, atəşkəsin davamı olaraq uzunmüddətli sülh haqqında danışıqlar aparılmalıdır: “Əgər ona əməl olunmasa, bu, Rusiyanın atəşkəs rejimini ciddiyə almamasına ən yaxşı sübut olacaq”.

Bununla belə Makron vurğulayıb ki, istənliən atəşkəs rejimi Ukraynanın kapitulyasiyası olmamalıdır. Makronun qənaətincə, ABŞ Ukraynanın suverenliyini dəstəkləyərsə, bu, ən yaxşı təminat olacaq.

Fransa prezidenti Kiyevə 800 minlik güclü ordu qurulması üçün yardım göstərməkdən, Ukraynaya Avropa sülhməramlı kontingentini göndərməyə hazır olmaqdan danışıb. Onun sözlərinə görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə birlikdə Avropa qoşunlarının cəbhə xəttində deyil, sülh sazişində göstərilən ayrı-ayrı yerlərdə yerləşdirilməsini nəzərdə tutan təklif hazırlayırlar. Yelisey sarayının indiki sahibi bu məsələdə də ABŞ-dən asılı olduqlarını gizlədə bilməyib: “ABŞ-nin dəstəyi ilə bizim iştirakımız sülhün qorunmasına kömək edəcək və kollektiv etimad göstərəcək”.

Makron müsahibəsində bu istiqamətdə təkliflərini Avropanın 30 lideri ilə müzakirə edib və onların çoxu Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsinə qatılmağa hazır olduqlarını bildirib. Fransa prezidentinin Ukrayna məsələsi ilə bağlı Trampa elçiliyi uğurlu sayılmır. Çünki ABŞ liderinin görüşdən sonra verdiyi müsahibələr və açıqlamalar da mövqeyində dəyişiklik olmadığını göstərib.

Əksinə, Fransanın dövlət başçısı Donald Trampın şərtləri ilə razılaşıb. Çünki ABŞ dövlət başçısı danışıqların üç istiqamətdə (atəşkəs, Ukraynada prezident seçkisinin keçirilməsi, sülh sazişinin imzalanması) başlaması şərtini irəli sürüb. Makronun da atəşkəs, sülhməramlı kontingent, sülhlə bağlı danışıqlardan bəhs etməsi də bunu təsdiqləyir.
Belə ehtimal etmək olar ki, rəsmi Vaşinqton ona planın detallarını açıqlayıb. Başqa sözlə, Ukrayna məsələsində Avropa İttifaqının müstəqil mərkəz, güc və ya qüvvə olaraq çıxış etməsinin mümkünsüzlüyü ona izah edilib.

Rusiyadan fərqli olaraq Ukrayna silahlı qüvvələrində xarici ölkələrin əsgərlərinin döyüşmədiyi məlumdur. Belə ehtimal etmək olar ki, beynəlxalq güclərin Ukraynaya daxil olması üçün ilk növbədə atəşkəs rejimi tətbiq edilməlidir. Bu rejimi qorumaq üçün isə sülhməramlı kontingentə ehtiyac var. Odur ki, Avropa İttifaqına ABŞ bu rolu həvalə edir…

Makrona da bu planın açıqlandığını düşünmək olar.  Belə görünür ki, ABŞ Avropadakı müttəfiqlərinə  – Böyük Britaniya, Almaniya və Fransaya bu ideyanı ayrı-ayrılıqda açıqlamaqla mövqeyini onlara qəbul etdirməyi planlayır.  ABŞ ilə Avropa arasında hazırda açıq qarşıdurma yaşandığı da sirr deyil. Donald Trampla Key Starmer və Emmanuel Makronun görüşlərindən sonra bunun konturları daha aydın hiss edilə bilər.
Hələlik rəsmi Kiyevin plana razılığıdır. Ona görə də ideyanın Ukrayna lideri Volodimir Zelenski ilə də müzakirəsinə ehtiyac duyulduğu istisna edilmir.

Fevralın 28-də onun ABŞ-yə səfəri planlaşdırılıb. ABŞ ilə Avropa İttifaqı arasında mübahisəli məsələlərdən biri də Ukraynaya yardım edilməsi ilə bağlıdır. Ağ ev avropalılara Ukrayna yardım etməyi təklif edib. ABŞ-nin əsas hədəflərindən biri rəsmi Kiyevlə minerallarla bağlı müqaviləni imzalamaqdır. Zelenskinin səfəri çərçivəsində bu sənəd tərəflər arasında müzakirə oluna və ya imzalana bilər. Belə güman edilir ki, ABŞ ilə  təbii sərvətlərin birgə işlənməsinə dair sazişin imzalanması qarşılığında Ukrayna silah və Rusiyaya qarşı mübarizəni davam etdirmək hüququ alacaq.

Ukrayna ərazisində Rusiya döyüşləri davam etdirir. Ölkənin cəbhə xəttindən kənar ərazilərinə dron, raketlərlə hücum edir, qırıcı təyyarələrlə bombalayır.  Makronun Vaşinqton səfəri isə ABŞ-nin planını yenidən irəli çıxarıb. Fransa prezidentinin “Ukraynadan bizə nə düşəcək” istəyi isə görünür təmin olunmayıb. Belə ehtimal etmək olar ki, Makron Ukrayna məsələsindən çox  bu ölkədən pay almaq üçün Donald Trampla görüşüb. O da Paris rəsmisinə sülhməramlı fəaliyyətlə bağlı tapşırıq verib…
Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO