Mətbuat 14.05.2019 22:33

Mətbuat Şurası dövlət qurumlarına müraciət etdi

Azərbaycan Mətbuat Şurası müvafiq dövlət qurumlarını jurnalist Həbibə Abdulla ilə bağlı məsələni diqqətdə saxlamağa, insidenti dərindən araşdırmağa çağırır.

Rakus.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının bəyanatında deyilir.

“Söz və ifadə azadlığının təmin oluduğu, informasiya əldə edilməsi sahəsində təkmil qanunverilicik bazasının yarandığı Azərbaycanda bu ali dəyərlərə uyğun məsuliyyət kateqoriyaları və mexanizmləri müəyyənləşib. Mövcud durumda hər kəsin, xüsusən məmurların, tutduğu mövqe və status ictimai əhəmiyyət daşıyan, cəmiyyətin diqqət mərkəzində olan vəzifəli şəxslərin üzərinə düşən konkret öhdəliklər var. Dövlətə, Vətənə sədaqət, dürüstlük və vicdanlılıq meyarları həmin öhdəliklərə yanaşma tərzinə əsasən ölçülür.

Cəmiyyətin informasiya ilə təminatında iki qütb iştirak edir ki, bunlardan biri jurnalistlərdirsə, digəri informasiya daşıyıcıları olan hüquqi və fiziki şəxslərdir. Bu iki qütbün bir-birilə münasibətlərinin düzgün qurulması, qarşılıqlı əməkdaşlığa əsaslanması yalnız etik dəyərlər baxımından prioritet göstərici deyil, eyni zamanda qanunlarımızın tələbidir. Buna görə onların hər ikisinin fəaliyyətlərinə həssas yanaşmaları, daşıdıqları missiyanın məsuliyyətini dərindən dərk etmələri mütləq şərtdir. Təəssüf ki, cəmiyyətimizdə bunu nəzərə almayanlar da var. “Azerbaijan Favorite News” (www.afn.az) saytının əməkdaşı Həbibə Abdulla ilə bağlı yaşanmış olay bunu deməyə əsas verir.

H.Abdulla Azərbaycan Mətbuat Şurasına ünvanladığı açıq məktubunda Gəncə Dövlət Universitetinin Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri Əliqulu Quliyev, həmçinin Bakı şəhərindəki 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev tərəfindən təhqir olunduğunu, hədə-qorxulara məruz qaldığını bildirib. Onun məsələ ilə bağlı izahatlarından gəlinən qənaət bundan ibarətdir ki, jurnalist peşə öhdəliklərinə uyğun işin icrasına məsuliyyətlə yanaşdığı halda, nalayiq münasibətlə üzləşib.

Mətbuat Şurası jurnalistlərin səlahiyyətlərindən irəli gələn fəaliyyəti yerinə yetirmələri zamanı hər hansı xoşagəlməz rəftarla, qanunsuzluqla üzləşmələri faktlarını qətiyyətlə pisləyir. Şuranın H.Abdulla ilə bağlı duruma yanaşması da eyni mövqedən qaynaqlanır. Heç bir halda cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, hansısa media orqanının əməkdaşı peşə vəzifəsini icra edərkən təhqirə və hədə-qorxuya məruz qala bilər. Buna dair şübhənin olması belə demokratik cəmiyyət quruculuğu prinsiplərinə zidd təmayüldür. Tutduğu statusdan asılı olmayaraq, hər bir vəzifə sahibinin məsələni məhz bu kontekstdə dəyərləndirməsi mütləqdir.

Azərbaycan Mətbuat Şurası müvafiq dövlət qurumlarını jurnalist Həbibə Abdulla ilə bağlı məsələni diqqətdə saxlamağa, insidenti dərindən araşdırmağa çağırır. Şura əmindir ki, günahkarların qanunlarımız çərçivəsində məsuliyyət daşımalarının təmin olunmasına həssas yanaşılacaq, bu istiqamətdə zəruri ölçü götürüləcəkdir”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO