Siyasi 15.04.2025 18:49

“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı araşdırmaçı-jurnalist Ruslan Babayev olub.

O, erməni vandalizmi, uydurmaları ilə bağlı araşdırma və yaxud müşahidə apardığını, azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası və soyqırımı ilə bağlı düşüncələrini bölüşüb: “Azərbaycanlıların deportasiyasının əsas məqsədi Qarabağı Ermənistana birləşdirmək idi. Erməni vandalizmi ilə bağlı  təkzibedilməz faktları var. Azərbaycanlılara məxsus ərazilərin “erməniləşdirilməsi”, tarixi erməni saxtakarlığı bütün dünyaya məlumdur. Ermənilər faktları gizlətmək naminə köçürülməyə aid abidəni söküblər”.

Araşdırmaçı-jurnalist rəsmi Bakı ilə İrəvan arasında münasibətlərdən danışaraq deyib ki, Ermənistanda bəzi qüvvələr hələ də işğalçılıq hissi ilə yaşayır: “Özünü demokrat göstərən Paşinyan hökuməti bu siyasətin iflasa uğradığını anlamayanlara nəyisə başa salmağa çalışır. Revanşist qüvvələr artıq Paşinyanın daxili siyasətinin müqaviməti ilə üzləşirlər. Azərbaycanın siyasəti Ermənistanı Trans-Qafqaz layihələrinə cəlb etməyə hesablanıb. Bütün proseslər onu göstərir ki, yaxın gələcəkdə sülh müqaviləsi imzalanacaq. Sülh müqaviləsi imzalandıqdan sonra azərbaycanlılar öz doğma torpaqlarına səfər edə biləcəklər”.

R.Babayev ermənilərin azərbaycanlılara məxsus olan Baba Hacı ziyarətgahını hələ də qoruduqlarını, Qərbi Azərbaycan, Zəngəzur məsələsinin bu gün daha aktual xarakter daşıdığını, ölkəmizin gündəlik siyasətinin mərkəzində dayandığını söyləyib: “Mən özüm də Meğri rayonunun Nüvədi kəndində doğulmuşam. Zəngəzurun istər siyasi, istərsə də coğrafi əhəmiyyəti və bölgəmizin bugünkü geosiyasətə təsiri var. Təbii ki, Qərbi azərbaycanlıların doğma yurda qayıdışı mümkün olacaq. Çünki bu onların təbii hüququdur və o bölgədən olan insanların orada neçə minilik tarixi kökü var. Avropa dairələri də nüvədililərin Ermənistan ərazisində öz ziyarətgahlarını ziyarət etməsinə müsbət yanaşır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə aprelin 15-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

Xxx

«Армяне снесли памятник, посвящённый переселению, дабы скрыть факты» –  Хроника Западного Азербайджана

Сегодня на Бакинском телевидении подготовлен очередной русскоязычный выпуск проекта «Хроника Западного Азербайджана».

Как сообщает “Report”, гостем ведущей Эллады Сарван был журналист-исследователь Руслан Бабаев.

Он поделился своими исследованиями и наблюдениями об армянском вандализме и фальсификациях, а также своими мыслями о депортации и геноциде азербайджанцев из Западного Азербайджана: «Главной целью депортации азербайджанцев было присоединение Карабаха к Армении. Есть неопровержимые факты об армянском вандализме. «Арменизация» территорий, принадлежащих азербайджанцам, история армянской фальсификации  известны всему миру. Армяне снесли памятник, посвящённый переселению, чтобы скрыть факты».

Исследователь-журналист, рассказав об отношениях официального Баку и Иревана, отметил, что некоторые силы в Армении до сих пор живут с чувством оккупации. Правительство Пашиняна, выдающее себя за демократическое, пытается объяснить тем, кто не понимает, что эта политика провалилась. Реваншистские силы уже сталкиваются с сопротивлением внутренней политики Пашиняна. Политика Азербайджана направлена ​​на привлечение Армении в транскавказские проекты. Все процессы указывают на то, что мирное соглашение будет подписано в ближайшее время. «После подписания мирного договора азербайджанцы смогут посещать свои родные земли».

Р. Бабаев заявил, что армяне по-прежнему охраняют святыню Баба Гаджи, принадлежащую азербайджанцам, что вопрос Западного Азербайджана и Зангезура сегодня более актуален и находится в центре повседневной политики нашей страны: «Я сам родился в селе Нуведи Мегринского района. Зангезур имеет как политическое, так и географическое значение и влияет на нынешнюю геополитику нашего региона. Конечно, западные азербайджанцы смогут вернуться на свою родину. Потому что это их естественное право, и выходцы из этого региона имеют там исторические корни на протяжении нескольких тысяч лет. Положительный ответ от евроинстанций – нувединцы будут посещать свои святыни на территории Армении».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 15 апреля в 18:30 на YouTube-канале Baku TV и в 19:30 на телеканале Baku TV.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO