Siyasi 08.05.2025 22:14

Paşinyanın babasının iştirak etdiyi erməni legionunu Qərbi Azərbaycanla nə bağlayır? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Zəngəzurdan Hitlerin kabinetinə uzanan qaranlıq tarix” adlı süjetdə Qərbi Azərbaycanda erməni nasizminin törətdiyi qırğınlar, Ermənistanda nasizmin qəhrəmanlaşdırılması və təbliğindən bəhs olunur.

Bildirilir ki, Birinci Dünya müharibəsindən sonra Türkiyəyə qarşı döyüşən erməni daşnaklar Qərbi Zəngəzur bölgəsinə də soxularaq, qondarma “Böyük Ermənistan” xülyalarını reallaşdırmaq məqsədi ilə mülki əhaliyə qarşı soyqırımılar törədib: “1919-cu ilin sentyabrında Zəngəzura göndərilən cəsus Qaregin Njde azərbaycanlılara qarşı soyqırımı aktları törədib, mülki əhalini öz yurdundan deportasiya edib, kəndləri yandırıb”.

Qeyd edilir ki, Qərbi Azərbaycan torpaqları bu gün Ermənistan adlanan dövlətin nəzarəti altına düşüb: “Qaregin Njde, nasizm Ermənistanda dövlət səviyyəsində qəhrəmanlaşdırılır və təbliğ edilir.  2016-cı il mayın 28-də İrəvanın mərkəzində Njdenin 130 illiyi münasibətilə 6 metrlik abidəsi ucaldılıb. Bu prosesə rəhbərlik edən o vaxtkı Prezident Serj Sarkisyanın rəhbəri olduğu  Respublika Partiyanın gerbində nasizm simvolunun əks olunması təsadüfi deyil.  2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan “demokrat” imici yaratmağa çalışsa da, daşnak-nasist ideologiyasına əsaslanan erməni xislətindən əl çəkə bilmədi və Njdenin qəhrəmanlaşdırılmasına, ümumiyyətlə, nasizmin təbliğatına xüsusi diqqət ayırdı”.

Diqqətə çatdırılır ki, Prezident İlham Əliyev 2019-cu ildə MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən toplantısında Ermənistanın Njdenin timsalında nasizmi qəhrəmanlaşdırılmasını gündəmə gətirdi və post-sovet məkanında diqqəti bu məsələyə yönəltdi: “Bundan sonra Ermənistan hökumətinə Njdenin heykəlinin sökülməsi ilə bağlı müxtəlif çağırışlar edilsə də, Baş nazir Nikol Paşinyan bu çağırışları “qulaqardına” vurdu. Çünki Paşinyanla eyni adı daşıyan babası Nikol Paşinyan da 1943-cü ildə Qarehin Njdenin legionunda Almaniya cəbhəsində vuruşub”.

Sonda vurğulanır ki, faşizm üzərində qələbənin 80-ci ili qeyd olunduğu dövrdə Ermənistan nasizmin qəhrəmanlaşdırılması və təbliği siyasətindən əl çəkməyib: “Lakin bunun nəhayətdə sonu olacaq. Vətən müharibəsindən sonra Qərbi Azərbaycana, ötən əsrin əvvəlində nasist Njde və dəstəsinin qırğınlar törətdiyi torpaqlara qayıdış reallığı yaranıb. Artıq Njdenin Zəngəzurda və İrəvanda qoyulmuş abidələrinin sökülməsinin, Cənubi Qafqazda, ümumilikdə post-sovet məkanında nasizmin qəhrəmanlaşdırılmasına son qoyulmasının vaxtı çatıb”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında mayın 8-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Hərbi / 09.05.2025 11:22
Babamın “qara kağızı”… Əsgər Əlioğlu - FOTO
Siyasi, Təhlil / 08.05.2025 22:14
Paşinyanın babasının iştirak etdiyi erməni legionunu Qərbi Azərbaycanla nə bağlayır? - VİDEO
Siyasi / 08.05.2025 14:09
Njdenin Zəngəzurda abidəsi söküləcək – ANONS - VİDEO
Sosial / 07.05.2025 22:56
“İranlılar Ermənistana sərxoş olmağa, qızlara görə gəlirlər” - VİDEO
Sosial / 07.05.2025 14:22
İrəvanda nə qaldı? – ANONS - VİDEO
Siyasi, Sosial / 06.05.2025 22:36
Axta, Axtala – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 06.05.2025 18:51
“Ermənistan fürsətdən istifadə edib Azərbaycanın uzatdığı əli qəbul etməlidir” - VİDEO
Siyasi, Sosial / 06.05.2025 14:31
Padarların saldığı oğuz yurdu – ANONS - VİDEO
Müsahibə, Siyasi / 06.05.2025 13:16
“Ermənistan sülhə qarşı gedə bilməz” – ANONS
Siyasi, Video müsahibə / 05.05.2025 22:53
“Moskva elitası ermənilərin himayədarına çevrilmişdi” - VİDEO
Elm və təhsil, Mədəni / 03.05.2025 22:36
“Türklər tarixi işarələrlə qayalara, xalçalara həkk edirdilər” - VİDEO
Siyasi, Sosial / 02.05.2025 22:20
“Sovet əsgərləri ermənilərin hərəkətlərinə göz yumurdu” - FOTO - VİDEO
Mətbuat / 02.05.2025 16:59
Turan İbrahimov: “Televiziya gündəlik informasiya və əyləncə mənbəyi olaraq qalır” - FOTO
Siyasi, Sosial / 02.05.2025 13:16
“Vətən həsərətinə son qoyulacaq” – Elçin Nəbiyevin həyat hekayəsi – ANONS - VİDEO
Siyasi, Təhlil / 01.05.2025 22:59
Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin əsas həlledici ölkəsinə çevrilib - VİDEO
Təhlil / 01.05.2025 14:53
Azərbaycan Zəngəzura yaxınlaşır – ANONS - VİDEO
Sosial / 01.05.2025 14:19
AHİK ilə ƏƏSMN nümayəndələrinin görüşü olub - FOTO
Elm və təhsil / 30.04.2025 22:50
“Türklərin ata yurdu Urmu, Van, Göyçə göllərinin arasındadır” - VİDEO
Elm və təhsil / 30.04.2025 13:48
Naxçıvan adı çeçen dilindədir” – ANONS
Siyasi, Sosial / 29.04.2025 22:50
Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi, Video müsahibə / 29.04.2025 18:53
“1827-1830-cu illər arasında demoqrafik fəlakət baş verib”
Sosial / 29.04.2025 14:36
Ermənilərin saxta keçmiş düzəltmə sirri – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 29.04.2025 13:40
“Zəngəzuru daşnaklara bolşeviklər verdi” – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 28.04.2025 22:34
“Göyçəli Aşıq Nəcəf ilk milli şəhidimizdir” - FOTO - VİDEO
Mədəni / 28.04.2025 19:33
Bayrağımız şagirdlərin qəlbində ucalır - FOTO
Siyasi, Sosial / 28.04.2025 18:52
Hümbət Hüseynov TDBB-nin 7-ci qurultayına qatılıb - FOTO