Elm və təhsil 29.04.2025 18:53

“1827-1830-cu illər arasında demoqrafik fəlakət baş verib”

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı tarix üzrə elmlər doktoru, Əməkdar Elm Xadimi, professor Solmaz Rüstəmova -Tohidi olub.

O, XX əsrin birinci yarısında Qafqazın, Azərbaycanın, İranın və Türkiyənin siyasi və ideologiya tarixinə nəzər salıb,  Qafqazda repressiya, deportasiya və miqrasiya tarixindən söz açıb və deyib ki, bu ağır proseslər daha çox müsəlman xalqların həyatına siraət edib: “Müasirləşmə prosesi Azərbaycanın ictimai-siyasi həyatına təsir göstərib. Azərbaycanlıların xarakterik xüsusiyyəti özünü tanımaq, dövlətçiliyini qoruyub saxlamaqdır. Köç və deportasiyaya ən çox məruz qalan müsəlman əhali idi. 1827-1830-cu illər arasında demoqrafik fəlakət baş verib”.

Tarixçi alim ilk dəfə nəşr etdirdiyi 1918-ci il azərbaycanlıların soyqırımını əks etdirən “Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” silsiləsindən sənədlər toplularında əks olunan faciəli faktlardan danışıb və deyib ki,  paqromların tarixini açıqlayan bir sıra rəsmi sənədlər mövcuddur.

Onun sözlərinə görə, XX əsrin əvvəllərində baş verən proseslər nəticəsində  Azərbaycan torpaqlarının bölünməsi, indiki Ermənistanın yaradılması baş tutub: “1918-ci ilin mart hadisələrinin mahiyyəti çox böyükdür. Ermənistan bölgəsinin yaradılması Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq üçün ilk cəhddir. Bolşevik Rusiyası bütün Zəngəzuru daşnak Ermənistanına verdi.

ProfessorAzərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Qərbi Azərbaycan, Zəngəzur ilə bağlı düşüncələrini bölüşüb, erməni cəmiyyətində formalaşan azərbaycanofob münasibətin mahiyyətini açıqlayıb.

S.Tohidi bildirib ki, bu gün yaxşı ordu, yaxşı rəhbər və xalqın dəstəyi ilə dövlətçiliyi qoruyub saxlaya bilərsiniz: “Bu gün prioritet məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır. Təbii ki, bu qayıdış təhlükəsiz, ləyaqətli və dinc əsasda olmalıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə aprelin 22-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

Xxx

“В период с 1827 по 1830 год произошла демографическая катастрофа” 

Сегодня на Бакинском телевидении подготовлен очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, гостем ведущей Эллады Сарван была заслуженный деятель науки, профессор Солмаз Рустамова Тогиди.

Рассматривая политическую и идеологическую историю Кавказа, Азербайджана, Ирана и Турции первой половины XX века, она рассказала об истории репрессий, депортаций и миграций на Кавказе и отметила, что эти сложные процессы в большей степени затронули жизнь мусульманских народов: «Процесс модернизации повлиял на общественно-политическую жизнь Азербайджана. Характерная черта азербайджанцев – самопознание, сохранение своей государственности. Мусульманское население больше всех подверглось миграции и депортации. В период с 1827 по 1830 год произошла демографическая катастрофа».

Профессор рассказала о трагических фактах, отраженных в впервые опубликованных ею сборниках документов из серии «Документы Чрезвычайной следственной комиссии Азербайджанской Демократической Республики», отражающих геноцид азербайджанцев 1918 года, и сообщила, что существует ряд официальных документов, раскрывших историю погромов.

По её словам, в результате процессов, происходивших в начале XX века, произошёл раздел азербайджанских земель и создание нынешней Армении: «Суть мартовских событий 1918 года очень велика. Создание Армянской области является первой попыткой создания армянского государства на азербайджанских землях. Большевистская Россия отдала весь Зангезур дашнакской Армении».

Профессор поделилась своим мнением о Западном Азербайджане и Зангезуре, имеющих большое значение для Азербайджана, и объяснила суть азербайджанофобского отношения, сформировавшегося в армянском обществе.

С. Тогиди заявила, что сегодня можно сохранить государственность только при наличии хорошей армии, хорошего лидера и поддержки народа: «Сегодня одним из приоритетных вопросов является возвращение в Западный Азербайджан. Конечно, это возвращение должно быть безопасным, на мирных началах».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 29 апреля в 18:30 на YouTube-канале Baku TV и в 19:30 на телеканале Baku TV.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 28.10.2026 12:11
Qərbi Azərbaycan həqiqətləri: Zəngəzurun tarixi kəndi necə məhv edildi? - FOTO
İdman / 28.10.2026 00:16
Xatirə Turnirinin 5-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
Dünya, Təhlil / 27.10.2026 17:27
Avropanın iki dövlətində baş verənlərə qısa ekskurs – TƏHLİL - FOTO
Mətbuat / 27.10.2026 12:27
“Report”un yeni media mühitində 12 illik fəaliyyətinə BAXIŞ - FOTO
Siyasi, Sosial / 27.10.2026 10:16
Qərbi Azərbaycan Həqiqətləri: Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - FOTO - VİDEO
İdman / 27.10.2026 00:04
Beşinci tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Dünya, Təhlil / 26.10.2026 17:18
Tehran rejimi gözündə görmədiyi tiri niyə dəyişmək istəmir? – TƏHLİL - FOTO
Maraqlı, Mədəni / 26.10.2026 12:09
Özünü axmaq və gülünc kimi göstərən Kramarov kim idi? – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 26.10.2026 00:02
Xatirə Turnirində 5-ci turun nəticələri - FOTO
Maraqlı, Siyasi, Sosial / 25.10.2026 10:40
Qərbi Azərbaycan həqiqətləri: Bəriabadın taleyi necə dəyişdi? - FOTO - VİDEO
Sosial / 25.10.2026 08:29
Ailəsi dağıldı, doğmaları xəyanət etdi – “Arzunun vaxtı” - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 21:23
Qərbi Azərbaycan həqiqətləri: Ərincin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 24.10.2026 11:03
“Qayınanam “kapriznıy” idi, kaş başqa cür danışardım” – O VAXTLAR - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 09:42
Qərbi Azərbaycan həqiqətləri: Ardanışın unudulmuş Azərbaycan tarixi - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.10.2026 16:37
Paşinyanın ismarışları – demokratiyadan sui-istifadə metodu – TƏHLİL - FOTO
İdman / 23.10.2026 00:01
Şəhid Jurnalistlərin Xatirə Turnirində 5-ci tur həyacanı başlayır - FOTO
Siyasi, Sosial / 21.10.2026 13:31
Qərbi Azərbaycan həqiqətləri: Almalıq kəndinin tarixi sirləri - FOTO - VİDEO
Sosial / 21.10.2026 12:25
Qarabağlı qayınana, ukraynalı gəlin – “Arzunun vaxtı” - VİDEO
İdman / 21.10.2026 00:22
Xatirə Turnirinin 4-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Dünya, Elm və təhsil / 20.10.2026 17:42
Məktəb və məktəblilərin təhlükəsizliyi – ehtiyac duyulan əməkdaşlıq – TƏHLİL
Hərbi / 20.10.2026 12:02
Bir ömrün xatirəsini 32 saniyəyə sığdıran şəhidin son sözləri – REPORTAJ - VİDEO
Siyasi, Sosial / 20.10.2026 11:10
Qərbi Azərbaycan həqiqətləri: “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” - FOTO - VİDEO
İdman / 20.10.2026 10:16
Dördüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.10.2026 12:15
Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət – KƏNDİNƏ QAYIT - VİDEO
İdman / 19.10.2026 00:41
Xatirə Turnirində 4-cü turun nəticələri - FOTO
Sosial / 18.10.2026 10:48
“İnternetdə tanış olduq, ailəm dağıldı” – “Arzunun vaxtı” - VİDEO