Siyasi 16.05.2025 22:05

“Gecəyarısı bacımla gedib atamın qəbrinin üstündən torpaq götürdük” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Kəndi tərk edəndə 12 yaşım vardı, meşədə azmışdım” adlı veriliş Loru mahalı, Allahverdi rayonu Böyük Ayrım kənd sakini Güllü Qocayevanın həyat hekayəsinə həsr olunub.

O, 1976-cı ildə doğulduğunu, uşaqlıq və məktəb illərinin xoş keçdiyini xatırladıb: “Uşaqlıqda yayda Ləlvər dağına köç edər, müxtəlif oyunlar oynayar, meşəyə gedər, meyvə toplayar, səhənglə bulaqdan su gətirərdik. Məktəbdə oxuyanda İrəvana olimpiadaya gedirdik. Babamın dörd kəndin arasında Daşkəsən adlı binəsi vardı. O cığırların hamısı gözümün önündədir”.

Onun sdözlərinə görə, 1988-ci ilin sentyabr ayında kənddən bütün uşaqları, qadınları Gürcüstanın Sadaxlı kəndinə yerləşdirilib: “Biz 15 gündən sonra kəndimizə döndük. İnsanlar təşviş, qorxu içində idi. Noyabrın 28-də gecəyarısı xəbər gəldi ki, kəndi boşaltmalısınız.  Kəndə yaxın sanatoriyaya Sumqayıtdan gəlmiş ermənilər yerləşdirilmişdi. Onlar kənddə xətər yetirmək istəyirdilər. Əşyaları yavaş-yavaş yığışdıranda nənəm anama dedi ki, biz oğlumun üstündən torpaq götürmədik. Qəbiristanlıq evimizdən 100 metr aralı idi. Məndən bir yaş kiçik bacımla heç kimə demədən atamın qəbrinin üstündən torpaq götürdük. Qohumlar elə bilmişdilər ki, bizi ermənilər aparıblar. Torpağı gətirib nənəmə verəndə qabağımızda diş çökdü.   Beləliklə, gecəyarısı hamı kənddən çıxdı. Meşə ilə gedib Axtala kəndindən keçib Gürcüstanın Sadaxlı kəndinə düşməli uduk. Xeyli uzun yol idi. Hamı elini, obasını, ocağını qoyub köç edirdi. Yolda ermənilər dayanmışdı, camaatı yoxlayırdılar. Hamı ağlaya-ağlaya gedirdi. Balaca qardaşım qucağımızda idi, 5 yaşı vardı. Gecə saat 3-də göz-gözü görməyən duman gəldi. Mənim 12 yaşım vardı, yolumu azdım. Səhərə yaxın bir kəndə gəlib çıxdım. Bir qoca kişi dedi ki,  bura Mollaoğlu kəndidir. Ordan da məni Sadaxlı kəndinə apardılar. Orada nənəm qurbanlıq kəsdi. Sonra biz Bakıda məskunlaşdıq”.

Ürəyi kəndləri ilə döyündüyünü deyən G.Qocayeva doğma yurda  qayıtmaq ümidini itirmədiyini söyləyib: “Atamın orada uyuyan qəbrini ziyarət etmək istəyirəm. Vətənimə, uşaqlıq həsrəti yaşadığım kəndimə, babamın, elmin-obamın yurduna mütləq dönəcəyik”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 16-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO