Siyasi 22.05.2025 22:56

Göyçə, Zəngəzur və Tavuşun əhalisi 41,5 min azalıb - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Sərhəd ərazilərini tərk edən ermənilərin sayı artır” adlı süjetdə  Ermənistan mediasında tirajlanan informasiyalarda Qərbi Azərbaycanda yeni proseslərin olacağına dair gözləntilər ön plana çıxarılır.

Bildirilir ki, bir tərəfdən ermənilərin sərhəd bölgələrini tədricən tərk etdiyi, digər tərəfdən, yaxın günlərdə yeni ərazilərin Azərbaycana təhvil veriləcəyi xəbərləri yayılır. Bu torpaqlara gəlmə olan ermənilər mövcud reallıqlar fonunda başda Zəngəzur olmaqla Qərbi Azərbaycan ərazilərinin bir hissəsindən çıxırlar.

“Past” nəşri və “168.am” saytı yazır ki, ermənilərin tərk etdiyi Sünikdə (Zəngəzur) hər keçən gün halqa bir az da daralır: “Azərbaycan ordusunun Qaragöl istiqamətindəki mövqeləri daha da möhkəmləndirilib. Son illər Zəngəzur bölgəsini, xüsusilə sərhəd ərazilərini tərk edən ermənilərin sayı artır. Statistikaya görə, dörd ildə 150 min erməni ölkəni tərk edib. Son 7 ildə Basarkeçər (Geqarkunik), Zəngəzur və Tavuş rayonlarının əhalisi 41,5 min azalıb. Gedənlər əsasən Azərbaycanla sərhəd bölgələrini tərk edənlərdir. Onlar Ermənistanın müxtəlif bölgələrinə köçür, daha sonra ölkəni tərk edirlər”.

Erməni ekspert Qriqor Balasanyan, jurnalist Voskan Sarkisyan, ehtiyatda olan polkovnik Mihran Maxsudyan, “Demokratik alternativ” Partiyasının lideri Suren Surenyants da sərhəd kəndlərinin boşaldığını deyirlər: “Tavuş vilayətindən Azərbaycana veriləcək ərazilərin sahiblərinə kompensasiyanın verilməsi üçün 2025-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilib. Anklav olan üç kəndin Azərbaycana təhvil verilməsi ilə bağlı gizli danışıqlar gedir. Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəlmək istəyir ki, bu kəndlərin qaytarılması Ermənistanda keçiriləcək növbəti seçkilərdən sonra olsun. Ərazilərin tamamilə minalardan təmizlənməsi də hazırlığın getdiyini göstərir. Azərbaycan tərəfi 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilərə qədər ərazilərin qaytarılmasını tələb edir. Yaxın dövrdə təhvil veriləcək ərazilər arasında Qazaxın anklav olan üç kəndinin – Sofulu, Bərxudarlı və Yuxarı Əskiparanın adı çəkilir.  Paşinyan tezliklə İlham Əliyevin iki tələbi ilə bağlı yazılı şəkildə razılıq verəcək”.

Sonda vurğulanır ki, baş verənlər yaxın dövrdə Qərbi Azərbaycanda yeni proseslərin şahidi olacağımızı deməyə əsas verir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında mayın 22-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO