“İndiki Ermənistan nə üçün Qərbi Azərbaycan adlandırılır?” - VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı tarix üzrə fəlsəfə doktoru Rafiq Səfərov olub.
O, qədim türk yurdu olan Qərbi Azərbaycanın siyasi, tarixi coğrafiyasında mərkəzi İrəvan olan Çuxursəad haqqında danışıb, indiki Ermənistan ərazisinin uzun əsrlər boyu Çuxursəad adlanan yurdun bir hissəsi olduğunu söyləyib, İrəvan quberniyasının etnologiyası və etnik demoqrafiyasında Çuxursəad vilayətinin rolu, Çuxursəadın Azərbaycan xalqına, dövlətlərinə tarixi və etnosiyasi mənsubiyyəti ilə bağlı düşüncələrini bölüşüb: “Müasir Ermənistan ermənilərin qədim ərazisi deyil. Çuxursəad Azərbaycan torpağıdır. İndiki Ermənistan Qərbi Azərbaycan ərazisində qurulub”.
Tarixçi Çuxursəad əyalətində XV-XIX əsrlərdə əhalinin etnik statistikası, eləcə də 19-cu əsrin ikinci yarısı və 20-ci əsrin əvvəllərində İrəvan quberniyasında əhalinin etnik tərkibi, İrəvan quberniyasında və indiki Ermənistanda azərbaycanlıların soyqırımı barədə danışıb: “Erməni əhalisinin Çuxursəad ərazisinə köçməyə xüsusi həvəsi yox idi. 1920-ci ilə qədər indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar deportasiya və soyqırımlara məruz qalıblar. Ermənilər xəyanətə görə Şərqi Anadoludan köçürülüblər”.
Çuxursəadda etnosiyasi vəziyyətin dəyişməsi, indiki Ermənistanın yaranması, Ermənistan SSR-də etnosiyasi vəziyyət və azərbaycanlıların sayının dinamikasından söz açan R.Səfərov beynəlxalq elmi simpoziumlarda, konfranslarda real faktlara, arxiv sənədlərinə dair qeydlər verildiyini vurğulayıb, Qərbi azərbaycanlıların Vətənə qayıdışı ilə bağlı fikirlərini dilə gətirib: “Qayıdış geosiyasi vəziyyətin müəyyən dəyişməsi ilə mümkündür”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə iyulun 22-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.
xxx
«Почему нынешняя Армения называется Западным Азербайджаном?»
Сегодня Бакинское телевидение подготовило очередной выпуск на русском языке в рамках проекта «Хроника Западного Азербайджана».
Как сообщает Rakus.az, гостем ведущей Эллады Сарван был доктор философии по истории Рафик Сафаров. Он рассказал о Чухурсааде, центром которого является Иреван в политико-исторической географии древней тюркской прародины Западного Азербайджана, и отметил, что территория современной Армении на протяжении многих веков была частью прародины под названием Чухурсаад. Он отметил роль провинции Чухурсаад в этнологии и этнической демографии Иреванской губернии, а также об исторической и этнополитической принадлежности Чухурсаада к азербайджанскому народу и государствам: «Современная Армения — это не древняя территория армян. Чухурсаад — это земля Азербайджана. Современная Армения была создана на территории Западного Азербайджана». Историк рассказал об этнической статистике населения Чухурсаада в XV–XIX веках, а также об этническом составе населения Иреванской губернии во второй половине XIX – начале XX века, о геноциде азербайджанцев в Иреванской губернии и на территории нынешней Армении: «Армянское население не испытывало особого желания переселяться на территорию Чухурсаада. До 1920 года азербайджанцы, проживавшие на территории нынешней Армении, подвергались депортациям и геноцидам. Армяне были депортированы из Восточной Анатолии за измену Родине».
Говоря об изменении этнополитической ситуации в Чухурсааде, образовании современной Армении, этнополитической ситуации в Армянской ССР и динамике численности азербайджанцев, Р. Сафаров подчеркнул, что на международных научных симпозиумах и конференциях представлены сноски, основанные на реальных фактах и архивных документах, и высказал свою точку зрения о возвращении западных азербайджанцев на родину: «Возвращение возможно при определенном изменении геополитической ситуации».
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.
Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.
Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.
Передача вышла в эфир 22 июля в 18:30 на YouTube-канале Baku TV и в 19:30 на телеканале Baku TV.